10.06.2017  14:28 

Etiraz edən sakinlərin suyu da kəsildi





A+  A-

Səməd Vurğun 138,140 və Sabit Rəhman 11 ünvanında yerləşən binaların sakinlərinə verilən su dayandırılıb.
XəzərNews.az-ın məlumatına görə, bu barədə “Qafqazinfo”ya müraciət edən bina sakini Vüsalə Muradova bildirib ki, bu sakinlərin kommunal xidmət xərclərinin qaldırılması ilə bağlı keçirilən aksiyadan sonra baş verib. O, bildirib ki, əvvəl mənzilin hər kvadrat metrinə görə 80 qəpik kommunal xidmət ödəyirdilər: “İndi isə “Xəzər Servis” MMC qiymətləri 1 manat 50 qəpiyə qaldırıb. Binanı tikən şirkət “Mars” MTK da deyir ki, qiymətlər bundan sonra belə olacaq. Kim istəmirsə, köçə bilər. Neçə gündür ki, binanın lifti işləmir, bizə verilən isti su kəsilib. İndi də hədələyirlər ki, işığı kəsəcəyik. Biz aidiyyatı üzrə bir neçə quruma müraciət etmişik. Amma şikayətimizə baxan yoxdur”.

Xatırladaq ki, bir neçə gün əvvəl sözügedən binanın sakinləri aksiya keçirərək yay olmasına baxmayaraq, hələ də istilik pulunun yığılmasına etiraz etmişdilər. Sakinllər iddia edir ki, şirkət əməkdaşları onlara kabel televizyasının ödənişində də artıq məbləğ tələb edir.

Xəbər 2258 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.01.2025  13:35 

Sabah hava necə olacaq?

23.01.2025  13:27 

Aysunun ailəsi dağılıb?

23.01.2025  12:49 

İlham Əliyev Ərdoğana zəng etdi

23.01.2025  12:45 

Flora Kərimova məhkəmədə uduzdu

23.01.2025  08:52 

“Qarabağ” FCSB-yə qarşı

23.01.2025  08:27 

Sürücülərin diqqətinə!


BÜTÜN XƏBƏRLƏR +