AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


15.07.2017  09:25 

Türkiyədə inqilaba cəhd hadisələrindən 1 il ötür





A+  A-

2016-cı ilin 15 iyulunda FETÖ terror təşkilatının Türkiyədə hərbi çevrilişə cəhd etdiyi qanlı gecədən 1 il ötür.
XəzərNews.az xəbər verir ki, həminn gecədə inqilabçılar Ankara və İstanbul başda olmaqla bir çox şəhərdə strateji obyektləri ələ keçirmiş, TRT kanalı vasitəsilə ölkədə hərbi çevriliş edildiyini elan etmişdilər.

F-16 qırıcı təyyarələrlə parlament binası və bir çox mühüm binalar bombalanmışdı.

Prezident Rəcəb Tayyib Ərdoğan xalqa səsləndikdən sonra minlərlə insan küçələr axışmış və silahlı terrorçulara qarşı mübarizə aparmışdı.

İnqilabçıların sadə vətəndaşlara və polislərə yerdən və göydən atəş etməsi nəticəsində 248 nəfər ölmüş, 1537 nəfər isə yaralanmışdı. Bundan başqa, 24 inqilabçı ölü, 50-si isə yaralı olaraq ələ keçirilmişdi.

Səhər saatlarında isə FETÖ terrorçuları təslim olmuş və xalq dirənişi zəfər qazanmışdı.

Qeyd edək ki, hadisədən sonra 20 iyulda ölkədə fövqəladə hal vəziyyəti elan edilib və vaxtı bir neçə dəfə uzadılaraq bu günə qədər də davam etdirilib. 15 iyul hadisələri işi 170 minə yaxın şəxs şübhəli qismində saxlanılıb və 50 min nəfər barəsində həbs qərarı çıxarılıb.

Xəbər 1410 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +