Slovakiya sanksiya paketini təsdiq edəcək-Robert Fitso
Doğum evində üçəm doğuldu, baxımsızlıqdan tələf oldu
Yuxusuna mane olan körpəsini öldürdü
Ukraynanın yeni baş naziri təsdiqləndi
Gömrükdə rəhbərlər dəyişsə də, üslub dəyişməyib
Sabir Rüstəmxanlının kitabı Sarayevoda nəşr olundu
Prezident Berdiməhəmmədova Qarabağ atı hədiyyə edib
Kamran Əliyev iki xanım prokurora yeni vəzifə verdi
Əliyev və Berdiməhəmmədov Şuşada - Foto
Kanalda batan çempionun meyiti tapıldı


28.07.2017  09:29 

Abbas Abbasovun gizli toplantılar keçirirməkdə məqsədi nədir?





A+  A-

Azərbaycanın baş nazirinin sabiq birinci müavini Abbas Abbasovun son aylar yenidən siyasi səhnədə fəallaşması haqda xəbərlər yayılıb. Məlumatlarda qeyd olunur ki, Moskvadakı və Bakıdakı tərəfdarlarını başına toplamağa cəhd edən A.Abbasov 2018-ci ildə mütləq Azərbaycana qayıdacağı və seçkilərdə iştirak edəcəyi mesajını verib.
XəzərNews.az xəbər verir ki, “Yeni Müsavat” qəzetinin yazdığına görə, Rusiya Azərbaycanlılarının Federal Milli Muxtariyyətinin rəsmi saytı Vladimir Putinin A.Abbasova məktub yazdığı barədə xəbər yayıb. Kremlin mətbuat xidmətinə istinadən yayılmış məktubda bildirilir ki, Rusiya prezidenti Vladimir Putin Sahibkarlığa Dəstək Fondunun direktoru Abbas Abbasova “fəal ictimai fəaliyyətinə və Rusiyada sahibkarlığın inkişafına göstərdiyi dəstəyə görə” təşəkkür edib.

Putinin təşəkküründən “AzerRos”un prezidenti Mehriban Sadıqova geniş məktub hazırlayıb və A.Abbasovun Rusiya-Azərbaycan əlaqələrinin inkişafında fəaliyyəti geniş təhlil olunub. Məktubda diqqətçəkən bir məqam da var. “AzerRos”un prezidenti yazır ki, “Rusiya prezidentinin Abbas Abbasova məktubu ona və onun əqidə dostlarına ciddi mənəvi dəstəkdir”.

Rusiyadakı Azərbaycan diasporasındakı bir mənbə qəzetə deyib ki, A.Abbasov təcili olaraq regional diasporların iclaslarını keçirməklə bağlı göstəriş verib. Artıq bir neçə regionda bu cür toplantıların keçirilməsi barədə xəbərlər var. A.Abbasov regiondakı adamları vasitəsilə “diaspora liderinə” çevrilmək niyyətindədir. Mənbə deyib ki, son olaraq Samarada “Abbas Abbasovun ətrafında birləşək” niyyəti ilə toplantı olub. Bildirilir ki, sabiq vitse-primyer Ümumrusiya Azərbaycanlıları Konqresinin qeydiyyatının ləğvindən sonra Rusiyada “azərbaycanlıların nicatı” statusuna iddialıdır. Böyük ehtimalla A.Abbasov yaxın müddətdə “Azərbaycan diasporasının təkidi” ilə yenidən rəsmi olaraq fəaliyyətə başlayacaq. Onun “AzerRos”a Ağsaqqallar Şurasının sədri kimi qayıdacağı, ilin sonunda isə ümumiyyətlə təşkilata rəhbərlik edəcəyi deyilir.

Xəbər 3259 dəfə oxunub.




17.07.2025  23:50 

FTB ləqəbli reper saxlanılıb

17.07.2025  12:33 

Sabah 41 dərəcə isti olacaq

17.07.2025  11:35 

Suriya qüvvələri geri çəkildi

17.07.2025  11:32 

Liderlər Füzulidədir


BÜTÜN XƏBƏRLƏR +