İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


13.07.2017  12:27 

“Gül balalar”ına görə işdən qovulan papalar... - Siyahı





A+  A-

XəzərNews.az "Ölkə.Az"a istinadən atalarının işdən qovulmasına səbəb olan "gül balalar"ın siyahısını təqdim edir:
1. Bir neçə gün əvvəl işdən qovulan və sərəncama göndərilən general Novruzəli Orucov

Novruzəli Orucovun oğlu bir neçə il əvvəl avtomobillə piyadanı vuraraq ölümünə səbəb olmuşdu. Məhkəmənin hökmü ilə 4 il azadlıqdan məhrum edilsə də, 2 il sonra şərti olaraq azadlığa buraxılmışdı. Bu yaxınlarda isə 85 saylı avtobus sürücüsünü təqib edərək döydüyü üçün yenidən gündəmə gəldi. Amma bu dəfə gündəmə gəlməsi ilə bərabər atasını da gündəmə daşıdı. Kiçik Orucovun əməli dövlət başsının qəzəbinə səbəb oldu və Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin həqiqi hərbi xidmətə çağırış üzrə müavini Novruzəli Orucov sərəncama göndərildi.

Dövlət başçısı İlham Əliyev dəfələrlə xəbərdarlıq etmişdi ki, belə bir hallar yolverilməzdir və qudurğan məmur övladlarının valideynləri cəzalandırılacaq.

2. Sabiq əmək və əhalinin sosial müdafiəsi naziri Füzuli Ələkbərov

2013-cü ildə İsmayıllı rayonunda baş verən insident çoxlarının yadındadır. Eyni ilin yavar ayında nazirin oğlu Vüqar Ələkbərov İsmayıllı rayon sakinlərini təhqir etmişdi. Bu isə rayon sakinlərinin kəskin etirazına səbəb olmuş, böyük narazılıq yaranmışdı.

Etirazlar nazir balasının "Çıraq" otelinin və bir neçə bahalı avtomobilinin yandırılması ilə nəticələnmişdi. Bu hadisədən bir müddət sonra Füzuli Ələkbərov postu ilə vidalaşdı.

3. İsmayıllı rayonunun sabiq icra başçısı Nizami Ələkbərov

Nizami Ələkbərov həm də eks-əmək və sosial müdafiə naziri Füzuli Ələkbərovun qardaşıdır. İsmayıllı hadisələrindən sonra Nizami Ələkbərov tutduğu vəzifədən azad edildi.

4. Xəzər Dəniz Gəmiçiliyinin sabiq rəis müavini Mübariz Mədətov

Mübariz Mədətov da övlad özbaşınalığına görə işindən məhrum olan məmurlardandır. Onun oğlu Xalid Mədətov içkili vəziyyətdə "Galendawagen" markalı avtomobili ilə qəza törətmişdi. Qəza nəticəsində isə musiqiçi Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsi həlak olmuşdu. Bu hadisədən sonra Mübariz Mədətov işdən uzaqlaşdırıldı.

5. Vergilər Nazirliyinin 14 saylı Ərazi Vergilər İdarəsinin rəisi Fəxrəddin Əliyev

Fəxrəddin Əliyev də övladına yarayıb, övladından yaramayan atalardandır.

Oğlu Məhərrəm Əliyev 2015-ci ilin dekabr ayında Qaradağ rayonu, Lökbatan qəsəbə sakinləri ilə mübahisə etdikdən sonra "Vinçester" markalı tüfəngdən atəş açıb. Nəticədə mübahisədə iştirak edən qəsəbə sakinləri xəsarət almışdı. Məhərrəm və dostu Samir tutulmuşdu. Fəxrəddin Əliyev isə işdən azad edildi.

6. Gəncə 2 saylı dövlət notariat kontorunun dövlət notariusu Nəsib İmanov

Nəsib İmanov da oğlunun güdazına gedən məmur atalardandır. Oğlu Vasif İmanov sərxoş vəziyyətdə sükan arxasına keçib və polisə tabe olmayıb. Hələ bu da azmış kimi, polis əməkdaşlarını söyüb, onlara müxtəlif bədən xəsarətləri yetirib. Nəticə isə məlumdur, atası işdən uzaqlaşdırıldı.

7. Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin keçmiş rəisi Əliməmməd Həsənov

Əliməmməd Həsənovun oğlu polis forması geyinsə də, avtoxuliqanlıqla məşğul olub. Tural Həsənov Zığ şossesində dostu ilə yarışa çıxıb və nəticədə dəfələrlə qəza vəziyyəti yaradıb. Bundan sonra daxili işlər nazirinin əmri ilə işdən qovulub. Atası da övladının ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib.

8. Tərtər rayon icra başçısının sabiq birinci müavini Vidadi Bəylərov

Vidadi Bəylərov da övladından yarımayan atalardandır. Yeniyetmə oğlu Elxan Bəylərli də avtoxuliqanlıq edib. Bir nəfərlə yarışa çıxan Elxan onu sıxaraq qəza törətməsinə və nəticədə həlak olmasına səbəb olub.

9. Bakı şəhər Prokurorluğunun İstintaqa nəzarət şöbəsinin keçmiş rəisi Ramiz Nəbiyev

Ramiz Nəbiyev də övladının dəbdəbəli həyat tərzi sürməsinə görə işini itirənlərdəndir. Oğlu Elvin Nəbizadə sosial şəbəkədə müxtəlif lüks markalı avtomobillərini nümayiş etdirib. Bu isə həm sosial şəbəkədə, həm də mətbuatda geniş müzakirələrə səbəb oldu. Hadisədən sonra Ramiz Nəbiyev öz ərizəsi ilə tutduğu vəzifədən azad olunub.

10. Eks-deputat, Məcburi Köçkünlərin Sosial İnkişaf Fondunun sabiq direktoru Ayaz Orucov

Ayaz Orucov Fonddan yeyintiyə görə uzaqlaşdırılsa da, övladına görə də başı az ağrımayıb. Oğlu İsmayıl Orucov Binəqədi rayonu, Azadlıq prospektində ağ rəngli, “Mercedes Galenvagen” markalı, Az 10 BB 111 nömrə nişanlı maşından ağ rəngli, “Nissan Juke” markalı, Az 90 NX 685 nömrə nişanlı maşına 8 dəfə atəş açıb.

Həmin vaxt “Nissan Juke”də iki qadın - sürücü Ramilə Süleymanova və onun sərnişini Aynurə Novruz qızı Cəfərova olub. Bu hadisədən sonra Ayaz Orucov bir daha deputat seçilməyib.

Xəbər 813 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +