“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


01.06.2017  12:25 

Mədəniyyətlər arası anlaşmanın inkişafı təşəbbüslərinə dəstək - V YAZI





A+  A-

Azərbaycanda bütün sahələrdə olduğu kimi, müstəqilliyin ilk illərindən mədəni sferalarda da etnik azlıqlarla vahid inkişaf prioritet amilə çevrilib. Mədəniyyət və Turizm Nazirliyi digər dövlət orqanları ilə birlikdə bu xalqların milli mədəniyyəti, incəsənəti, adət-ənənələrin və dilinin qorunub saxlanılması üçün ciddi məqsədyönlü iş aparır. Bu tədbirlər çərçivəsində Nazirlik tərəfindən "Milli azlıqların incəsənəti festivalının keçirilməsi haqqında" 1 sentyabr 2006-cı il tarixli 510 saylı Sərəncam qəbul edilib. Bundan irəli gələrək, 2006-cı il 6-8 dekabr tarixlərində (UNESKO-nun qərari ilə 2006-cı il Milli azlıqlar ili elan edilmişdir) ilk dəfə olaraq keçirilən "Azərbaycan - doğma diyar" devizi altında azsaylı xalqların incəsənəti festivalı respublikamızın ictimai-mədəni həyatında mühüm hadisə kimi yadda qalıb.
Etnik azlıq və qrupların mədəni irsinin qorunub saxlanılması və inkişaf etdirilməsi, habelə, xalqlar arasında qarşılıqlı anlaşma və tarixi dostluq münasibətlərinin möhkəmləndirilməsi məqsədilə Heydər Əliyev Fondunun dəstəyi, Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə İctimai Televiziya ilə birgə "Azərbaycan - doğma diyar" devizi altında hər iki ildən bir Azsaylı Xalqların İncəsənəti festivalı keçirilir. Bu münasibətlə respublikanın müxtəlif bölgələrindən - Lənkəran, Astara, Masallı, Balakən, Zaqatala, Qax, Şəki, Quba, Qusar, Saatlı, İsmayıllı və Şabrandan azsaylı xalqların bədii kollektivləri Bakıya dəvət edilirlər. Ümumilikdə isə festivalın 500-ə yaxın iştirakçısı olur. İctimai Televiziya festivalı ətraflı işıqlandıraraq Azərbaycanın bu palitrasını bütün dünyaya nümayiş etdirir. Azsaylı xalqların adət-ənənəsini, mətbəxini, folklorunu əhatə edən filmlər və verilişlər ingilis dilinə tərcümə olunaraq Avropa tamaşaçılarına təqdim edilir. Festivalın ən yaxşı kollektivləri Mədəniyyət və Turizm Nazirliyinin fəxri fərmanları ilə təltif olunur.
2008-ci ilin oktyabr ayında II Respublika azsaylı xalqların incəsənəti festivalı keçirilib. Bu festivalda da respublikamızda yaşayan bütün azsaylı xalqlar təmsil olunub, onların təmsil etdiyi kollektivlər üç gün ərzində Azərbaycan Musiqili Komediya Teatrında öz məharətlərini göstəriblər. Tədbir qala-konsertlə başa çatıb və İctimai Televiziya tərəfindən bütünlüklə tamaşaçılara təqdim edilib. Festival çərçivəsində "Azərbaycanda azsaylı xalqların mədəni irsinin qorunması problemləri" mövzusunda Dəyirmi Masa keçirilib.
Həmçinin, nazirlik ATƏT-in və Norveç səfirliyinin dəstəyi ilə "Azərbaycanda mədəniyyət plüralizmi" layihəsini həyata keçirir. Layihədə ölkənin bütün etno-mədəniyyət rəngarəngliyinin əks etdirilməsi planlaşdırılır. Müxtəlif milli azlıqların mədəni cəmiyyətlərini onun realizasiyasına cəlb etməklə, nazirlik özünün ən mühüm strateji vəzifələrindən birini - dövlət tərəfindən mədəniyyətlərarası dialoqu inkişaf etdirmək və dəstəkləmək vəzifəsini həyata keçirir.
Ümumiyyətlə, son zamanlar Azərbaycan dövlətinin mədəni siyasətini izlədikdə etnik azlıqlarla bağlı layihələri ön planda görmək mümkündür. Məsələn, arxeoloji qazıntıların aparılmasında, tarixi hadisələrin araşdırılmasında, bununla bağlı sənədli filmlərin çəkilməsində və s. məsələlərdə etnik xalqların tarixi və mədəni nailiyyətləri diqqət mərkəzində olur. Əlbəttə, tərkibi azsaylı xalqlardan ibarət olan bir dövlət üçün bu, ən uğurlu inkişaf yoludur.
Mədəni müxtəlifliyin dəstəklənməsi və qorunması Azərbaycanın dövlət siyasətində öz əksini tapıb. UNESCO-nun 20 oktyabr 2005-ci il tarixli "Mədəni özünümüdafiə müxtəlifliyinin qorunması və təşviqi haqqında Konvensiya"ya uyğun olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti, incəsənəti, adət-ənənələri və dilinin qorunub saxlanılması üçün məqsədyönlü iş aparılır. Prezident İlham Əliyevin 2009-cu il 26 noyabr tarixində imzaladığı Qanunla ölkəmiz sözügedən Konvensiyaya qoşulub.
Bu gün də Azərbaycanda yaşayan milli azlıqların, etnik qrupların mədəni müxtəlifliyinin dəstəklənməsi, mədəni irsinin qorunması və təbliği ilə bağlı müxtəlif layihələr həyata keçirilir. Bu xüsusda yuxarıda qeyd etdiyimiz kimi, ən böyük tədbir Mədəniyyət və Turizm Nazirliyinin təşkilatçılığı ilə iki ildən bir keçirilən "Azərbaycan - doğma diyar" adlı azsaylı xalqların respublika festivalıdır. Artıq üç festival keçirilib. Yuxarıda qeyd etdiyimiz kimi, milli azlıqların özfəaliyyət kollektivlərini, sənət ustalarını bir araya gətirən festival çərçivəsində müxtəlif tədbirlər keçirilir, azsaylı xalqların mədəniyyətinə dair mövzular üzrə Dəyirmi masalar təşkil olunur və burada Azərbaycanın görkəmli alimləri, ölkədə fəaliyyət göstərən mədəniyyət mərkəzlərinin rəhbərləri iştirak edirlər. Bundan başqa, azsaylı xalqların həyat tərzinə, mədəniyyətinə, məişətinə dair fotosərgilər təşkil edilir, bu sərgilər xaricdə də nümayiş olunur. 2009-cu ildə belə bir fotosərgi UNESCO-nun mənzil-qərargahında keçirilmişdir.
Bu tədbirlər bir daha göstərir ki, dövlətin azsaylı xalqların mədəniyyətinin inkişafına dəstəyi onlara stimul verir. Etiraf edək ki, azsaylı xalqlarla bağlı mədəni layihələr ilk dəfə həyata keçirilməyə başlayanda yerlərdəki incəsənət kollektivləri elə də peşəkar səviyyədə deyildi. Lakin göstərilən diqqət və qayğının, aparılan əməli işin nəticəsində artıq peşəkar şəkildə formalaşan ansambllar meydana gəlib. Son illər həm rayon İcra hakimiyyətləri, həm də rayonların mədəniyyət və turizm şöbələri bu sahəyə diqqəti artırıblar. Artıq bu kollektivlər o qədər yüksək səviyyəyə çatıblar ki, onları dünyanın bir çox ölkələrinə müxtəlif beynəlxalq tədbirlərə göndərə bilirik. Bu da milli azlıqların mədəniyyətinin inkişafına əlavə stimul verir.
Təbii ki, qloballaşma gözəldir, bu, insanları birləşdirir. Amma bu prosesin müsbət tərəfləri ilə yanaşı, bir mənfi cəhəti də özünü göstərir, bu da insanların mədəni irsini, bəzən adət-ənənələrini unutmalardır. Azərbaycan dövləti çalışır ki, ölkəmizdə yaşayan milli azlıqlar öz ənənələrini yaşatsınlar və Azərbaycan mədəniyyətinin tərkib hissəsi olan bu xalqların mədəniyyətləri qorunaraq nəsildən-nəsilə keçsin. Bu sahədə Mədəniyyət və Turizm Nazirliyi ilə yanaşı, Təhsil Nazirliyi, digər qurumlar da müvafiq işlər görürlər.
Bu kimi məsələlərdə müəyyən bir diferensiasiyaya da diqqət yetirilir. Məsələn, Azərbaycanda ruslar, gürcülər yaşayır. Amma onların özlərinin dövləti var, mədəniyyətləri inkişaf edir. Elə xalqlar da var ki, onlar azsaylıdır, Azərbaycanda, qonşu ölkələrin ərazisində yaşayırlar. Onların mədəniyyətlərinin, adət-ənənələrinin qorunması çox vacibdir. Azərbaycanda, tarixən, bütün xalqlara, mili azlıqlara və etnik qruplara eyni - normal münasibət bəslənib. Azərbaycan dövləti ardıcıl və düzgün milli siyasət yeridib, milli azlıqların hüquqlarının təminatı sahəsində mühüm nailiyyətlər əldə edib. Dövlət tərəfindən atılan məqsədyönlü addımlar dinindən, millətindən asılı olmayaraq, Azərbaycan xalqının bütün dövrlərdə mehriban ailə, dost, qardaş olaraq yaşamaq ənənələrini daha da möhkəmləndirib.

(Əvvəli - IV yazı bu linkdə: http://www.azadinform.az/news/a-142179.html)

Bu YAZI “Kamillik” Vətəndaşların Hüquqi Maarifləndirilməsi İctimai Birliyinin Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə “Mədəniyyətlər arasında (mədəni müxtəliflik) anlaşmanın inkişafı təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində hazırlanıb.

Xəbər 933 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +