Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


19.06.2017  18:49 

“Məktəbəqədər təhsil haqqında” qanunun tətbiqi barədə fərman imzalandı





A+  A-

Prezident İlham Əliyev “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının 2017-ci il 14 aprel tarixli 585-VQ nömrəli Qanununun tətbiqi barədə fərman imzalayıb.
XəzərNews.az-ın məlumatına görə, fərmanda qeyd olunur ki, Nazirlər Kabineti 6 ay müddətində Azərbaycan Respublikası qanunlarının və Azərbaycan Respublikası Prezidentinin aktlarının “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılması ilə bağlı təkliflərini Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; Nazirlər Kabinetinin normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını təmin etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 4.0.19-cu maddəsinə uyğun olaraq, məktəbəqədər təhsil müəssisələrinə qəbul qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 5.4-cü maddəsinə uyğun olaraq, sağlamlıq imkanları məhdud olan məktəbəqədər yaşlı uşaqların təhsilinin dövlət standartlarını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 8.8-ci maddəsinə uyğun olaraq, ailə tipli, icma əsaslı, qısamüddətli təlim qruplarında məktəbəqədər təhsilin təşkili qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 14.3-cü maddəsinə uyğun olaraq, məktəbəqədər təhsil müəssisəsində əlavə müayinə və müalicəyə ehtiyacı olan uşaqlara əlavə müalicə-bərpa xidməti göstərilməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 18.2.10-cu maddəsinə uyğun olaraq, məktəbəqədər təhsil sahəsində təhsilverənlərin tibbi müayinədən keçməsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 20.2-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisələrində təhsilalanların sosial müdafiəsi qaydasını müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun 21.5-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisəsinə məxsus daşınmaz əmlakın qorunması və ərazisinin mühafizəsi ilə bağlı normativləri müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin;

həmin Qanunun 22.2-ci maddəsinə uyğun olaraq, dövlət məktəbəqədər təhsil müəssisəsini maliyyələşdirmə normativlərini müəyyən etsin və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanunun pozulmasına görə məsuliyyət növlərini müəyyən edən qanunvericilik aktının layihəsini hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; həmin Qanunun 14.2-ci, 23.3-cü və 23.7-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.3-cü, 4.0.4-cü, 4.0.7-ci, 4.0.8-ci, 4.0.10-cu, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyasını və işçilərinin attestasiyasını həyata keçirmək üzrə), 4.0.14-cü, 4.0.15-ci, 4.0.18-ci maddələrində nəzərdə tutulmuş vəzifələri həyata keçirəcək icra hakimiyyəti orqanları barədə təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin; mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının həmin Qanuna uyğunlaşdırılmasını nəzarətdə saxlasın və bunun icrası barədə altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə məlumat versin; həmin Qanundan irəli gələn digər məsələləri həll etsin.

Müəyyən edilir ki: “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikası Qanununun 4.0.1-ci maddəsində (məktəbəqədər təhsil sahəsində dövlət siyasətini formalaşdırmaq üzrə) və 4.0.2-ci maddəsində (məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar təsdiq etmək üzrə) nəzərdə tutulmuş vəzifələri Azərbaycan Respublikasının Prezidenti həyata keçirir;

Qanunun 5.2-ci, 5.4-cü, 8.2-ci maddələrində, 8.5-ci maddəsinin ikinci cümləsində, 8.8-ci, 9.1-ci, 9.3-cü, 14.1-ci, 14.3-cü, 14.5-ci, 15.8-ci, 18.2.10-cu, 20.2-ci, 21.5-ci, 22.2-ci, 22.3-cü, 23.1-ci maddələrində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.1-ci (məktəbəqədər təhsil sahəsində dövlət siyasətini həyata keçirmək üzrə), 4.0.2-ci (məktəbəqədər təhsilə dair normativ hüquqi aktlar, o cümlədən səmərəli təhsil modelinə əsaslanan dövlət təhsil standartları və proqramları (kurikulumlar) təsdiq etmək üzrə), 4.0.6-cı, 4.0.9-cu maddələrində, 4.0.12-ci (məktəbəqədər təhsil müəssisəsinin akkreditasiyası və işçilərinin attestasiyası qaydalarını müəyyən etmək üzrə) və 4.0.19-cu maddələrində nəzərdə tutulmuş vəzifələri Nazirlər Kabineti həyata keçirir;

Qanunun 4.0.11-ci maddəsinə nəzərdə tutulmuş vəzifələri İqtisadiyyat Nazirliyi həyata keçirir;
Qanunun 15.3-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini, o cümlədən həmin Qanunun 4.0.5-ci, 4.0.13-cü və 4.0.16-cı maddələrində nəzərdə tutulmuş vəzifələri yerli icra hakimiyyəti orqanlarının tabeliyində olan məktəbəqədər təhsil müəssisələrinə münasibətdə yerli icra hakimiyyəti orqanları həyata keçirirlər.

Ədliyyə Nazirliyinə tapşırlır ki, mərkəzi icra hakimiyyəti orqanlarının normativ hüquqi aktlarının və normativ xarakterli aktların “Məktəbəqədər təhsil haqqında” Azərbaycan Respublikasının Qanununa uyğunlaşdırılmasını təmin edib Nazirlər Kabinetinə məlumat versin.

Xəbər 982 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +