“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


14.06.2017  12:36 

Böyük özəlləşdirmə yenidən gündəmə gəlir?





A+  A-

Növbəti il Beynəlxalq Bank və Daşkəsən Filiz Saflaşdırma Kombinatıın səhmləri satışa çıxarılacaq.
XəzərNews.az-ın məlumatına görə, bu barədə iqtisadçı Qubad İbadoğlu deyib ki, indiyə qədər Azərbaycanda dövlət əmlakının özəlləşdirilməsi ilə bağlı 2 dövlət proqramı həyata keçirilib:

“Bu proqramlar çərçivəsində kiçik və orta ölçülü dövlət müəssisələrinin böyük əksəriyyəti özəlləşdirilib. Növbəti ildən paylarının (səhmlərinin) nəzarət zərfi dövlətə məxsus olan iri dövlət müəssisələrinin özəlləşdirilməsi gözlənilir. Milli iqtisadiyyat perspektivində ikinci hədəfi də özəlləşdrmə yolu ilə dövlət müəssisələrinin mülkiyyətçisinnin dəyişdirilməsi, onların fəaliyyətində səmərəliliyin artırılması və bununla da iqtisadi dinamikliyi təmin etməkdən ibarətdir. Son məlumatlara görə, özəlləşdirilməyə açıq elan edilə biləcək müəssisələrin siyahısında öndə Beynəlxalq Bank və Daşkəsən Filizsaflaşdırma Kombinatı gəlir”.

Q.İbadoğlu hər iki müəssisənin strateji əhəmiyyətilə bağlı bir sıra məsələlərə aydınlıq gətirilməli olduğunu vurğulayıb:

“ 1. Üçüncü özəlləşdirmənin miqyas və məqsədlər baxımından fərqli olacağını nəzərə alaraq, özəlləşdirmənin hədəflərini aydın ifadə edən yeni hüquqi və normativ baza hazırlanmalıdır. Özəlləşdirmənin fərdi investisiya müsabiqələri formalarına üstünlük verilməklə peşəkar və effektiv menecer cəlbinə nail olunmalı, özəlləşdiriləcək əmlakın dəyərinin qiymətləndirilməsi və götürüləcək investisiya öhdəliklərinin həcminin müəyyənləşdirilməsi beynəlxalq nüfuzlu qiymətləndirici şirkətlər tərəfindən həyata keçirilməlidir.
2. Özəlləşdirmədə xarici investorların iştirakına məhdudiyyət qoyulmamalı, investorların cəlbi üzrə aydın və təminatlı dövlət siyasəti həyata keçriilməli, xarici sərmayə qoyuluşunun hüquqi və iqtisadi əsasları müasir tələblərə uyğunlaşdırılmalıdır. Belə ki, xarici sərmayələrin cəlb edilməsinə daha səmərəli biznes-investisiya mühiti formalaşdırılmalı, onların özəlləşdirmədə iştirakının stimullaşdırılması və sərmayələrinin qorunması üçün dövlət zəmanətlərinin verilməsi nəzərdə tutulan xarici investisiyaların qorunması haqqında yeni Qanun layihəsi qəbul edilməlidir.
3. Özəlləşdirmədə sosial ədalətin qorunması üçün əmək kollektivlərinin iştirakını təsbit edən yeni hüquqi normalar yaradılmalı və səhmlərin bir hissəsi şərt qoyulmadan onların ixtiyarına verilməlidir.
4. Özəlləşdirmə zamanı investisiya müsabiqəsinin qaliblərinin götürdükləri öhdəliklərin icrasının monitorinqi nəzərdə tutulmalı və bu sahədə dövlət nəzarəti ilə yanaşı əmək kollektivinin ictimai nəzarəti də təmin olunmalıdır.
5. Özəlləşdirilən müəssisələrin fəaliyyətinə dair bütün informasiyalar açıq olmalı, dövlətsizləşdirmə prosesi şəffaf və hesabatlı olmalıdır”.

Xəbər 1610 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +