İmtahanların nəticələri açıqlandı
Sabah 37 dərəcə isti olacaq
Ana qızını xilas edərkən özü öldü
Atəşkəs yenə pozuldu
Daha 534 nəfər koronavirusa yoluxdu
5 mindən çox obyektdə pozuntu aşkarlandı
Azərbaycan XİN ABŞ-ı təbrik etdi
Türkiyədə lunaparklar açılır
Qardaş qardaşı boğazından bıçaqladı
Neft yenə ucuzlaşır


13.06.2017  11:54 

“Səhv edib sərbəst buraxmışam, onu həbs etmək lazımdır” - Polkovnik





A+  A-

Bakı Hərbi Məhkəməsində ləğv edilmiş Milli Təhlükəsizlik Nazirliyinin Baş Əks-Kəşfiyyat İdarəsinin sabiq şöbə rəisi, polkovnik Mirəziz Əsgərovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Hakim Elbəy Allahverdiyevin sədrliyi ilə keçən prosesdə şahidlər ifadə verib.

"Zamin Bank”ın filial müdiri Qubad Qubadov ifadə verərək deyib ki, 2012-ci ilin aprelin 7-də V.Əzizova 600 min dollar pul veriblər: “Şənbə günü olmasına baxmayaraq xaricdən həvalə yolu ilə göndərilən 900 min ABŞ dollarını qəbul etdik. Həmin vaxt Nəriman adlı müştərimiz Vidadi Əzizovla banka gəlmişdi. Göndərilən pulun 600 min dollarını Nərimanın yanında Vidadi Əzizova verdim. Vidadi də pulu götürərək bankdan çıxdı. Həmin günü qeyri iş günü olmasına baxmayaraq pul mübadiləsi apardıq. Elə bildik ki, pul bankın müştərisi Nərimanındır. Həmin gün MTN-dən zəng edib dedilər ki, qalan pulu da nazirliyə gətir, mən də aparıb onlara verdim".

Polkovnik Mirəziz Əsgərov deyib ki, Vidadi Əzizovun barəsində həmin il MTN-də 7 cinayət işi açılıb: "Vidadi Əzizovun barəsində olan siqnal materialların işə əlavə edin, hər şey aydın olacaq".

V.Əzizov MTN-də quldur dəstəsinin toplaşdığını deyib.

M.Əsgərov isə ona cavab verərək deyib ki, MTN-də çalışanlar dövlətə xidmət ediblər: "Orada vətənpərvər əməkdaşlar olub. İndi burada bizi mühakimə edirlər. Vidadi Əzizov kimilər isə bizim kimi vətənə xidmət edənləri ittiham edir. Əslində onun özünü həbs etmək lazımdır. Mən o vaxtı səhv edərək Vidadi Əzizovu sərbəst buraxmışam. Hörmətli hakim, prokuror mənim səhvimi təkrarlamayın, Vidadi Əzizov cinayətkardır, onu həbs edin”.

Polkovnikin bu tələbi tərəflər arasında mübahisə yaradıb. Hakim ona xəbərdarlıq edib.

Məhkəmə prosesi iyunun 23-də davam etdiriləcək.

(qafqazinfo.az)

Xəbər 807 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.07.2020  16:48 

“Qalatasaray”da ayrılıq

05.07.2020  15:11 

Sabah 37 dərəcə isti olacaq

05.07.2020  10:28 

Atəşkəs yenə pozuldu

04.07.2020  15:48 

Türkiyədə lunaparklar açılır

04.07.2020  15:09 

Sabah 38 dərəcə isti olacaq

04.07.2020  11:19 

Neft yenə ucuzlaşır


BÜTÜN XƏBƏRLƏR +