Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


26.05.2017  20:31 

Məsələyə nazir müavini qarışdı - Müəllimlər ixtisar olunacaq?





A+  A-

“Hazırda təhsil sistemində hər hansı ixtisar məsələsi yoxdur”.
XəzərNews.az xəbər verir ki, bunu APA-ya təhsil nazirinin müavini Mətin Eynullayev deyib.

Mətbuatda diaqnostik qiymətləndirmədə aşağı nəticə göstərən müəllimlərin ixtisarı ilə bağlı yayılan məlumatlara münasibət bildirən nazir müavini deyib ki, bütün hallarda müəllimlərin pedaqoji fəaliyyəti, onların öz vəzifələrinin öhdəsindən gəlib-gəlməməsi işəgötürən, yəni məktəb rəhbərliyi tərəfindən qiymətləndirilir və bu fəaliyyət təkcə diaqnostik qiymətləndirmənin nəticələrinə görə deyil, şagirdlərin tədris göstəriciləri, müəllimlərin pedaqoji ustalığı və digər zəruri keyfiyyətlərlə ölçülür: “Bu il müəllimlərin işə qəbulu üzrə müsabiqəyə əvvəlki illərdən iki dəfə çox - 6000-ə yaxın vakansiya təqdim ediləcək. Nəticədə təhsil sisteminə savadlı müəllimlər işə götürüləcək. “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın ana hədəflərindən biri də səriştəli təhsil verənin formalaşdırılmasına, onlarda zəruri kompetensiyaların aşılanmasına və təhsil verənlərin peşəkarlığının yüksəldilməsinə xidmət edir.

Bir daha xüsusi qeyd olunmalıdır ki, kütləvi informasiya vasitələri üçün keçirilən brifinqdə əslində medianın diqqətinə çatdırılan əsas məsələ müəllimlik fəaliyyətinə yüksək potensiala malik olan kadrların cəlb edilməsi fikrinin çatdırılmasıdır. Brifinqdə nazirlik əməkdaşları yanlış fikir söyləməklə düzgün ifadə seçməyib və bununla da mediada əslində mahiyyəti tam fərqli olan məlumatlar yer alıb.

Təhsil Nazirliyi Azərbaycan Respublikasında ən böyük işəgötürən qurumlardan biridir. Təhsil Nazirliyi tərəfindən Azərbaycan Respublikası Prezidentinin həyata keçirdiyi sosial yönümlü siyasət əsas götürülməklə təhsil sahəsində fəaliyyət göstərən müəllimlərin bilik və bacarıqlarının artırılmasına yönəlmiş işlər davam etdiriləcək”.

Qeyd edək ki, Təhsil Nazirliyinin sektor müdiri Cəsarət Valehov indiyədək keçirilən diaqnostik qiymətləndirmələrdə kifayət qədər zəif nəticə göstərən müəllimlərin ixtisar ediləcəyi qaçılmaz olduğunu açıqlamışdı.

Xəbər 911 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +