İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


13.07.2017  18:44 

“O jurnalistlərin adı siyahıdan çıxarılıb” - Vüqar Səfərli





A+  A-

"KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyaya daxil olmuş müraciətlərin araşdırılması artıq başa çatıb".
XəzərNews.az xəbər verir ki, bunu APA-ya açıqlamasında Azərbaycan Respublikası Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun icraçı direktoru, KİV əməkdaşlarına mənzillərin verilməsi ilə bağlı yaradılmış komissiyanın sədri Vüqar Səfərli deyib.
V. Səfərli bildirib ki, meyarlara tam uyğun gəlməyən şəxslər, əsasən jurnalistikaya aidiyyəti olmayan müxtəlif peşə sahibləri siyahıdan çıxarıldıqdan sonra qalmış 1000-ə yaxın şəxsin namizədliyi müzakirə edilib və ilkin olaraq 255 iddiaçının adı müəyyənləşib.

"Komissiya dövlət başçısının jurnalistlərə hədiyyəsi olan mənzillərin bölgüsündə hər hansı subyektivliyə yol verilməməsi üçün əvvəlcədən bəyan edilmiş şərtlərə ciddi riayət olunmasına qərar verib. Bunun nəticəsi olaraq üzərində həbs olan, rəhbərlik etdiyi və ya çalışdığı KİV-in adı Mətbuat Şurasının “qara siyahı”sında keçən, Baş Prokurorluq tərəfindən xəbərdarlıq almış KİV əməkdaşlarının müraciətləri nəzərə alınmayıb. Eyni zamanda regionlarda işləyən, sənədlərində ciddi çatışmazlıqlar olan və digər səbəblərə görə şərtlərə uyğun gəlməyən şəxslər müzakirədən kənarlaşdırılıb" deyə, V. Səfərli qeyd edib.

Həmçinin, aidiyyəti orqanların xəbərdarlıqlarının müddət limitinin müəyyən olunması, həmin dövr ərzində qanunun tələblərini təkrar pozmayan KİV-lərin siyahıdan çıxarılması barədə qərar qəbul olunub.

Komissiya sədri onu da deyib ki, eyni yerdə 3 il fasiləsiz iş stajı kriteriyası redaksiyalardan daxil olan təqdimatlara aid edilib: "Fərdi qaydada olan müraciətlərə isə bu tələb şamil olunmayıb".

V. Səfərlinin sözlərinə görə, açıqlanacaq siyahı media ictimaiyyəti üçün xeyli sürpriz vəd edir: " Siyahıda çoxlu sayda medianın inkişafında danılmaz əməyi olan qocaman jurnalistlərin, müasir jurnalistikanın tanınmış qələm sahiblərinin, jurnalist ailələrinin, vəfat etmiş KİV nümayəndələrinin ailə üzvlərinin adları var".

Komissiya sədri deyib ki, bir sıra hallarda daxil olmuş sənədlərdə zəruri məlumatların saxtalaşdırılmasına da rast gəlinib: "Onların sırasında iş stajının süni şəkildə artırılması və bu məqsədlə əmək kitabçasına yanlış məlumatların daxil edilməsi, mənzil şəraiti və ailə tərkibi barədə düzgün məlumatların verilməməsi və s. məsələlər vardır. Belə hallar da müşahidə olunub ki, müraciət müəllifləri müxtəlif illərdə, o cümlədən 2017-ci ildə özünün və ailə üzvlərinin adına olan mənzillərlə bağlı alqı-satqı və bağışlama əməliyyatları keçiriblər və hazırda evsiz olduqlarını göstərməyə çalışıblar. Belə hallar müəyyən edildikdə, həmin şəxslər siyahıdan çıxarılıb".

V. Səfərli ölkə başçısının jurnalistlərin mənzil məsələsi ilə bağlı xüsusi tapşırıqlarının olduğunu da deyib: “Cənab Prezident jurnalistlərin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə həyata keçirilən tədbirlər zamanı subyektiv yanaşmaya, xüsusilə də qeyri-qanuni əməllərə yol verilməməsi barədə ciddi tapşırıq verib. Tapşırığa əsasən, təqdimat verən şəxslərin – KİV-lərin, dövlət orqanlarının və s. qurumların rəhbərlərinin şəxsi mənafedən çıxış etməsi və neqativ əməllərə yol verməsi təsdiqini taparsa, onların təqdimatları ləğv ediləcək və özləri barədə ciddi cəza tədbirləri görüləcək”.

Qeyd edilib ki, Prezident İlham Əliyev siyahıda dövlət orqanlarından daxil olan təqdimatların kəskin azaldılmasını və həmin mənzillərin ehtiyacı olan KİV əməkdaşları arasında bölünməsini də tapşırıb.

“Ümumilikdə isə, gərgin iş nəticəsində bütün namizədlər hərtərəfli araşdırılıb və ən layiqli şəxslər seçilərək siyahıya daxil edilib”.

Komissiya sədri bildirib ki, bu siyahı həqiqətən də jurnalist ictimaiyyətinin müsbət qiymətləndirməsinə layiqdir.

Xəbər 1589 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +