Azərbaycanda zəlzələ olub
Lənkəranda zəlzələ olub
Hindistanda istilərdən 30-dək insan ölüb
Yeni Zelandiyada güclü zəlzələ olub
Düşmən yenə atəşkəsi pozdu
Azərbaycanda Milli Qurtuluş Günüdür
“Lombard rəhbərləri camaatı incidir”
Rəsulzadənin şəkli olan avro saxta deyil
Əbülfəz Elçibəyin xanımı vəfat etdi
2018-ci il büdcəsinin icrası: rəqəmlər və tendensiyalar


13.07.2017  11:19 

Ölkənin danışdığı hadisə - Oğlu generalı necə rüsvay etdi





A+  A-

Prezident məmurlara yenidən xəbərdarlıq etdi; işdən qovulan general: “Mən özümdən başqa heç kimdə günah görmürəm”
Avtobus sürücüsünə hücum edən Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini (artıq sabiq müavin - red.) Novruzəli Orucovun oğlu Rüstəm Orucov həbs edilib, Novruzəli Orucov isə prezidentin sərəncamı ilə vəzifəsindən azad edilib.

Baş Prokurorluq generalın oğlunun həbs edilməsi ilə bağlı açıqlamasında bildirib ki, 2017-ci il iyulun 3-də Bakı şəhər sakini Rüstəm Orucov sürücülük hüququndan məhrum olunmasına baxmayaraq, idarə etdiyi “BMW” markalı 10-OG-300 dövlət nömrə nişanlı avtomobillə yol hərəkəti qaydalarını pozduğuna görə ona əsaslı irad bildirmiş sürücü Sənan Səmədovun idarə etdiyi marşrut avtobusunu 8 dayanacaq təqib edərək sərnişinlərin narahatçılığına və insanlarda vahiməyə səbəb olub, vətəndaşların gözü qarşısında bir qrup şəxslə həmin sürücüyə xəsarətlər yetirərək xuliqanlıq edib.

Baş Prokurorluğun məlumatında həmçinin qeyd edilir ki, Rüstəm Orucov piyadanın ölümünə səbəb olan yol nəqliyyat hadisəsi törədib hadisə yerindən qaçdığına görə hələ 2014-cü ildə 4 il müddətinə azadlıqdan məhrum olub, 2016-cı ildə isə şərti olaraq vaxtından əvvəl azad edilib. Yuxarıda qeyd olunmuş xuliqanlıq hadisəsi də məhz onun şərti azadlıqda olduğu dövrdə baş verib. Faktla bağlı 2017-ci il 4 iyul tarixdə Binəqədi Rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 221.2.1-ci (bir qrup şəxs tərəfindən xuliqanlıq) maddəsi ilə cinayət işi başlanıb. Rüstəm Orucov həmin maddə ilə ittiham olunaraq barəsində məhkəmənin qərarı ilə həbs-qətimkan tədbiri seçilib.

İyulun 11-də isə prezident İlham Əliyev general-mayor Novruzəli Orucovun Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti rəisinin müavini vəzifəsindən azad edilməsi haqqında sərəncam imzalayıb.

Ölkə prezidenti İlham Əliyev Nazirlər Kabinetinin iyulun 12-də keçirilən iclasında bir daha məmurlara xəbərdarlıq edib.

Prezident deyib ki, dövlət məmurları və onların ailə üzvləri davranış normalarına ciddi əməl etməlidirlər.

Dövlət başçısı xalqa xidmət, təvazökarlıq, təkəbbürlü davranmamaq prinsiplərinin dövlət məmurlarının əsas həyat və fəaliyyət normasına çevrilməsinin zəruriliyini vurğulayıb. Prezident bu məsələdə heç kimə güzəşt olunmadığını və bundan hamının nəticə çıxarmalı olduğunu bildirib.

Yada salaq ki, bundan əvvəl “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin keçmiş sədr müavini Mübariz Mədətov oğlunun “qurbanına” çevrilib. Belə ki, M.Mədətovun oğlu Xalid Mədət xalq artisti, məşhur tarzən Ağasəlim Abdullayevin həyat yoldaşı və nəvəsinin ölümünə səbəb olan nəqliyyat qəzası törədib. Bahalı “Mercedes-Benz G-55" avtomobilini həddən artıq sürətlə idarə etdiyi üçün sözügedən şəxslərin həyatına son qoymuşdu. Nəticədə X.Mədətovun özü həbs edildi, atası isə vəzifəsindən azad olundu.

Sabiq Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Füzuli Ələkbərov da bir neçə il öncə vəzifəsini oğlunun İsmayıllıda sakinlərlə kobud davranışı və rayonda gərginliyə səbəb olma üzündən vəzifəsini itirməli olmuşdu. Nazirin İsmayıllının o zamankı icra bağçısı olan qardaşı da bu olaydan sonra vəzifədən kənarlaşdırılmışdı.

Zığ şossesində avtoxuliqanlıq etdiyi haqda məlumat yayılan polis əməkdaşı Tural Həsənovun atası, Dövlət Gömrük Komitəsinin Yevlax Gömrük İdarəsinin rəisi Əliməmməd Həsənov da övladının ictimai yerdə qaydaları kobudcasına pozduğuna, qanunlara hörmət etmədiyinə görə tutduğu vəzifədən azad edilib. T. Həsənovun özü də polis orqanlarından da xaric olunub.

Hələlik isə ən son Novruzəli Orucovun vəzifəsinə övladı baiskar oldu.

Bu hadisənin sonuncu olması üçün nə olmalıdır?

Deputat Vahid Əhmədov “Yeni Müsavat”a açıqlamasında bildirdi ki, ölkə prezidenti bundan öncə də övladları qanun-qaydanı nəzərə almayan bir neçə yüksək vəzifəli məmuru işdən azad edib. Bu addım da bir ciddi xəbərdarlıqdır: “Məmur övladları sadə insanlardan daha çox məsuliyyətli olmalıdırlar, harınlıq etməməlidirlər. Bilməlidirlər ki, harınlıq etmələri sonda həm özlərini, həm atalarını zərbə altında qoyacaq. Çoxlu vəsaitin olması o demək deyil ki, qanunları tapdalamalısan, özündən kasıb insanları əzməlisən. Heç kimin hüququnu pozmağa heç kimin ixtiyarı yoxdur. Məmur övladları başqalarına müsbət nümunə olmalıdır. Mən general Novruzəli Orucovun müsahibəsini oxuyanda ona yazığım gəldi ki, övladı onu gətirdi hansı duruma saldı. Dövlət vəzifəsi daşıyan valideynlər bu məsələdə daha məsuliyyətli olmalıdırlar. Vəzifəli şəxslər bilməlidirlər ki, övladlarına aşırı dərəcədə sərbəstlik vermələri, aşırı dərəcədə vəsait ayırmaları gec-tez onların özlərinin başağrısına çevriləcək. Əziyyətsiz əldə edilən böyük vəsaitlər onlarda harınlıq yaradır. Valideynləri onların baş ağrısına çevriləcək bu cür övladlarına nəzarəti gücləndirməlidirlər. Övlad da başa düşməlidir ki, atası vəzifədədirsə, özünü daha məsuliyyətli, tərbiyəli aparmalıdır”.

Deputat Zahid Oruc isə prezidentin qərarını dürüst məmur obrazının formalaşdırılması üçün prezidentin uzun illər həyata keçirdiyi xəttin növbəti həlqəsi adlandırıb: “Ötən on illər ərzində cənab prezident komanda üzvlərinə qarşı təvazökarlıq, xalq qarşısında hesabatlılıq, hər bir hərəkətlərinin ölçülü-biçili səviyyədə aparılması kimi keyfiyyətləri təlqin edib. Bəziləri isə nəticə çıxarmayıblar. Düşünürəm ki, belə qanunsuzluqlara, səhvlərə yol verən hər hansı şəxsin özü, yaxud ailə üzvünün davranışına göstərilən reaksiya, həm cəmiyyətin rəyini, həm də komanda üzvlərinin hər birinin yaxın çevrəsinə nümunəvi təsir göstərən, onları hüququn çərçivəsinə alan tədbirlərdir. Biz başa düşməliyik ki, vəzifə məsuliyyət deməkdir. Biz vəzifəni prestij, yaxud özünü başqalarından fərqləndirmək, onun üzərində dominantlıq təşkil etmək, imkanlarının qabarıq nümayişinə çevirməməliyik. Dövlət başçısı bir daha sübut etdi ki, o, hər kəsə bu kriteriyadan yanaşır. Prezidentin son qərarı hər birimizin ürəyindən xəbər verir və hamımız üçün bir siqnaldır”.

Novruzəli Orucov isə oğlunun törətdiyi cinayətə görə özünü günahkar sayır. Bu barədə o, dünən yenicag.az-a açıqlamasında belə deyib. N.Orucov bildirib ki, prezident onu daha əvvəl işdən çıxartmalı idi: “Hadisədir baş verib, mübahisə yaranıb və sonu da belə olub. Bu məsələdə vəzifəli şəxs kimi mənim də səhvim çox böyük olub, uşağı başlı-başına buraxmışam. Başlı-başına deyəndə ki... Mən özüm atasız böyümüşəm, istəməmişəm ki, uşaqlarım da nəyinsə ehtiyacını çəksinlər. Atam Böyük Vətən müharibəsinin iştirakçısı olub, 1943-cü ildə yaralanıb gəlmişdi, onu altı yaşımda itirmişəm. Altı uşaq olmuşuq, çox ağır ailə həyatı sürmüşəm. Ancaq böyüdük, oxuduq, hamımız ali təhsil aldıq.

Deyim ki, oğlum birinci hadisəni törədəndə cənab prezident, Ali Baş Komandanım mənə çox hörmət elədi, məni o zaman işdən çıxartmalı idi. Açığı, onda özüm də işdən getməyə hazırlaşırdım. Ancaq xidmətlərim nəzərə alındı və işimə davam etməyim məsləhət oldu. Bu dəfə hadisə ilə bağlı cənab prezidentə məruzə edilib və o da qərarını verib. Mən özümdən başqa heç kimdə günah görmürəm. İki oğlum, bir qızım var. Bu, mənim sonbeşiyimdir, bir az ərköyün böyütdük. İdmançı uşaqdır, 1200 metrdən paraşütdən tullanmaq üzrə dünya rekordçusudur.

Bir ata kimi, bir general kimi bütün valideynlərə səslənirəm, yeri gələndə övladlarını sıxsınlar, xüsusilə oğlan uşaqlarına lap bir sillə vursunlar ki, onlar pis hərəkətlər etməsinlər".



Xəbər 1095 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

17.06.2019  10:45 

Azərbaycanda zəlzələ olub

17.06.2019  09:48 

61 yaşlı Zerrin Özer ərə getdi

16.06.2019  11:45 

Lənkəranda zəlzələ olub

16.06.2019  10:08 

Düşmən yenə atəşkəsi pozdu

15.06.2019  14:39 

Sabah 35 dərəcə isti gözlənilir

15.06.2019  11:36 

Cəbhədən xəbər var

15.06.2019  10:04 

Azərbaycan nefti bahalaşdı


BÜTÜN XƏBƏRLƏR +