Azərbaycanda ilantutma biznesi təklif olunur
Prezident bu şəxsləri təltif etdi
Bu il Azərbaycanda 17 ana ölüb
Gələn il qəbul imtahanı necə olacaq?
“Ərizəni istəmədən yazmışam” - İşdən çıxarılan aktyor
“Qarabağ”dan azarkeşlərə şad xəbər
Azərbaycana gələn turistlərin kütləvi şikayəti
Alimlərdən yeni kəşf — Ölüm yoxdur ...
Baş nazir qərar verdi
Qanunsuz nişanı küçəyə kim vurub?

      

01.06.2017  11:52 

Baş Prokurorluq vətəndaşları aldadan tikinti şirkətinə qarşı cinayət işi qaldırdı





A+  A-

“İdeal-İ İnşaat” MMC-nin direktorunun müqavilə əsasında satılmış mənzilləri təkrarən başqa şəxslərə satması faktlarına görə Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə başlanmış cinayət işi üzrə Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində istintaq tədbirləri davam etdirilir.
XəzərNews.az Baş Prokurorluğun saytına istinadən bildirir ki, keçirilmiş istintaq-əməliyyat tədbirləri nəticəsində paytaxtın Xətai rayonu ərazisində, Xocalı prospekti 29 saylı ünvanda Cəmiyyət tərəfindən yeni tikilmiş binaların müqavilə əsasında satışını həyata keçirən direktoru Çingiz Məmmədovun vətəndaşlara satılmış mənzilləri təkrarən başqa şəxslərə sataraq onlara ümumilikdə 641 min manat məbləğində ziyan vurmasında əsaslı şübhələr olduğundan Cinayət Məcəlləsinin qeyd olunan maddəsi ilə ittiham elan edilməklə barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

Hazırda yol verilmiş qanunsuz halların tam, hərtərəfli yoxlanılmaqla təqsirli şəxslərin tam dairəsinin müəyyənləşdirilərək məsuliyyətə cəlb edilmələri istiqamətində zəruri istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Xatırladaq ki, bir neçə gün öncə 4 ildir vətəndaşları aldatmaqla pullarını mənimsəyən “İdeal-İ İnşaat” MMC və onun törəmə şirkətlərindən olan “İdeal V” MMC tərəfindən aldadılan zərərçəkmişlər virtualaz.org saytına müraciət etmişdilər.

Rəsmi sənədlərdə göstərilir ki, Bakı Şəhər İcra Hakimiyyəti başçısının 12 oktyabr 2004-cü il tarixli, 237 nömrəli sərəncamının 9-cu bəndi ilə Nəsimi rayonu, 28 May küçəsi, 717-ci məhəllədə bina tikintisinin aparlmasına icazə verilib. 2005-ci ilin mart ayında “Alyans Z” MTK ilə “İdeal V” tikinti şirkəti arasında müştərək fəaliyyətə dair müqavilə imzalanıb. Müqavilənin şərtlərinə əsasən, “İdeal V” podratçı qismində “Alyans Z” MTK-nın sifarişi ilə öz vəsaiti hesabına binanın tikintisinə başlayıb. Lakin sonradan “Alyans Z” MTK ilə “İdeal V” şirkəti arasında mübahisə yaranıb, sonuncu MTK-ya qarşı məhkəmə iddiası qaldırıb.

Maraqlıdır ki, həm “Alyans Z”, həm də “İdeal V” hələ tikintisi başa çatmayan binada mənzillərin satışına başlayıb.

Xəbər 787 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

18.10.2017  18:35 

Bu il Azərbaycanda 17 ana ölüb

18.10.2017  15:56 

Suriyanın məşhur generalı öldü

18.10.2017  13:21 

Hadisənin üzünə nə olub?

18.10.2017  13:09 

Sabah hava necə olacaq?

18.10.2017  12:06 

Baş nazir qərar verdi


BÜTÜN XƏBƏRLƏR +