Bu il Azərbaycanda 17 ana ölüb
Gələn il qəbul imtahanı necə olacaq?
“Ərizəni istəmədən yazmışam” - İşdən çıxarılan aktyor
“Qarabağ”dan azarkeşlərə şad xəbər
Azərbaycana gələn turistlərin kütləvi şikayəti
Alimlərdən yeni kəşf — Ölüm yoxdur ...
Baş nazir qərar verdi
Qanunsuz nişanı küçəyə kim vurub?
Qarabağ separatçılarının sponsoru öldü
Qardaş bacısını güllələdi

      

16.06.2017  21:25 

“Bu, ən böyük ədalətsizlikdir“ - Əli Həsənov





A+  A-

Baş nazirinin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov bu gün Parlamentlərarası İttifaqın baş katibi Martin Çunqonq ilə görüşüb.
Komitədən XəzərNews.az-a verilən məlumata görə, görüşdə qonaqlara Azərbaycanın ən ağrılı problemi olan Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi, bir milyondan çox azərbaycanlı qaçqın və məcburi köçkünün problemlərinin aradan qaldırılması istiqamətində dövlətimizin gördüyü işlər barədə ətraflı məlumat verilib.
Bir sıra beynəlxalq təşkilatların Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı qərar və qətnamələr qəbul etdiklərini vurğulayan Əli Həsənov Parlamentlərarası İttifaqın da bu münaqişəyə ədalətli münasibət bildirəcəyinə ümidvar olduğunu qeyd edib: "Həm Azərbaycan, həm də Ermənistan Avropa Şurasının, BMT-nin, MDB-nin, ATƏT-in və bir sıra digər beynəlxalq təşkilatların üzvüdürlər. Əgər bir təşkilata üzv olan ölkə digər üzv ölkəyə təcavüz edirsə, onun torpaqlarını işğal edirsə, əlbəttə ki, bu, yolverilməzdir. Münaqişə ilə bağlı BMT Təhlükəsizlik Şurası və digər beynəlxalq təşkilatlar qərarlar və qətnamələr qəbul ediblər, ancaq bu sənədlər hələ də icra olunmayıb. Bu, ən böyük ədalətsizlikdir".
Ermənistan-Azərbaycan probleminin yeni yaranmış münaqişə olmadığını deyən Baş nazirin müavini bildirib ki, ermənilərin dünyanın hər yerində diasporları var. Ermənilər keçmiş sovetlər dönəmində ən mühüm dövlət vəzifələri tutublar. Bu imkanlarından istifadə edərək mütəmadi olaraq Azərbaycan torpaqlarını zəbt ediblər. Ermənilər hələ çar Rusiyasının dövründə Azərbaycanın tarixi torpaqlarında yerləşdirildilər. Sonradan bu torpaqlarda özlərinə dövlət qurdular.
Komitə sədri Avropadakı miqrant problemindən də danışıb. Qeyd edib ki, 600 milyon əhalisi olan Avropa bir milyon miqrant probleminin öhdəsindən gələ bilmir. Münaqişə başlayanda Azərbaycanın cəmi 7 milyon əhalisi var idi. Lakin ölkəmiz qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində bütün lazımı işləri görür. Miqrant problemini həll etməyi bacarmayan Avropa isə Azərbaycana demokratiya dərsi keçmək istəyir.
Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işlərdən danışan Əli Həsənov bildirib ki, bu günə qədər 250 min qaçqın və məcburi köçkün müvəqqəti yaşayış üçün yeni qəsəbələrə köçürülüb. 20 il ərzində onların problemlərinin həllinə 7 milyard dollara qədər vəsait sərf edilib.
Ətraflı məlumata görə, minnətdarlığını bildirən Martin Çunqonq Azərbaycan hökumətinin qaçqın və məcburi köçkünlərin problemlərinin həlli istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. “Ancaq bunu da unutmaq olmaz ki, bu insanlara nə qədər diqqət göstərilsə də, onlar öz doğma torpaqlarına qayıtmaq arzusu ilə yaşayırlar”,- deyə qonaq əlavə edib.
Parlamentlərarası İttifaqın fəaliyyəti haqqında məlumat verən Martin Çunqonq bildirib ki, qurum qlobal müstəvidə müxtəlif ölkələrin parlamentlərinin qanunun aliliyinə əsaslanan ittifaqıdır. O deyib: “Təbii ki, beynəlxalq hüquqa əsasən heç bir dövlət digər dövlətin ərazisini işğal edə bilməz. Bizim mövqeyimiz də beynəlxalq hüquqa əsaslanır. Biz Azərbaycan Respublikasının Dağlıq Qarabağ üzərində suveren hüququnu tanıyırıq”.
Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran məsələlər ətrafında fikir mübadiləsi aparılıb.
Qeyd edək ki, iyunun 17-də qonaq Abşeron rayonunun Masazır qəsəbəsindəki məcburi köçkünlər üçün salınmış şəhərcikdə olacaq.

Xəbər 685 dəfə oxunub.



© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

18.10.2017  18:35 

Bu il Azərbaycanda 17 ana ölüb

18.10.2017  15:56 

Suriyanın məşhur generalı öldü

18.10.2017  13:21 

Hadisənin üzünə nə olub?

18.10.2017  13:09 

Sabah hava necə olacaq?

18.10.2017  12:06 

Baş nazir qərar verdi

18.10.2017  11:21 

Medvedev Yerevana gedir

18.10.2017  10:48 

Qardaş bacısını güllələdi

18.10.2017  10:15 

Sürücülərin nəzərinə


BÜTÜN XƏBƏRLƏR +