Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


19.06.2017  09:06 

Sinif yoldaşlarına “sürpriz hazırlayan“ məktəblinin intiharı





A+  A-

Bir həftə əvvəl Sumqayıtda məktəblinin intihar etməsi hadisəsi ilə bağlı bəzi məqamlar üzə çıxıb.
XəzərNews.az lent.az-ın məlumatına görə, 2-ci mikrorayonda yaşayan 16 yaşlı Əhmədov Ülvi Vüqar oğlu özünü yaşadığı evdə asmamışdan əvvəl sinif yoldaşları ilə əlaqə saxlayıb.
Sumqayıtdakı internat tipli gimnaziyanın fars-ingilis dili təmayülünün 11-ci sinif şagirdi olan və bu il orta təhsili başa vurmalı olan Ülvi sinif yoldaşlarını yaşadığı evə dəvət edib. Ülvi Əhmədov sinif yoldaşlarına deyib ki, onlara sürpriz hazırlayır.
Bildirilir ki, məhz bu söhbətdən sonra məktəbli oğlan məktub yazıb və daha sonra özünü asaraq həyatına son qoyub. O, məktubunda “Son Zəng olmayacaq” sözlərini qeyd edib.
16 yaşlı oğlanın hansı səbəbdən belə bir plan hazırlaması, sinif yoldaşlarını çağırması və həyatına son qoyması hələlik tam aydınlaşmayıb. Faktla bağlı cinayət işi açılıb, araşdırmalar davam etdirilir.

Xəbər 3046 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +