Yoluxanların sayı 200-dən aşağı düşdü
Təhsil Nazirliyi məlumat yaydı
Qaydaları pozan 17 velosipedçi cərimələndi
Çimərliklərdə 25 dərəcə isti olacaq
Gürcüstanda tədris ili 15 sentyabrda başlayacaq
Avropa Liqası 5 ay sonra bərpa olunur
Azərbaycan XİN Livana başsağlığı verdi
Rayona getmək üçün icazələr belə alınacaq
“Livana kömək təklif edəcəyik” - Merkel
“Space”in yayımı 3 saat dayandırılacaq


25.05.2017  16:54 

Ziyalılardan nazirliyə DƏSTƏK: Dərs ilinin müddəti uzadılmalıdır!





A+  A-

Milli Məclisin deputatı Fazil Mustafa bir neçə gün öncə Azərbaycanda dərs ilinin qısaldılmaını – dərslərin sentyabrın 1-də başlaması və mayın 25-də tamamlanması təklifini irəli sürüb.
Deputat bildirib ki, 1 sentyabr – 25 may tarixləri müəllimə də, şagirdə də, valideynə də sərf edər, üstəlik tədrisin keyfiyyətinə də müsbət təsir göstərər.

Lakin bunun ardınca Təhsil Nazirliyi əksinə, tədris ilinin bir qədər də artırılmasını təklif edib.
Nazirlik rəsmisi Cəsarət Valehov dərs ilinin sentyabrın 1-də başlayıb, 14 iyunda bitməsinə tərəfdar olduqlarını bəyan edib. O, bunu Azərbaycanının inkişaf etmiş ölkələrdəki tədris həftələrinin (müvafiq olaraq 38-40 həftə) sayına görə geri qalmağıyla əsaslandırmağa çalışıb. Deyib ki, Azərbaycan tədris həftələrinin sayına göprə azı 3-4 həftə geridədir.

XəzərNews.az bildirir ki, Modern.az saytı dərs ilinin uzadılması məsələsinə ziyalılardan münasibət öyrənib.

Millət vəkili Nizami Cəfərov dərslərin uzadılmasının vacibliyini belə izah edib.

“Tədris ilinin uzadılması çox vacib məsələdir. Bütün dünyada tədris ilinin uzun olması inkişafın göstəricisi kimi qəbul edilir. Bu, şagirdlərin təlim yükünün azalmasına, onların materialları səmərəli mənimsəməsinə hesablanıb, gənclərin gələcək inkişafına kömək edə bilər. Aparılan təhlillər də bunu göstərir. Dərs ilinin sentyabrın 1-də başlayıb iyunun 14-də bitməsinin tərəfdariyam”.

Azərbaycan Milli Elmlər Akademiyasının əməkdaşı, fəlsəfə doktoru Siracəddin Hacı deyir ki, Azərbaycan məktəblərində tətil günləri həddindən artıq çoxdur.

“Şagirdlər Novruz bayramında, yeni ildə uzun müddət dərsdən yayınırlar. Təhsil fasiləsiz olmalıdır. Azərbaycanda şagirdlərin təhsildən yayınması onların elm öyrənmələrinə, davranışlarına təsir edir. Məktəb bir sosial münasibətlər müəssisəsidir. Tətil zamanı şagirdlər uzun müddət elm öyrənməkdən, müəllimlərdən uzaqlaşır.
XIX əsrdə Yaponiya imperatoru yapon xalqına töhfəsinin nə ola biləcəyini araşdırıb. İmperator görüb ki, xalqı çox geri qalır. Ona görə də Avropadan mütəxəssislər dəvət edib ki, problemləri araşdırsınlar. Həmin alimlər bir il ərzində vəziyyəti araşdırıb və 100 səbəb ortaya qoyublar. İmperator xalqı inkişafdan saxlayan 4 ən mühüm səbəbi istəyib. Səbəblərdən biri yaponların iş mədəniyyətinin olmaması, ikincisi təqvimdə tətil günlərinin sayının çox olması, üçüncü yaponların zaman şüurunun olmamasıdır. Çünki tətillər çox olanda zaman şüuru da olmur. Zamanı boş xərcləmək olmaz. Zaman şüurumuz doğru olmadığına görə bizim ölkədə də tətillərimizin sayı çoxdur. Dördüncüsü isə, yapon xalqı təmizkar deyil. Ona görə də deyirlər ki, imperator yapon xalqının xəstəliyini tapmışdır.
Azərbaycanda əvvəllər uşaqlar 3 ay 15 gün dərsə getmirdi. Bura bayramları da daxil etsək, belə günlərin sayı uzanır. Dünyanın ən inkişaf etmiş ölkələrindən biri İngiltərədir. Onlarda tətil yalnız avqustdadır. Hətta tətil günlərində də şagirdin kitabla əlaqəsi olmalıdır. Elmin düşməni unutmaqdır. Unutmağın düşməni təkrar etməkdir. Təhsil fasiləsiz olmalıdır”.

Təhsil eksperti, professor Şahlar Əsgərovun sözlərinə görə, dərs ilinin uzadılması günün vacib tələbidir.

“Kütlə yaxşını pisdən, düzü əyridən seçmək qabiliyyətində deyil. Bu işi baş bilənlərdən soruşmaq lazımdır. Dərs ilinin qısaldılması yox, uzadılması günün vacib məsələsidir. İnkişaf etmiş ölkələrdə olduğu kimi, dərs ilini 40-41 həftəyə qaldırmaq lazımdır. Dövlət təhsil alanların zamanını nə qədər öz nəzarətinə götürərsə, bir o qədər yaxşıdır”.

Xəbər 1114 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

05.08.2020  15:39 

Təhsil Nazirliyi məlumat yaydı

05.08.2020  08:53 

Beyrut fəlakət zonası elan edildi


BÜTÜN XƏBƏRLƏR +