Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


24.07.2017  10:37 

Ermənilərin növbəti yalanı ilə bağlı - MN-dən açıqlama





A+  A-

Son günlər Ermənistan mətbuatının guya Azərbaycan Silahlı Qüvvələri tərəfindən dövlət sərhədinə yaxın ərazilərdə yerləşən erməni kəndlərinin atəşə tutulması barədə yaydığı xəbərlərə Müdafiə Nazirliyi cavab verib.
XəzərNews.az-a daxil olan məlumatda bildirilir ki, Ermənistan hakimiyyəti tərəfindən yayılan bu kimi xəbərlər hərbi ittifaqda olduğu müxtəlif ölkələri aldadaraq öz çirkin avantürasına cəlb etmək və həmsərhəd kəndlərdə Azərbaycanın mülki vətəndaşlarına qarşı törətdiyi təxribatlara bəraət qazandırmaq məqsədini daşıyır.

"Bildiririk ki, Ermənistan silahlı qüvvələrinin Berd və Noyemberyan rayonları ərazisində yerləşən atəş nöqtələrindən Azərbaycanın Qazax rayonunun Kəmərli və Qaymaqlı, o cümlədən Tovuz rayonunun Koxanəbi, Ağbulaq və Ağdam kəndləri müxtəlif çaplı silahlardan atəşə tutulub. Nəticədə yaşayış məntəqələrindəki mülki obyektlərə, əkin sahələrinə və əhalinin şəxsi təsərrüfatına ziyan vurulub.

Bu təxribatın qarşısının alınması məqsədilə bölmələrimiz tərəfindən dərhal görülən cavab tədbirləri nəticəsində düşmənin həmin istiqamətdəki atəş nöqtələri susdurulub.

Vəziyyətin daha da gərginləşməsinə və baş verə biləcək nəticələrə görə Ermənistanın kriminal hərbi-siyasi rejimi tam məsuliyyət daşıyır".

Xəbər 2549 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +