Ceyhun Bayramov Mixail Şvıdkoy ilə görüşüb -FOTOLAR
Biz səsimizi ucaltdıqda...-Prezident
“Yaxın müddətdə sülh sazişi imzalana bilər” - Asim Mollazadə
Prezident İlham Əliyev: COP29 bizə imkan verəcək ki...
Biz istənilən ölkə kimi media məkanımızı xarici neqativ təsirdən qorumalıyıq -Azərbaycan Prezidenti
Bakıdan Avropa Parlamentinə etiraz: Qətnamə əsassızdır!
İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri


07.06.2017  13:42 

Masallı RİH-dən TƏKZİB: “O məlumatlar yalandır...“ - FOTO





A+  A-

Masallı rayonunda taxıl sahələrinin su altında qalması və badımcan sahələrində xəstəliklərin yayılması ilə bağlı bəzi KİV-lərdə “Azadlıq” radiosuna istinadən yayılan məlumatlar rayon İcra Рakimiyyəti tərəfindən araşdırılıb.
RİH-dən XəzərNews.az-a verilən məlumata görə, araşdırma zamanı məlum olub ki, “Azadlıq” radiosunun yaydığı məlumat həmişəki kimi əsassız və təxribat xarakterlidir. Belə ki, Təklə kənd sakini Səmədağa Həsənovun (AXCP-nin üzvü) bəzi taxıl sahələrinin su altında qalması ilə bağlı iddiası araşdırılan zaman məlum olub ki, bu şəxs ot kimi biçilən sahələrin taxıl kimi qeydə alınmasını və subsidiya verilməsini tələb edir, bu da qanunla mümkün deyil.
Qanunsuz tələbi təmin edilmədiyi üçün müxalifət düşərgəsinin Masallıdakı radikal üzvü olan bu şəxs, adəti üzrə qaralama kampaniyası aparmağa çalışır.
Masallı rayonu Həsənli kənd sakini Toğrul Məhərrəmlinin (Müsavat Partiyasının üzvü) badımcan sahələrində xəstəliyin yayılması ilə bağlı məlumatı isə rayon Kənd Təsərrüfatı İdarəsinin mütəxəssisləri tərəfindən araşdırılıb və əsassız olduğu müəyyən olunub. T.Məhərrəmli özünə məxsus torpaq sahəsində badımcan bitkisinin əkilmədiyini və verilən məlumatdan xəbərsiz olduğunu bildirib.
Xatırladaq ki, Masallı rayonunda 2017-ci ilin məhsulu üçün 11934 hektar sahədə payızlıq əkinlər (7430 hektar buğda, 3055 hektar arpa və 1449 hektar sair əkinlər) aparılıb. 4950 hektar torpaq sahəsində isə yazlıq bitkilər əkilib.
Belə ki, 940 hektar sahədə kartof əkini aparılıb. Hazırda kartofun çıxarılması yekunlaşmaq üzrədir və tədarükündə heç bir problem yoxdur. 474 hektar sahədə badımcan bitkisi əkilib və hazırda yığımına başlanılıb. Bundan başqa rayon ərazisində 187 hektar çəltik, 32.5 hektar tütün, 88 hektar qarğıdalı, 545 hektar pomidor, xiyar, 382 hektar bostan, 63 hektar soğan, 39 hektar sarımsaq, 345 hektar dənli və dənli paxlalı bitkilər, 193 hektar yonca, 34 hektar günəbaxan, 65 hektar bibər və sair bitki növləri əkilib. Bildiririk ki, əkin sahələrinin becərilməsində və suvarılmasında heç bir çətinlik müşahidə olunmur.
Bu kimi məlumatlar bir daha göstərir ki, “Azadlıq” radiosu həmişəki kimi dezinformasiya, təxribat xarakterli, birtərəfli məlumatlar yayır və hər bir şeyi özləri görmək istədikləri kimi təqdim etməyə çalışırlar. Ona görə də mətbuat orqanlarından belə qərəzli informasiyalara etibar etməmələri xahiş olunur.


Xatirə
XəzərNews.az


Xəbər 2728 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.05.2024  12:34 

Sabahın hava proqnozu açıqlanıb

08.05.2024  11:49 

Paşinyan Moskvaya yola düşüb

05.05.2024  15:54 

Sabahın havası açıqlandı

04.05.2024  10:46 

Adil Əliyevə ağır itki üz verib

01.05.2024  11:21 

Rövşən Rzayev vəfat edib

30.04.2024  13:58 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +