Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


31.07.2017  14:07 

Palata “Azəristiliktəchizat“da ciddi nöqsanlar aşkarladı





A+  A-

Hesablama Palatasının Kollegiyası müvafiq qanunvericiliyin tələblərinə uyğun olaraq 1 aprel 2015-ci il tarixdən 1 yanvar 2017-ci il tarixədək olan dövrdə “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin maliyyə-təsərrüfat fəaliyyətinin auditinin nəticələri üzrə hesabatı müzakirə edərək təsdiqləyib.
Hesablama Palatasından XəzərNews.az-a verilən məlumata görə, nizamnaməyə uyğun olaraq “Azəristiliktəchizat” tərəfindən 2015-2016-cı illərin istilik mövsümündə 535 qazanxana istismar edilməklə 3570 yaşayış binası (170 minə yaxın mənzil), 289 məktəb, 157 uşaq bağçası, 152 səhiyyə obyekti və 605 digər sosial obyekt istiliklə təmin edilib.

Auditlə ümumilikdə 51202,7 min manat məbləğində vəsait əhatə olunub.

Cəmiyyət tərəfindən proqnozların tərtibi zamanı əvvəlki ilin faktiki və cari ilin gözlənilən xərci, mal-material ehtiyatlarının anbar qalıqları müvafiq proqnozlaşdırmalarda nəzərə alınmayıb. Cəmiyyətin öz istehsalı olan istilik enerjisinə çəkilən xərclərin artırılması hesabına subsidiya artıq proqnozlaşdırılmış, dövlətin investisiya vəsaitləri hesabına əvəzsiz alınmış əsas vəsaitlərinin amortizasiya ayırmaları, kənardan alınan istilik enerjisinin istehlakçılara çatdırılması ilə bağlı təchizat xərcləri və kənar təşkilatların qazanxanaları üzrə xidmət xərcləri Cəmiyyətin öz istehsalı olan istilik enerjisinin plan maya dəyərinə daxil edilərək zərər artıq proqnozlaşdırılıb, anbarda qalığı olan malların təkrar alınması nəticəsində zəruri olmayan xərcə vəsait yönəldilərək səmərəsiz xərcə yol verilmiş, qarşıdakı il və növbəti illər üzrə büdcə vəsaitinə təlabatın müəyyən edilməsi üçün hər bir istehlakçı qrupu və xidmət növü üzrə satılacaq istilik enerjisinin və isti suyun kalkulyasiya obyektləri üzrə məhsul vahidinin (1 m2 yaşayış sahəsi, 1 m3 isidilən həcm və 1 m3 isti su) istehsal və satış maya dəyəri müəyyən edilməmiş və Cəmiyyətin əsas fəaliyyəti üzrə zərəri hər bir istehlakçı qrupu və xidmət növü üzrə bölüşdürülməyib.

Dövlət büdcəsindən ayrılan vəsaitdən (subsidiyadan) istifadə zamanı lüzumsuz xərclərə yol verilmiş, xərclər müvafiq sənədlərlə təsdiqlənmədiyi halda təhtəlhesab şəxslərin hesabından vəsait silinib, nəqliyyat vasitələri və aqreqatlara artıq yanacaq sərf edilib, regional istismar sahələrinin rəislərinə nəqliyyat xərclərinə görə verilən vəsaitin xərclənməsinə dair müvafiq sənədlər mərkəzi mühasibatlığa təqdim edilməyib, kənar təşkilatların qazanxanalarına xidmət xərcləri, istilik elektrik mərkəzlərindən alınan istilik enerjisinin dəyəri və həmin enerjinin istehlakçılara çatdırılmasına görə təchizat xərcləri subsidiya məqsədləri üçün zərərin hesablanmasında istehsal xərclərin tərkibinə aid edilib.

2015-ci ildə Cəmiyyətin gəlir və xərclər smetasının icrasına və maliyyə hesabatına görə istilik təchizatı xidmətlərinin satışından faktiki gəlirləri (mədaxil) ƏDV-siz 8109,0 min manat, faktiki xərcləri 46148,2 min manat (o cümlədən, 45702,1 min manat istehsal xərci, 446,1 min manat satışdankənar xərc) maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 38039,2 min manat təşkil etdiyi halda, 2016-cı ildə faktiki gəlirlər ƏDV-siz 10839,2 min manat, faktiki xərcləri 50243,3 min manat (o cümlədən, 49699,1 min manat istehsal xərci, 544,2 min manat satışdankənar xərci) maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri 39404,1 min manat təşkil edib, 2016-cı ildə gəlirlər 2015-ci ilə nisbətən 2730,2 min manat artdığı halda, xərclər 4095,1 min manat və ya gəlirlərin artımına nisbətən 1,5 dəfə çox artmış, nəticədə Cəmiyyətin maliyyə fəaliyyətinin nəticəsi üzrə faktiki zərəri əvvəlki ilə nisbətən 1364,9 min manat və ya 3,6 faiz artıb.

İsidilən yaşayış sahəsi və tikinti həcmi barədə uçot göstəriciləri ilə abonent və müştəri xidmətləri tərəfindən təqdim edilən məlumatlar arasında uyğunsuzluqlar olub, yaşayış sahələrinin isidilməsi üzrə xidmət vahidinə (1 m2 yaşayış sahəsinə) normadan artıq istilik enerjisi sərfiyyatına yol verilməklə tələbatdan artıq enerji sərf edilib, Cəmiyyətin öz istehsalı olan istilik enerjisi üzrə 2015-ci ildə 11,68% və 2016-cı ildə 11,95% miqdarında texnoloji itki normaları təsdiq edildiyi halda, hər il üzrə 12,6% miqdarında itki hesablanaraq artıq itkilərə yol verilib.

Cəmiyyətdə Beynəlxalq Mühasibat Uçotu Standartlarına uyğun uçot aparılmamış, maliyyə hesabatları və izahlı qeydlər Beynəlxalq Maliyyə Hesabatları Standartlarına tam uyğun tərtib edilib, Cəmiyyətin və onun strukturlarının uçot siyasətinin qəbul edilməsi və hesab sahələri üzrə uçotun aparılması barədə prosedurlar hazırlanmayıb, Maliyyə Nazirliyinin təsdiq etdiyi “Aktivlərin və öhdəliklərin inventarizasiyası Qaydaları”na əməl edilməyərək öhdəliklərin inventarizasiyası tam aparılmamış, bu səbəbdən də iddia müddəti və vaxtı keçmiş debitor və kreditor borcların ləğvi istiqamətində tədbirlər görülməyib.

Hesablama Palatasının Kollegiyası nəzarət tədbirinin nəticələrini müzkirə edərək qərar qəbul etmiş, müəyyən edilmiş nöqsanların qısa müddət ərzində aradan qaldırmaqla nöqsanlara yol vermiş vəzifəli şəxslərin qanunvericiliklə müəyyən edilmiş qaydada məsuliyyətə cəlb edilməsi və görülmüş tədbirlər barədə Hesablama Palatasına məlumat verilməsi məqsədilə "Azəristiliktəchizat" ASC-yə Kollegiya Qərarının surəti və müvafiq təqdimat göndərilib. Auditin nəticələri barədə Milli Məclisə məlumat verilib.

Xəbər 880 dəfə oxunub.



28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?


BÜTÜN XƏBƏRLƏR +