Hadi Rəcəbli: “Fikirlərimi yenə təhrif ediblər”
Nazir saxta əlillik alanlardan danışdı
Yol polisi sürücülərə müraciət etdi
Ərdoğan Suriya məsələsində Putinlə razılaşıb
Uşaqların övladlığa verilməsində YENİLİK
Sabah 26 dərəcə isti olacaq
Bu ölkədə 90 gün qala bilərik
Atəşkəs 22 dəfə pozulub
Vasim Məmmədəliyev vəfat etdi
Ərdoğan sabah Bakıya gəlir


07.06.2017  12:03 

Qızıldaşda dəhşətli qətlin üstü açılmır: 13 yaşlı uşaq niyə öldürülüb?





A+  A-

Bakının Qaradağ rayonu, Qızıldaş qəsəbəsində bu ilin martında baş verən ölüm işinin üstü indiyə qədər açılmayıb. 2004-cü il təvəllüdlü Toğrul Sultanovun qətlinin sifarişçisi və icraçısı hələ də azadlıqda gəzir.
13 yaşlı uşağın atası Zaur Sultanov Qaradağ rayon Prokurorluğu və Qaradağ rayon Polis İdarəsinin istintaq hərəkətlərindən narazıdır.

Onun sözlərinə görə, oğlunun ölümündə şübhələndiyi şəxslərin adlarını, səs yazılarını, dəlil-sübutları hüquq-mühafizə orqanlarına təqdim edib.

Z.Sultanov bildirib ki, prokurorluğa və polisə verdiyi faktlara baxmayaraq cinayətkarlar məsuliyyətə cəlb olunmayıb:

"Toğrul sakit bir uşaq idi. Günün çox vaxtı da evdə olardı. Yəni çöldə-bayırda çox gəzən, oynayan, vaxtını orda-burda keçirən uşaq deyildi.

Bunu ona görə deyirəm ki, küçədə-bayırda çox dolaşan uşaq olsaydı, fikirləşərdim ki, özündən yaşca böyük uşaqlarla oturub-durub, kiminləsə dava edib, ya kiməsə ağır söz deyib, onu vurublar. Mənim balam sakit uşaq idi”.

Mərhumun atası deyir ki, oğlu martın 15-də evdən çıxıb və bir də geri qayıtmayıb:
"Qəsəbəni axtardıq, gəzdik, hər yerə xəbər elədik. Polisə müraciət etdik ki, uşaq yoxdur. Nə isə axtarışlardan sonra onun qəsəbədən 400 metr aralıda gölməçənin qırağında meyitini tapdıq.

Heç ona gölməçə də demək olmaz, heç dizə qədər orda su yoxdur. Uşağı götürüb ekspertizaya apardıq. Tibbi ekspertizanın da rəyi də belə oldu ki, Toğrul öldürülüb”.

Z.Sultanov hadisənin söyüş üstündə olduğunu bildirib: "Bu işə qədər bizi hədələyən adamlar var idi. Elə bizim qəsəbədə yaşayırlar. Bu söz-söhbət də ailə münaqişəsi üstündə yaranıb.

Mənim qaynımla həyat yoldaşı boşanıblar. Qızı boşayan tərəf də atasıdır. Yəni, qaynım boşanmaq üçün addım atmayıb. Bu boşanmadan sonra ədavət davam elədi. Mən bu münaqişənin səbəblərini detallı açıqlamaq istəmirəm. Çünki istintaq gedir.

Sadəcə, qaynım kasıb, atasız uşaq idi. Onu demək olar ki, mən böyütmüşəm, elçi getmişəm. Yəni bir ağsaqqal kimi qabaqda mən getmişəm.

İndi bu boşanma olandan sonra da həmin ailə ilə münasibətlərimiz pis oldu. Axırı da belə nəticələndi. Məndən acıq çıxmaq, qisas almaq üçün uşağı öldürüblər.

Həmin gün uşaq söyüş söyüb ki, anamla elə danışa bilməzsən. O da deyib ki, gör başına nə oyun açacam. Bu işi göstəriş verən də, oğlumu öldürən də azadlıqda gəzir. Onlardan biri hər gün maşın sürür”.

Uşağın atası üzləşmə olduğunu qeyd edib: "Üzləşmədən narazı qaldım. Mən bu qədər faktlar təqdim eləmişəm. Ancaq polis bu işin üstünü açmır. Hazırda istintaq getdiyi üçün şübhələndiyim adamların adını mətbuatda açıqlamaq istəmirəm.

Bu işdə əli olan adamlar var, uşağın öldürülməsi ilə əlaqədar hüquq-mühafizə orqanlarına bir neçə sübutlar, versiyalar təqdim eləmişəm. İstintaqın işi açması üçün telefon yazışmalarına qədər vermişəm. Ancaq heç bir nəticə yoxdur, elə bil ki, bu uşağı öldürməyiblər. Şikayətim də ondandır ki, istintaq düzgün aparılsın və oğlumun qatilləri cəzalandırılsın”.

Xəbər 1457 dəfə oxunub.




14.10.2019  16:23 

Vasim Məmmədəliyev dəfn edildi

14.10.2019  13:43 

Sabah 26 dərəcə isti olacaq

14.10.2019  13:20 

Yaşadığı evdən pul oğurladı

14.10.2019  12:27 

Bu ölkədə 90 gün qala bilərik

14.10.2019  09:57 

Atəşkəs 22 dəfə pozulub

14.10.2019  08:43 

Vasim Məmmədəliyev vəfat etdi

13.10.2019  17:29 

Ərdoğan sabah Bakıya gəlir

13.10.2019  16:14 

Elton Türkiyəyə köçdü

13.10.2019  12:27 

Sabahın havası açıqlandı

12.10.2019  19:24 

Zakir Qaralovdan yeni təyinat


BÜTÜN XƏBƏRLƏR +