Xəzərdə üzən gəmilərə xəbərdarlıq
Bakıya yeni avtobuslar gətirildi
Ermənistanla sərhəddə təxribat
Atəşkəs 23 dəfə pozuldu
Gəncədə ata döyüldü, iki oğlu isə bıçaqlandı
“Atamı şərlədirlər, iki il yarım həbsdə qaldı”
Sürücünün söydüyü yol polisi işdən çıxarıldı
Bakıda 2 milyonluq dərman əməliyyatı
40 minlik dələduzluq edən şəxs tutuldu
Gürcüstan Prezidenti barədə istintaq başladıldı


02.06.2017  15:52 

“Mənim elə qardaşım oğlu yoxdur” - Kəbirə Məmmədova





A+  A-

Xəbər verdiyimiz kimi, bir neçə gün öncə Bibiheybət yolundakı faciəvi qəzanın səbəbkarlarından biri olan "Porsche" markalı avtomobilin sürücüsü Rövşən Aydın oğlu Məmmədov Azərbaycanda "Binə Kəbirə" kimi tanınan məşhur iş xanımı Kəbirə Məmmədovanın qardaşı oğlu kimi təqdim olunub.
XəzərNews.az xəbər verir ki, Kəbirə Məmmədova unikal.org-a açıqlamasında bildirib ki, yayılan məlumat əsassızdır: "O ucarlı, mən bakılı. Mənim elə qardaşım oğlu yoxdur. Hazırda vəkillərim yanımdadır. Sözügedən xəbəri yazan saytları məhkəməyə vermək üçün hazırlıq görürük. Bu nə deməkdir, hər ötən hadisəyə görə mənim adım hallandırılır? Mənim bu məsələyə münasibətim bu qədər, sağ olun".

Xatırladaq ki, Rövşən Məmmədovun idarə etdiyi 10 VV 155 dövlət nömrə nişanlı avtomobillə 99 AP 658 nömrəli Polis Post Patrul Xidmətinə məxsus "Fiat Doblo" avtomobilini vurub. Hadisə zamanı polis əməkdaşı 25 yaşlı Emil Adil oğlu Zeynallı dünyasını dəyişib.

Xəbər 888 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

21.09.2019  10:21 

Atəşkəs 23 dəfə pozuldu

20.09.2019  11:39 

Qaz olmayacaq

20.09.2019  10:07 

“Facebook”un ofisində intihar

19.09.2019  18:11 

Məzənnə açıqlandı


BÜTÜN XƏBƏRLƏR +