Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


02.06.2017  08:56 

İranın yeni prezidenti avqustda and içəcək





A+  A-

İkinci dəfə İran Prezidenti seçilən Həsən Ruhaninin andiçmə mərasimi avqustda keçiriləcək.
XəzərNews.az xarici mediaya istinadən xəbər verir ki, andiçmə mərasimi İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xamneyinin H.Ruhanini prezident kimi təsdiq etməsindən 5 gün sonra keçiriləcək.
Andiçmə mərasimindən sonra H.Ruhani 2 həftə müddətində parlamentə yeni hökumətin üzvlərini (nazirləri) təqdim etməlidir. Parlament isə 1 həftə ərzində yeni hökumətin yeni nazirlərinin proqramlarını dinləyib və qiymətləndirib təsdiq etməlidir. Parlamentin təsdiq etmədiyi nazir hökumət üzvü ola bilməyəcək. Onda Prezident həmin naziri dəyişmək məcburiyyətində qalacaq.

Xatırladaq ki, mayın 19-da İranda keçirilmiş prezident seçkilərində Həsən Ruhani seçkidə iştirak etmiş 44 milyon 220 min 131 seçicinin 23 milyon 549 min 616-nın səsini qazanaraq ikinci müddətə İranın prezidenti seçilib.

Xəbər 2809 dəfə oxunub.




BÜTÜN XƏBƏRLƏR +