Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


24.05.2017  20:46 

Azərbaycanda 3 milyon vətəndaş vergi ödəmir





A+  A-

“Kölgə iqtisadiyyatı” postsovet məkanının bütün ölkələri üçün hələ də başağrısı olaraq qalır. Məsələn, Rusiya Hesablama Palatasının başçısı Tatyana Qolikova bir müddət əvvəl bildirib ki, Rusiya iqtisadiyyatının “kölgə sektorunda” ölkənin təxminən 14,4 milyon vətəndaşı işləyir, amma baxmayaraq ki, onlar sosial infrastrukturdan istifadə edirlər, vergi ödəmirlər.
Qolikova izah edib ki, bu rəqəm işləməyən əhalinin təqaüdçülər, uşaqlar və s. kateqoriyaya bölünməsi nəticəsində alınıb. Qalan 14,4 milyon insan "qeyri-müəyyən" kateqoriyanı təşkil edib ki, bu da dəqiq təsnifata gəlmir. Qolikovanın sözlərinə görə, heç kim bilmir ki, bu insanlarla nə etmək olar və ya nə etmək lazımdır.

Rusiya Statistika Komitəsinin qiymətləndirmələrinə görə, gizlədilmiş əmək haqqı və qarışdırılmış gəlirlər Rusiyada ildə təxminən 10 trilyon rubl təşkil edir.

Belə çıxır ki, Rusiyada praktiki olaraq hər on nəfərdən biri vergi ödəmir. Bəs Azərbaycanda vəziyyət necədir?

Faktlar göstərir ki, Azərbaycanda vəziyyət daha acınacaqlıdır. Daha dəqiq desək, bizim ölkəmizdə bununla bağlı rəsmi rəqəm yoxdur.

XəzərNews.az xəbər verir ki, hökumətdəki mənbələrin virtualaz.org-a bildirdikləri kimi, praktiki olaraq işləyən və iqtisadi cəhətdən aktiv əhalinin üçdə iki hissəsi vergi ödəmir. Bu isə o deməkdir ki, söhbət faktiki olaraq üç milyon insandan gedir.



Xəbər 3291 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +