Məhkumların qaçışına görə cinayət işi açıldı
Jurnalist ofisdə bıçaqlandı
Sabah hava küləkli olacaq
Emin Ağalarov ağladı - VİDEO
Elmar Məmmədyarov İtaliyaya getdi
Aybənizin qızı da aparıcı oldu
Ermənistan atəşkəsi 132 dəfə pozdu
“Maşın”da finala onlar qaldı - FOTO
Sənədinizi itirməmisiniz?
Taksidə qanlı dava

      

12.06.2017  21:37 

“Dostumuzun evinə aparıb lüt şəkillərini çəkmişik” - Film kimi cinayət





A+  A-

Daxili işlər orqanları şəxsiyyət əleyhinə olan, quldurluq və adam oğurluğu cinayətlərinin qarşısının alınması və bu tipli qanun pozuntularını törədən şəxslərin ifşa olunması istiqamətində əməliyyat-axtarış tədbiri həyata keçirib.
XəzərNews.az ARB Kəpəz-ə istinadla xəbər verir, Sabunçu Rayon Polis İdarəsi (RPİ) 12-ci Polis Bölməsinə (PB) müraciət edən Qazax rayon sakini İsmayıl Umudov əvvəldən tanımadığı şəxslərin onu oğurlayaq bir gecə naməlum evdə saxladıqlarını, orada döyərək 90 manatını və 1400 türk lirəsini quldurluq yolu ilə aldıqları barədə məlumat verib.

Bölmə əməkdaşları tərəfindən dərhal həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Masallı rayon sakinləri Cavid İbrahimov, onun qardaşı Valid, Aqil Nüsrətli, Xəzər rayon sakinləri Kənan Cəlali, Cavid Fərzəliyev və Ağsu rayon sakini Amil Quliyev saxlanılıblar.

Araşdırma zamanı məlum olub ki, zərərçəkən İsmayıl Umudov Türkiyədə yaşayır və o, hadisədən bir neçə gün əvvəl mobil telefon vasitəsilə dəstə üzvü C.İbrahimovun ailə üzvlərindən biri ilə tanış olub. Bundan xəbər tutandan sonra isə C.İbrahimov İ.Umudova sms göndərərək onu Bakıya Buzovna qəsəbəsinə görüşə dəvət edib. Qeyd edilən ünvanda görüşə gələn İ.Umudovu isə C.İbrahimovla bərabər qardaşı və adları çəkilən 4 dostu qarşılayıb.

Zərərçəkən şəxs bildirib ki, telefon vasitəsilə bir xanımla tanış olub: “Onunla münasibət qurandan sonra Azərbaycana çağırdı məni. Elə oldu ki, Azərbaycana gələsi oldum. Qızla Buzovnada görüş təyin etdik. Görüş zamanı 2 nəfər çıxıb həmin dəqiqə vurdular”.

Saxlanılan şəxslərdən biri də öz növbəsində hadisəni belə təsvir edib: “Qız tapıb telefonu verdim ona ki, bir balaca onunla danışsın ki, səs eşitsin. O gələn günü danışdıq ki, filan ünvana gəl. Dediyimiz ünvana çatanda kimisə vurdu. Sonra mən də girdim. Artıq vurulmuşdu”.

Saxlanılan şəxslər zərərçəkənə xəsarətlər yetirib cibindəki pulları götürəndən sonra onu C.İbrahimovun "Opel" markalı avtomobilinin yük yerində dəstənin digər üzvü C.Fərzəliyevin Albalılıq qəsəbəsindəki evinə apararaq orada bir gün saxlayıblar. Həmin evdə isə İ.Umudovun çılpaq şəkillərini çəkərək polisə şikayət edəcəyi təqdirdə onu bu görüntülərini sosial şəbəkələrdə yayacaqları ilə hədələyiblər:

“Köynəyi cırıldı, özündən getdi. Qoyduq qardaşımın maşınının baqajına. Apardıq Cavid adında dostumuzun evinə. Lüt şəkillərini çəkmişik ki, polisə xəbər versən, yayacağıq”.

Qeyd edilən faktla bağlı Sabunçu RPİ-nin İstintaq Şöbəsində cinayət işi başlanılıb, araşdırmalar aparılır, zəruri istintaq hərəkətləri, eləcə də əməliyyat-axtarış tədbirləri davam etdirilir.

Xəbər 538 dəfə oxunub.



© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

23.10.2017  15:52 

Jurnalist ofisdə bıçaqlandı

23.10.2017  14:37 

Sabah hava küləkli olacaq

23.10.2017  14:16 

Emin Ağalarov ağladı - VİDEO

23.10.2017  12:57 

Elmar Məmmədyarov İtaliyaya getdi

23.10.2017  11:21 

Aybənizin qızı da aparıcı oldu


BÜTÜN XƏBƏRLƏR +