“Lombard rəhbərləri camaatı incidir”
Rəsulzadənin şəkli olan avro saxta deyil
Əbülfəz Elçibəyin xanımı vəfat etdi
2018-ci il büdcəsinin icrası: rəqəmlər və tendensiyalar
Bələdiyyələrin statusu dəyişdirilir
Rusiya və Avropa dollardan imtina edir
Minlərlə sahibkarın borcu silinib
Putin 7 azərbaycanlıya Rusiya vətəndaşlığı verdi
Oğuzda ağır yol qəzası - 2 ölü, 3 yaralı
Netanyahunun arvadı həbs oluna bilər


15.07.2017  11:12 

Uşağın cinsi kimdən asılıdır?





A+  A-

İyulun 12-də Respublika Perinatal Mərkəzdə baş verən ana ölümündən sonra oğlan və qız uşaqları ilə bağlı mövzunu gündəmə gətirib. Bu arada bildirək ki, Mərkəzin Doğuşayardım Komissiyasının sədri Sevinc Məmmədova 34 yaşlı Bəkirova Kəmalənin 8-ci hamiləliyindən sonra vəfat etdiyini açıqlayıb:
"Belə ki, həmin qadının bundan əvvəl 5 doğuşu olub. 5 doğuşdan 2 qız, 3 oğlan dünyaya gətirib. Oğlan uşaqları doğuşdan sonra ölüb. Bundan əlavə ananın 3-dən artıq uzun müddətlik, yəni 12 həftədən böyük selektiv abortları qeydə alınıb. Qız uşaqları olduğu üçün abort etdirib. Axırıncı abortdan sonra fəsadlaşma olduğundan həkimlər ona hamilə qalmağı qadağan ediblər. Buna baxmayaraq, qadın hamilə qalıb. Oğlan olduğu üçün hamiləliyi 36-cı həftəsinə qədər davam etdirib”.

XəzərNews.az bu məqamda saglamolun.az-a istinadən Uşağın cinsi kimdən asılıdır - anadan, yoxsa atadan? adlı məqaləni təqdim edir:

İnsan bədəni milyonlarla hüceyrələrdən ibarətdir. Hər hüceyrənin içərisində nüvə, nüvənin içərisində – xromosomlar yerləşir. Xromosomlar genlərdən ibarətdir. Məhz genlər bizim göz, dəri, saç rəngi, maddələr mübadiləsinin xüsusiyyətləri və s. özəllikləri haqqında bütün məlumatları başıyır. Genlər gen toplusunu (genotip) yaradır. Gen toplusu hər bir insanda fərqlidir.

Qadınların xromosom dəsti 46XX kimi, kişilərin – 46XY kimi işarə olunur. 44 xromosom qeyri-cinsi (dediyimiz kimi, göz, saç, dəri rəngi və s.), 2 xromosom isə cinsidir. Qadınlarda cinsi xromosomlar XX, kişilərdə XY kimi işarə olunur.

Spermatozoid və yumurta hüceyrəsinin hər birisində yalnız xromosomların yarısı, yəni 23 olur – 22 qeyri-cinsi xromosom + 1 cinsi xromosom, ki sonra bu hücerələr birləşəndə yeni orqanizmin tam xromosom dəsti (23+23=46) alınsın.

Qadınlarda bütün yumurta hüceyrələrində yalnız X cinsi xromosomları (qadın orqanizmində digər cinsi xromosom mövcud deyil!) olur – 23X. Kişi spermatozoidləri isə fərqlidir - onlar ya X, ya da Y cinsi xromosomlarına malik olur (23X və ya 23Y).

Bu hüceyrələrin birləşməsi (mayalanma) nəticəsində yeni orqanizmin xromosom dəsti formalaşır. Bu dəst ya 46XX və ya 46XY şəklində ola bilər.

Yumurta hüceyrəsi X-xromosomuna malik olan spermatozoid tərəfindən mayalanarsa, bu zaman qız uşağı (23X+23X=46XX), Y-xromosomuna malik olan spermatozoid tərəfindən mayalanarsa, oğlan uşağı (23X+23Y=46XY) inkişaf etməyə başlayır.

Beləliklə, fiziki olaraq uşağın cinsinin formalaşmasında yalnız atanın "rolu" var, ananın isə heç bir rolu yoxdur.

Lakin bunu da demək tam düzgün deyil. Bəli, uşağın cinsini spermatozoid formalaşdırır, ancaq hər bir konkret halda hansı spermatozoid (X və ya Y) bunu edəcək nə kişi, nə də qadından asılı deyil və bunu qabaqcadan proqnozlaşdırmaq mümkün deyil. Məhz bu səbəbdən uşağın cinsinə aid olan heç bir "hesablama" dəqiq nəticə vermir və verə də bilməz.

Xəbər 740 dəfə oxunub.




15.06.2019  14:39 

Sabah 35 dərəcə isti gözlənilir

15.06.2019  11:36 

Cəbhədən xəbər var

15.06.2019  10:04 

Azərbaycan nefti bahalaşdı

14.06.2019  11:37 

Minlərlə sahibkarın borcu silinib


BÜTÜN XƏBƏRLƏR +