Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


02.06.2017  15:16 

Cahangir Hacıyevin keçmiş klubunda - Maaş qalmaqalı





A+  A-

"İnter” futbol klubunda maaş qalmaqalı davam edir.
XəzərNews.az "futbolinfo”ya istinadən xəbər verir ki, klubun futbolçularına olan maaş borcunun bir qismini ödəyib. Klub rəhbərliyi mart və aprelin əmək haqlarını futbolçuların hesabına köçürüb.

Mayın maaşının isə iyunun 5-dək ödəniləcəyinə dair söz verilib.

Maraqlıdır ki, 2 gün öncə futbolçularla görüşündə "İnter”in Müşahidə Şurasının sədri Zaur Axundov futbolçularla başqa cür danışıb. Öncə onlara cəmi bir ayın maaşının veriləcəyini bildirən yeni sədr "hələ buna da şükür etməlisiniz” sözlərini əlavə edib.

Lakin futbolçuların etirazından sonra avrokubok qabağı problem yaşamaq istəməyən rəhbərlik sponsorlarla danışaraq problemi yoluna qoyub.

Qeyd edək ki, Beynəlxalq Bankın imtina etməsindən sonra AFFA klubu himayəsinə götürüb. Klubun fəxri prezidenti indi həbsdə olan bankir Cahangir Hacıyev olub.

Xəbər 3213 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +