Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


12.06.2017  17:28 

Azəbaycan hökumətinin 5 strateji səhvi – TƏHLİL





A+  A-

Nəhayət, manatın dollara qarşı məzənnəsini 1,6 AZN səviyyəsində müəyyənləşdirmək mümkün oldu. Neftin qiymətində kəskin enmələr olmayacaqsa, manatın kursu hətta yaxın 2-3 ildə belə sabit qalacaq. Ancaq bununla bağlı hökuməti təbrik etməyə tələsməyək. Çünki problemlər hələ çoxdur və hökumət bu problemlərin fonunda dərsini bilməyən uşaqlar kimi özünü itirib. Ən baçlıcası isə iqtisadiyyatı şaxələndirmək, biznes mühitini liberallaşdırmaq üçün real və vacib addımlar hələ də atılmır.
Böhranın başlanmasından 3 ilə yaxın bir müddət keçsə də, hazırda ölkədə iqtisadi yox, siyasi islahatlar başlayıb. Siyasi hakimiyyətin nüvəsi sayılan Prezident Administrasiyasının yenilənməsi prosesi gedir və məsələ hələ yekunlaşmayıb. Növbəti mərhələdə isə Nazirlər Kabinetinin yenilənməsi gözlənilir. Bu məsələlər həllini tapmayınca iqtisadi islahatlardan danışmaq tezdir. Siyasi proseslərdə qeyri-müəyyənlik iqtisadi proseslərdə yaxşı heç nə vəd etmir.

Ən böyük problem budur ki, hökumətin islahatlarla bağlı xüsusi hazırlığı da yoxdur. Düzdür, müəyyən sənədlər, qərarlar qəbul edilib. Ancaq bunları xüsusi hazırlıq kimi qiymətləndirmək olmaz. Hökumətin son 3 ildəki davranışlarını təhlil etsək, 5 strateji səhvə yol verildiyi üzə çıxar.

Birincisi, hökumət bazara yeni oyunçuları buraxmaq niyyətində deyil. Belə hesab edirlər ki, ənənəvi biznes partnyorları ciddi problemlərin öhdəsindən gələ biləcək. Məsələn, bir neçə holdinq iş yerləri açacaq və məşğulluq problemi həllini tapacaq. Bu praktiki olaraq mümkün deyil və kökündən yanlışdır. Və yaxud da ölkəyə turust cəlb etmək istəyirlər, ancaq elə hesab edirlər ki, otellər ancaq bəlli adamlara məxsus olmalıdır. Bəlli adamların da qoy olsun 1000 oteli. Bu axı turist axının qarşılamaq üçün çox azdır. Yenilərini isə iş adamları tikməlidir, onlara da imkan verilmir.

İkincisi, hakimiyyət belə hesab edir ki, bütün maliyyə axınlarına şəxsən nəzarət etməlidir. Bu da praktiki olaraq mümkün deyil, heç buna ehtiyac da yoxdur. Maliyyə axınlarına total nəzarət mexanizmi modeli mövcud deyil. Dövlətin işi kimin nə qədər qazanmasını hesablamaq yox, vergiləri yığmaq olmalıdır.

Üçüncüsü, hökumətin aqrar sektorla bağlı hədəfləri yanlışdır və fiaskoya uğrayacaq. Məsələ budur ki, hökumət dünya bazarına xam neft çıxartdığı kimi, yenidən xam pambıq və tütün çıxartmaq istəyir. Bu həm gəlirli deyil, həm də aqrar-sənaye sektorunun inkişafını əngəlləyəcək. Ondansa hökumət tekstil və siqaret sənayesi haqda düşünsə yaxşıdır. Tutaq ki, ən optimist hesablamlarla 100 milyon pambıqçılıqdan, 100 milyon da tütünçükdən gəlir götürüldü. 200 milyon dollarla nə etmək olar? Bir qədər əvvəl bu məbləğ heç bir sosial-iqtisadi mahiyyəti bəlli olmayan “Səadət”sarayının təmirinə xərclənmişdi. Hökumət bundansa kənd təsərrüfatı məhsullarının emal sənayesi sektorunda rəqabət mühiti yaratmalıdır ki, iş adamları bazar kontyukturuna uyğun olaraq qərarlar qəbul edə bilsinlər.

Dördüncüsü, hökumət inzibati metodlarla böhran çıxmağa çox uğursuz cəhdlər edir. Konkret desək, hökumət, təkcə öz əvəzinə yox, həm də iş adamlarının əvəzinə düşünmək və iş görmək istəyir ki, bu da birmənalı qəbul edilməzdir və heç mümkün də deyil. Böhrandan çıxmağın ən uyğun modeli liberal biznes mühitini yaratmaqdır ki, ideyalar hökumətdən yox, bazardan gəlsin. Hökumətin mandatı isə bazardan gələn təşəbbüsləri dəstəkləmək olmalıdır.

Beşincisi, ölkədən mülkiyyətin zorla bölüşdürülməsi tendensiyası müşahidə edilir. İş adamlarına qarşı yeni “YUKOS tipli hücumlar” başlayıb (Putinin hakimiyyətinin ilk illərində YUKOS şirkətinin rəhbəri Mixail Xodorkovskini həbs edib əmlakını əlindən aldılar, bu fakt postsovet məkanında arzuolunmaz presidentə səbəb oldu və o vaxtdan Qərb mətbuatında belə əmlak talanlarına “YUKOS tipli hücumlar” tərifi verildi). Bu yaxınlarda “Neftçilər” xəstəxanasının yaxınlığında iş adamına məxsus otel heç bir məhkəmə qərarı olmadan yerlə-yeksan edilib. Eyni zamanda ölkənin azsaylı biznes qurumların təsisçiləri müəmmalı şəkildə yenilənirlər. Təbii ki, bu tendensiya ölkədən kapitalın çıxmasını sürətləndirir. Ölkəyə heç bir kapital qoyulmur, olan-qalan kapital isə qorxusundan qaçır. Mülkiyyət toxunulmazlığı investisiya cəlbinin və dayanaqlı inkişafın əsas şərlərindən biridir.

Hökumət sadalanan strateji səhvləri aradan qaldırmasa, yaxın 2 ildə Azərbaycanı daha böyük iqtisadi fəlakətlər gözləyəcək. Hələlik durğunluq dövrüdür. Bu situasiyada ya hökumət rasional qərarlarla iqtisadi inkişafa, ya da konservativ qərarlarla iqtisadi fəlakətə aparır. Təəssüf ki, hökumət ikinci yolu seçib.

(istiqlal.az)

Xəbər 1351 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +