Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


17.06.2017  18:27 

Xanım Nazirə hücum edən şəxs saxlanılıb





A+  A-

Fransa polisi sabiq ekologiya və energetika naziri xanım Natali Kosçyuşko-Morize hücum edən şəxsi saxlayıb.
XəzərNews.az xəbər verir ki, bu barədə “Frans Press” agentliyi məlumat yayıb.

Xatırladaq ki, insident paytaxt Parisin 5-ci dairəsində baş verib. Hadisə zamanı “Respublikaçılar” partiyasının namizədi təbliğat aparırdı.

Naməlum kişi ona yaxınlaşaraq əvvəl təhqir edib, daha sonra isə vurmaq istəyib. Yerə yıxılan xanım namizədin başı daşa dəydi. O, həkimlər gələnədək bir neçə dəqiqə huşsuz vəziyyətdə qalıb. Natali Kosçyuşko-Morize xəstəxanaya yerləşdirilib.

Agentliyin məlumatına görə, şübhəli şəxs şənbə günü səhər saxlanılıb. O, dövlət qulluqçusuna qarşı zorakılıqda ittiham olunur.

Qeyd edək ki, Parlament seçkilərinin ilk turu bazar günü, iyunun 11-də baş tutub. Kosçyuşko-Morize iyunun 18-də keçiriləcək ikinci turda iştirak edəcək.

Xəbər 2958 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +