Rafiq Aslanovun oğlunun Londonda MÜLKİ- FOTO
Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”


25.05.2017  15:57 

Olimpiya idman kompleksləri istifadəsiz qalıb?





A+  A-

Demək olar ki, Azərbaycanın hər bölgəsində olimpiya idman kompleksləri var. Bəs bu idman kompleksləri istifadəsiz qaldığı müddətdə hansı məqsədlə istifadə olunur?
Gənclər və İdman Nazirliyinin mətbuat katibi Səmayə Məmmədova bu barədə açıqlama verib. Nazirlik rəsmisi idman komplekslərinin aid olduğu qurumları aşağıdakı kimi təsnifatlandırıb:

“Gənclər və İdman Nazirliyinin balansında olanlar və bir də bu balansa aid olmayanlar . 2005-ci ilə qədər tikilib istifadəyə verilmiş olimpiya kompleksləri Gənclər və İdman Nazirliyinin balansına aid deyil. Belə ki, həmin komplekslər müəyyən vaxtlarda, müxtəlif şirkət və ya qurumlar tərəfindən tikilib. Bu artıq onların nəzarətindədir.

2007-ci ildən sonra cənab prezidentin sərəncamı əsasında tikilən olimpiya kompleksləri isə birbaşa Gənclər və İdman Nazirliyinin nəzarətindədir. Bizim balansımızda olan komplekslərdə mütəmadi olaraq təlimlər, tədbirlər və müxtəlif yarışlar keçirilir. Qaldı ki, müxtəlif qurumların nəzarətində olan komplekslər barədə, təbii ki, biz həmin komplekslərə də diqqət ayırmağa çalışırıq. Lakin onlar artıq bizim balansımızda deyil”.

S.Məmmədovanın sözlərinə görə, gənclər mərkəzi və olimpiya komplekslərini qarışıq salmaq olmaz.

“Bunların hərəsi öz təyinatı əsasında istifadə olunur. Bu çox vacib bir məqamdır”.

(modern.az)

Xəbər 3144 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +