Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


13.06.2017  09:48 

Məcburi köçkünlər niyə Bakıda qeydiyyata götürülmürlər?...





A+  A-

Azərbaycanda məcburi köçkünlərin həyat şəraitinin yaxşılaşdırılması üçün bir çox tədbirlər görülüb. Məsələn, bu günə kimi öz yurdundan didərgin düşən insanlar üçün yeni mənzillər tikilib və onlar hələ də bu cür tikililərlə təmin edilirlər. Yeni mənzillərə köçürülən hər bir soydaşımız uzun illər yaşadığı ağır məişət şəraitindən qurtula bilib. Məcburi köçkünlər bu gün demək olar ki, ölkənin hər rayonunda, hər kəndində məskunlaşıblar.
Məskunlaşmağa yer tapsalar da, onların qeydiyyat problemi hələ də öz həllini tapa bilmir. Xüsusilə də Bakı şəhərinə qeydiyyata düşmək məcburi köçkünlər üçün daha çətin proses olub. Tutaq ki, işi ilə əlaqədar rayondan Bakıya köçən didərgini paytaxtda müvəqqəti qeydiyyata götürmürlər.

Xankəndinin deputatı Flora Qasımova açıqlamasında bildirib ki, məcburi köçkünlərin rayonlararası qeydiyyat problemi olmasa da, Bakıya qeydiyyatda çətinlik çəkənlər çoxdur:

“Hazırda şəhərdə yerləşdirə bilmədiyimiz bir çox məcburi köçkün var. Belə olduğu halda şəhərə axın olsa, nə olacaq? Rayonlar arasında məcburi köçkünlərin qeydiyyatı ilə bağlı çətinlik yoxdur. Məsələn, bir şəxs Gəncədən Goranboya getmək istəyirsə, bunda hər hansı problem yarana bilməz. Lakin Bakıya qeydiyyata düşmək əsas çətinlikdir. Çünki Bakıda qəzalı vəziyyətdə yaşayan kifayət qədər insan var. Onsuz da şəhər yerində vəziyyət daha pisdir, nəinki, rayonlarda”.

Deputat məcburi köçkünlərin əsas problemlərindən də söz açıb:

“Ümumiyyətlə köçkünlərin əsas problemi iş və mənzillə bağlıdır. Xüsusilə rayonlarda işlə təmin olunma problemləri var. Ona görə də rayonlarda kənd təsərrüfatının genişləndirilməli, bu sahəyə bir çox investisiyalar qoyulmalıdır. Bəzi ali təhsilli köçkünlər də var ki, iş tapa bilmirlər. Dövlət köməklik etməyə çalışsa da, bu cür problemlər qalmaqdadır. Millət vəkili olaraq bizə də ən çox müraciət olunan sahələr bunlardır. Mənzil probleminə ən çox şəhər yerində rast gəlmək olur. Bununla bağlı rayonlar üzrə o dərəcədə müraciət yoxdur. Amma işsizlik var.
Düşünürəm ki, məşğulluq idarələrinin fəaliyyətini genişləndirmək lazımdır. Məsələn, peşə yönümlü kurslar açmaqla, iş yerləri haqqında məlumatları məşğulluq idarəsinə verməklə bu problemin öhdəsindən gəlmək olar. Amma müəssisələr məşğulluq idarələrinə heç bir vakansiya vermirlər. İnanıram ki, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov məsələ ilə daha dərindən məşğul olsa, bu sahənin köçkünlərin işlə təmin olunmasına çox böyük xeyri dəyər”.

Xocalının deputatı Elman Məmmədov qeyd edib ki, köçkünlər Bakıda qeydiyyata düşmək istəyirsə, öz statusundan imtina etməlidir:

“Məcburi köçkün Bakıda və ya fərqli yerlərdə daimi qeydiyyata düşmək istəyirsə, problem olmur. Amma məcburi köçkün kimi məskunlaşdığı rayondan qeydiyyatdan çıxıb Bakıda qeydiyyata düşmək istəyirsə, o zaman çətinlik yarana bilər. Bunun əsas səbəbi mənzil məsələsidir. Çünki məcburi köçkün harda qeydiyyatdadırsa, onun mənzillə təmin olunması məsələsinə həmin rayonda baxılır. Məsələn, hansısa məcburi köçkün rayondan Bakıya gəlsə, kirayədə yaşamalıdır. Belə olduğu halda həmin insanın maddi vəziyyəti çətinləşir və artıq mənzil iddiası başlayır. Xeyli müddətdir ki, rayondan Bakıya gələnlərin qeydiyyatı ilə bağlı çətinliklər var. Bu artıq rayon icra hakimiyyətləri səviyyəsində deyil. Çünki onun Bakıya qeydiyyata alınması birbaşa Bakı Şəhər İcra Hakimiyyəti və “Dövlətqaçqınkom” səviyyəsində həll olunur. Məsələnin həll edilməsi başqa qurumların səlahiyyətində deyil”.

Deputatın sözlərinə görə, məcburi köçkünlər qeydiyyata düşmək üçün əsaslı səbəblər irəli sürməlidirlər:

“Ola bilər ki, məcburi köçkünlər sırasında hansısa ali təhsilli biri, gənc mütəxəssis rayonlarda öz ixtisasına uyğun olan iş tapa bilməsin. Onun yalnız Sumqayıt, Bakı kimi şəhərlərdə çalışma imkanları olsun. Təbii ki, heç kim ona problem yarada bilməz. O da Azərbaycan vətəndaşıdır və respublikanın istənilən yerində yaşamaq hüququ var. Yəni heç kim onu Bakıdan çıxarıb qovmayacaq. Ona Bakıda qeydiyyatı olmadığı üçün işə götürülməmək problemi yarada bilməzlər. Sadəcə olaraq, həmin şəxsin özü üçün müəyyən çətinliklər yaranır. Belə ki, məcburi köçkün kimi qeydiyyata alınmayandan sonra onun Bakıda məcburi köçkünlər üçün mənzil növbəsində durmaq kimi şansı olmur.
Məcburi köçkün Bakıda yaşamağı ilə bağlı əsaslı səbəb gətirdikdən sonra heç kimin ona mane olmaq haqqı yoxdur. Bu Azərbaycan Konistitusiyasına da ziddir. Ümumiyyətlə, bu, süni yaradılmış çətinlikdir. Vətəndaş istənilən yerdə yaşamaq hüququna malikdir.
Digər tərəfdən məcburi köçkünün ciddi ehtiyac olmadan Bakıda yaşamaq istəməsi düzgün deyil. Burda mütləq əsaslandırılmış səbəb olmalıdır. Məsələn, bu səbəb iş, ailə və ya sağlamlıqla bağlı ola bilər”.

E.Məmmədov qeydiyyat çətinliyini şəhərdəki sıxlıqla əlaqələndirir:

“Bilirsiniz ki, elə mən də daxil olmaqla, məcburi köçkün kateqoriyasında olan insan üçün müəyyən güzəştlər, şərtlər var. Eyni zamanda, Bakıda əhalinin sıxlığı məsələsi, yerləşmə çətinliyi mövcuddur. Artıq məcburi köçkünlər üçün binalar inşa edilməyə başlayıb . Hörmətli birinci vitse prezident Mehriban Əliyevanın rəhbərliyi ilə bu məsələyə təkan verildi. Eyni zamanda, onlar üçün tikiləcək hər şey Bakı və Sumqayıt ətrafına salınır. Məqsəd isə Bakının yükünü yüngülləşdirməkdir”.

(modern.az)

Xəbər 1157 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +