Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?


09.06.2017  10:35 

Banklar auditdən niyə və necə yayınır...





A+  A-

Ekspert: “Bəzən dələduz auditorlar yoxlamanı bitirib ”normal“ rəy vermək üçün bank sahibləri ilə alver edirlər“
Bankların audit hesabatının gecikməsi Maliyyə Bazarlarına Nəzarət Palatasını hərəkətə keçirib. Bu səbəblə MBNP bir qrup bankın və audit şirkətlərinin rəhbərləri ilə görüş keçirib. Palatadan verilən məlumata görə, görüşdə bəzi bankların qanunvericiliyə müvafiq olaraq tələb olunan müddətdə maliyyə hesabatlarını açıqlamamasının səbəbləri və bunların aradan qaldırılması yolları müzakirə edilib.

“Banklar haqqında” Qanunun tələblərinə uyğun olaraq banklar maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində maliyyə nəticələrinə dair kənar audit hesabatlarını öz rəsmi internet səhifələrində və kütləvi informasiya vasitələrində dərc etməlidirlər.

Banklar hesabatların açıqlanmasında gecikmələrin əsasən auditorlarla olan fikir ayrılığı, habelə Maliyyə Bazarlarına Nəzarət Palatasının bankların auditinə dair tələbləri ciddiləşdirməsi ilə bağlı olduğunu qeyd ediblər.

Buna baxmayaraq, müştərilərinin bankların maliyyə vəziyyətinə dair vaxtında və obyektiv məlumat əldə etmək hüququnun məhdudlaşdırılmasının yolverilməzliyi bir daha vurğulanmaqla, banklar tərəfindən 15 iyun 2017-ci il tarixinə qədər audit hesabatlarının dərc olunmasına dair öhdəlik müəyyən olundu. MBNP bankların kənar audit hesabatlarının açıqlanmasını xüsusi olaraq diqqətdə saxlayacaq.ə

Bəs görəsən, bank sektorunda yaranmış bu vəziyyətin səbəbi nədir? Banklar nə üçün hesabatları gizlədirlər? Bunun arxasında kimlər durur?

Bu sualları “Yeni Müsavat”a açıqlamasında cavablandıran iqtisadçı ekspert, hüquqşünas Əkrəm Həsənov bildirdi ki, Azərbaycanda bank sektorunda bu məsələ illərdir problem olaraq qalır: “Məlum olduğu kimi, ”Banklar haqqında" Qanunun 45-ci maddəsinə əsasən bank maliyyə ilinin qurtarmasından ən geci beş ay müddətində bankın kənar auditor tərəfindən təsdiqlənmiş konsolidasiya əsasında hazırlanmış maliyyə hesabatını auditor rəyi ilə birlikdə dərc etməlidir. Beş ay bitib, amma əksər banklar hələ də hesabatları açıqlamayıb. Ümumən bankların hesabatları gizlətməsinə öyrəşmişik. Əvvəllər düşünürdük ki, yalnız ictimaiyyətdən gizlədirlər, amma ən azı bank nəzarəti orqanına müvafiq məlumatları verirlər. Lakin məsələn, müflis olmuş ən iri bank - “Bank Standard”ın vəziyyətinin təhlili göstərdi ki, o artıq 2013-cü ildən bəri audit yoxlamasından keçməyib. İstisna deyil ki, bəzi banklarımızda indi də vəziyyət belədir. Təbii, belə vəziyyət bank nəzarəti orqanına, əvvəllər Mərkəzi Banka, indi isə Maliyyə Bazarlarına Nəzarət Palatasına dair haqlı suallar yaradır ki, bu qurum hara baxır? Nəyə və necə nəzarət edir? Bank sahiblərindən çəkinirsə, bunu aşkar elan etsin. MBNP banklardan niyə çəkinməlidir?"

Ekspert hesab edir ki, bəzi banklarda audit yoxlamaları aparılsa da nəticələr müsbət olmadığı üçün açıqlanmır: “Eyni zamanda düşünürəm ki, əksər banklarda audit yoxlaması aparılıb və ya hələ də aparılır. Sadəcə, nəticələr ürəkaçan olmadığı üçün açıqlamaq istəmirlər. Burada auditorun kim olması da önəmlidir. Özünə hörmət edən auditor bankın vəziyyətini olduğu kimi qiymətləndirir. Bu isə bank sahiblərini qane etmir. Buna görə də bəzi banklar hətta 2 audit tərəfindən yoxlanılır. Birinci halda nüfuzlu audit şirkəti tərəfindən yoxlanılır və həmin rəyi Palataya və xarici investorlara təqdim edir. İkinci halda isə hansısa qeyri-peşəkar və ən əsası üzüyola auditor tərəfindən yoxlanılır və onun rəyini ictimaiyyətə açıqlayır. Ola bilər ki, bəzi banklarda birinci auditorla dil tapmayıblar deyə indi də təcili ikinci auditoru da cəlb ediblər ki, ”normal" rəy verilsin. Bu baxımdan, auditorlara da ictimai nəzarəti gücləndirmək lazımdır".

Ə. Həsənov onu da qeyd etdi ki, bu auditorlar daha öncə bağlanan banklar haqqında da müsbət rəy vermişdilər: “Onların ”böyük dördlüyə" daxil olması da hələ heç nə demək deyil. Məsələn, KPMG həmin qrupa daxildir, amma müflis olmuş 2 ən iri bankın auditoru da məhz o olub və bununla da özünü tam diskreditasiya edib. Xeyli bankımız var ki, onların yeganə auditoru belə şübhə doğuran şirkətdir. Təəssüf ki, bir çox hallarda banklarımız vicdanlı və peşəkar auditorlarla işləmək istəmir, çünki sərf etmir. İstisna deyil ki, dələduz auditorlar yoxlamanı bitirib, nəticə çox pisdir və “normal” rəy vermək üçün indi bank sahibləri ilə alver edirlər. Məsələn, “vəziyyətiniz dediyinizdən və gözlədiyimizdən də ağır imiş, buna görə də mənfi rəy yazmalıyıq, amma əlbəttə, müəyyən məbləğ müqabilində razılaşa bilərik”- deyirlər.

Səbəb bu qədər bəsitdir. Bu baxımdan, audit nəticəsinin açıqlaması da gecikir. Yəni, hələ alverləri bitməyib... Son zamanlar ictimai nəzarətin artması da hesabatların açıqlanmasının gecikməsinə təsir edir. Banklar və auditorlar hər sözü və rəqəmi ölçüb-biçirlər ki, xətası çıxmasın. Ümumilikdə yaranmış şəraitdə bu hesabatların və audit rəylərinin əksəriyyəti mötəbər deyil. Ancaq istənilən halda bu nəticələr durumu təhlil etmək üçün əsasdır. Buna görə də təəssüf hissi ilə qeyd etmək lazımdır ki, Palata bankları vaxtında hesabatı açıqlamağa məcbur etmək kimi sadə bir işin öhdəsindən də gələ bilmir".



Xəbər 1170 dəfə oxunub.



28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib

28.03.2024  17:10 

Larri Lloyd vəfat edib

28.03.2024  17:05 

Krişjanis Karinş istefa verib

28.03.2024  16:57 

Marutyan tezliklə partiya yaradacaq

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?


BÜTÜN XƏBƏRLƏR +