200.000 dollar qazandığı lotereyanı pul kisəsində unudub
DTX və DSX birgə əməliyyat keçirdi - Saxlanılan var
Lerikdə 100 yaşayış məntəqəsi qazsızdır - Başçının müavini
Fransadakı səfirimiz tədbirə niyə çağırılmayıb?
Hansı sahədə olursa olsun... - Prezident
“Malibo” MTK vətəndaşa liftdən istifadəyə icazə vermir
Viktor Hüqo nəyə görə Makronun üzünə tüpürərdi?
Onlar müharibəni cibimizə atıb getdilər - Simonyan
“RabitəBank” keşbək faizlərini aşağı salır
Ukraynanı dəstəkləyən rus həbs edildi


12.06.2017  12:24 

Özəl ali məktəblərə tələbə qəbulu planı azaldıldı





A+  A-

2017/2018-ci tədris ili üzrə qeyri-dövlət ali təhsil müəssisələrinə (özəl ali məktəblər) ayrılan plan yerlərinin sayı azaldılıb.
2016/2017-ci tədris ili üzrə özəl ali məktəblərə qəbul planı 7 038 olmuşdusa, növbəti tədris ili üçün bu rəqəm 6 195 olacaq.

Ali məktəblər üzrə ən çox plan yeri Azərbaycan Kooperasiya Universitetinə, ən az isə Bakı İslam Universitetinə ayrılıb. 2016/2017-ci tədris ili üzrə 6 195 qəbul planından 760 yer Xəzər Universiteti, 560 yer Bakı Biznes Universiteti, 480 yer Bakı Avrasiya Universiteti, 390 yer Bakı Qızlar Universiteti, 1115 yer Azərbaycan Kooperasiya Universiteti, 525 yer Azərbaycan Universiteti, 230 yer Azərbaycan Əmək və Sosial Münasibətlər Akademiyası, 345 yer Naxçıvan Universiteti, 780 yer Odlar Yurdu Universiteti, 860 yer Qərb Universiteti, 150 yer isə Bakı İslam Universiteti üçün nəzərdə tutulub.

Növbəti tədris ili üçün qəbul planının azaldılması əsasən 2 özəl ali məktəb – “Təfəkkür” Universiteti və Qafqaz Universiteti ilə bağlı verilən qərarlarla əlaqədardır. Qafqaz Universitetinin təhsil strukturu bütövlükdə Bakı Mühəndislik Universitetinə verilib və bu ali məktəb dövlət statuslu universitet kimi fəaliyyətini davam etdirir. “Təfəkkür” Universiteti isə bu tədris ilindən fəaliyyətini dayandırıb və növbəti il həmin universitetə qəbul aparılmayacaq.
(apa)

Xəbər 1691 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +