Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


24.05.2017  12:01 

“Mənim məktəbim” bu dəfə 182 saylı tam orta məktəbdə





A+  A-

“Kaspi” Geosiyasi Araşdırmalar Mərkəzi İctimai Birliyi AR Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının layihəsi çərçivəsində Binəqədi rayonunda yerləşən 182 saylı tam orta məktəbdə tədbir keçirib.
XəzərNews.az xəbər verir ki, tədbirdə məktəb rəhbərliyi, müəllimlər, valideynlər, şagirdlər iştirak edib.
Layihə koordinatoru Adəm Abbaslı bildirib ki, “Mənim məktəbim” layihəsi ümumtəhsil müəssisələrində uğurlu təhsil metodikalarının təşviqi təşəbbüslərinə dəstək xarakteri daşıyır: “Layihə orta məktəblərdə uğurlu təhsil metodikalarının təşviqi, valideynlərin təhsil prosesində iştirakının stimullaşdırılması və məktəblilərin ictimai fəallığının artırılmasından bəhs edir. Həmçinin müəllimlərin öz üzərində çalışmaları, yeni texnologiyalardan istifadə bacarıqları, yuxarı sinif şagirdlərinin dərsə davamiyyəti, ictimai fəallıqları və valideynlərin məsuliyyətindən bəhs edir.
182 saylı tam orta məktəbin direktoru Zinət Tağıyeva məktəbin tarixi haqqında danışıb. Direktor bildirib ki, burda iştirak edən valideynlərin əksəriyyəti 182 saylı məktəbi bitiriblər, bu qəsəbədə yaşayıblar: “Qəsəbəmiz əvvəllər kompakt idi. İndi isə demək olar ki, bütün regionlardan qəsəbəmizdə məskunlaşan insanlar var. Qəsəbəmiz məktəb problemi yaşayır. 1962-ci ildə fəaliyyətə başlayan məktəbin 55 illik tarixi var. 2014-cü ildə ölkə başçısı Prezident İlham Əliyevin sərəncamı ilə bu məktəb sökülüb yenidən tikilib və 1960 şagird yeri ilə istifadəyə verilib. Amma hal-hazırda 3700 şagird bu məktəbdə təhsil alır. Məktəbimizdə təhsil 6 gündən ibarət olmaqla 2 növbəlidir. Məktəbdə 124 sinif fəaliyyət göstərir bunların təlim-tərbiyəsi ilə 204 müəllim məşğuldur. Məktəbimizin uğurları çox yox, həddən artıq çoxdur və öz ənənələri var. Binəqədi rayonunda 34 məktəb var. O məktəblərdən 7-si məktəb liseydir, yəni lisey məktəbdir. Artıq 3-cü ildir ki, bizim 182 saylı məktəbdən qızıl medala namizədlərimiz var. Bu il Binəqədi rayonu üzrə qızıl medal alacaq yeganə şagird məhz bizim məktəbdə oxuyur. İndiyədək Binəqədi rayonu üzrə 3 qızıl medala layiq görülən şagird olub ki, onlardan 2-si 182 saylı məktəbin məzunudur”. Ənənələrdən danışan Zinət Tağıyeva bildirib ki, əsas hədəfimiz istedadlı şagirdlərin üzə çıxarılmasıdır: “Artıq 5-ci ildir ki, Respublika Fənn Olimpiya yarışmasına qatılır və bu müddət ərzində hər il 2 medalla məktəbə qayıdırlar. Bu il də şagirdlərimiz məktəb kollektivini sevindirib. Ənənələrimizdən biri də hərbi idman oyunlarıdır. Bu oyunlarda isə həm paytaxt, həm də rayon üzrə keçirilən yarışlarda artıq 10 ildir ki şagirdlərimiz uğurlu nəticələr əldə edirlər”. Uğurları sadalayan direktor deyib ki, inşa, rəsm müsabiqələrinə, “Ölkəmizi tanıdaq” layihəsinə də qatılıblar. Lütfi Zadə adına Məktəblərarası Məntiq Olimpiadasında məktəbimizdən 8 şagird yer tutub. Futbol, voleybol yarışlarında da qələbə qazanmışıq. Bir sözlə, uğurlarımız çoxdur”. Z. Tağıyeva çıxışının davamında deyib: “Biz bu uğurları necə əldə edirik? Bu uğurlar üçbucaq şəkildə olur: 1-ci uşağın əziyyəti, 2-ci valideynin əziyyəti və nəzarəti, 3-cü müəllimin zəhməti. Bu üçbucaqsız bu uğurları qazanmaq mümkün deyil. Uşağa evdə dəstək valideyn, məktəbdə isə məktəb olmalıdır. 600-dən çox bal toplayan şagirdlərimiz evdə oturan uşaqlar deyil, hamısı göz qabağında olan uşaqlar olublar. Bu ildən bizim məktəb düşüb təmayül məktəblər sırasına biz qruplar üzrə dərs keçəcəyik onda uşaqların heç biri dərsdən yayınmayacaqlar. Eyni ixtisas qrupuna hazırlaşan uşaqlar eyni sinifdə oturacaqlar. Mənim bir amalım var – yaxşı sinifdə yaxşı müəllim dərs keçməlidir. Bu il 10-cu siniflərimiz dediyim qaydada hazırlaşacaqlar. Mən bircə onu qeyd eləmək istəyirəm ki, "Uğurlu məktəb" layihəsində hər şeydən öncə müəllim durmadan öz üzərində çalışmalıdır. Bizim bir xoşbəxtliyimiz var ki, şəhərdən uzaq olsaq da bu təhsil müəssisəsində 5 təlimçi müəllim işləyir. Məsələn məktəb var heç onun payına 1-i düşmür. 5 təlimçi müəllim İsmayıl Aygün, Əbdüləliyeva Fərqanə, Əliyeva Arzu, Yunisova Solmaz, Əliyeva Münəvvər. Bunlar gedib rayonlarda, başqa məktəbin müəllimlərinə dərs keçirlər. Sadaladığım müəllimlər ən yüksək bal toplayan müəllimlərimdir”. Direktor məktəbdə fəaliyyət göstərən “Kiçik akademiya”dan da danışıb. Deyib ki, bu bütün məktəblərdə yoxdur. 6-7-8-ci sinif şagirdlərimiz artıq elmi işlər hazırlayırlar və gəlib bu otaqda məruzə edirlər.
“Bir faktı da qeyd edim 2015-ci ildə Bakıda keçirilən I Avropa Oyunlarında Prezidentin iki sərəncamı bizim məktəbə aid idi. Bunlardan biri fiziki tərbiyə müəllimi Cabir müəllimə tərəqqi medal verilməsi haqqında, digəri isə məktəbimizin məzunu Xəlilova Nəzakət gümüş medal və 100.000 manat məbləğində olan pul mükafatına layiq görülməsi haqqında. Bu ilki İslam Həmrəyliyi Oyunlarında yenə də Xəlilova Nəzakət 50.000 manat pul mükafatı aldı.
Daha sonra çıxış edən 182 saylı tam orta məktəbin Təlim-Tərbiyə İşləri üzrə direktor müavini Qoşqar Hümmətov deyib ki, bizim məktəbimizin kənd məktəbi olmasına baxmayaraq, Respublikada sayılıb seçilən məktəblərdən biridir: “Məktəbimiz adı yaxşı məktəblər sırasındadır. Təbii ki, bunlar da həm şagirdlərin, həm müəllimlərin, həm də valideynlərin əməyi nəticəsində mümkün olub. Deməliyəm ki, şagirdlərimiz 2011-ci ildən bəri respublika üzrə keçirilən olimpiadalardan medallara qayıdırlar. Bu da hər məktəbə qismət olmayan bir şeydir. şagirdimiz Məmmədova Aysel respublika olimpiadasının 3-cüsü olub. 2014-2015-ci il tədris ilində yenə də iki şagirdimiz – Məmmədov Ruslan, İsayeva Səbinə gümüş və bürünc medala layiq görülüblər. 2015-2016 tədris ilində yenə də iki şagirdimiz – Allahverdiyev Elbar və Məmmədov Ruslan gümüş və bürünc medalla mükafatlandırılıb. Bu ilki tədris ilimizdə isə Qocayev Ramin gümüş, Allahverdiyev Elbar bürünc medala layiq görülüblər. Deməli, bu məktəbdə tədris də var, təlim də var, hər bir şərait də var. Bu şəraiti yaratdığına görə, ilk növbədə mən ölkəmizin prezidenti İlham Əliyevə kollektivimizin adından öz təşəkkürümü bildirirəm. Bu il də yüksək nəticə göstərən şagirdlərimiz var. Qəhrəmanov İmamverdi 639, Qocayev Ramin 651, Musayeva Güney 653, Musayeva Günay 608 bal toplayıblar. Mən hesab edirəm ki hələ bunların ardı gələcək. Bu nailiyyətlərin hamısı məktəb direktorunun onun dəstəyi nəticəsində əldə olunub.
Tədbir müəllimlərin çıxışı ilə davam edib. 182 saylı tam orta məktəbin müəllimi Aygün İsmayıl deyib ki, uğurlar olan yerdə problemlər də olur: “Uzun müddətli proses lazımdı ki, bu çətinliklər olmasın. Çətinlikləri aşmaq üçün bizə valideynlərin, rəhbərliyin, dövlətin qayğısı mütləq lazımdır ki, biz bu işdə sonda uğurlu nəticə əldə edək”.
Daha sonra çıxış edən müəllim Fərqanə Əbdüləliyeva 182 nömrəli məktəbin müəllim heyəti sıralarında olmaqdan qürur duyduğunu deyib: “Qeyd eləmək istərdim ki, sadalanan uğurların səbəbi başda Zinət müəllimə olmaqla, istər valideynlərin, istərsə də müəllimlərin məktəbə öz evləri kimi baxmasıdır. Bura heç kim məhz işləmək xatirinə, dərs keçmək xatirinə, oxumaq xatirinə gəlmir. Mənə elə gəlir ki, uğurumuzun ən böyük səbəbi budur”.
“Məndə bütün deyilənlərə qoşuluram. Mən bütün müəllim kollektivinə təşəkkürümü bildirirəm. Müəllimlərimiz hər bir şagirdə əllərindən gələni edirlər. Biz sadəcə təlim vermirik uşaqların tərbiyəsi, dərslikləri ilə də məşğul oluruq. Mən çalışıram ki, uşaqlar yaxşı nailiyyətlər əldə etsinlər”, - deyə məktəbin biologiya müəlliməsi Günay xanım deyib.
Tədbirdə bu ilki qəbul imtahanlarında yüksək nəticə göstərmiş Güney (653 bal) və Günay (608 bal) Musayeva bacılarının anası da çıxış edərək
rəhbərliyə minnətdarlığını bildirib. O öz yaşadığı sevinc həyəcanını bütün valideynlərə arzu edib.
Qeyd edək ki, tədbirdə 182 saylı tam orta məktəbin tarix müəllimi Yəhya Tağıyevin (Daştəpəli) şəhidlər Emin Bağırova və Fəxrəddin Qurbanlıya həsr etdiyi kitabının da təqdimatı da olub. “İki ömür bir kitab” adlanan kitabda 2016-cı ilin aprel döyüşlərində Qarabağ torpaqları uğrunda canlarından keçmiş Binəqədi Şəhidləri Bağırov Emin və Qurbanlı Fəxrəddinin olduqca az, lakin əbədiyaşar ömür yolları haqqında məlumatlar və xatirələr yer alıb. Xatırladaq ki, kitabda bəhs olunan Şəhidlərdən biri – Emin Bağırov məhz 182 saylı tam orta məktəbin məzunu olub. Şəhidin həyat yolunu əks etdirən kitabdan danışan direktor Zinət Tağıyeva kövrək və qürurlu notlarla danışarkən deyib: “Emin elə uşaqlıqdan əsgər kimi yetişmişdi. Bu səbəbdən də o, məktəbin özfəaliyyət dərnəklərində həmişə əsgər rollarını canlandırmağa çalışırdı. Bu gün onun haqqında bizim tarix müəllimi Yəhya müəllim çox böyük bir iş görüb, şəhidlər haqqında belə bir kitab hazırlayıb. Şəhidlərdən biri 179 nömrəli məktəbin, Emin Bağırov isə bizim məktəbin məzunu olub”.
Şəhid haqqında danışan Qoşqar Hümmətov isə deyib: “Allah Eminə rəhmət eləsin! O ölməyib, bizim aramızdadır, o hamımızın övladıdır. Qəhrəmanımız haqqında kitab hazırladığına görə, Yəhya müəllimə təşəkkür edirəm”
Daha sonra “İki ömür bir kitab” kitabının müəllifi Yəhya Tağıyev çıxış edib. O deyib: “Bu kitabı yazmaq mənim üçün şərəf hissidir. Belə bir iş görməyi özümə borc bildim. Amma söhbət kitab yazmaq deyil. Sözün düzü mən tək başıma bunu edə bilməzdim. Mənim 60 yaşım var. Ona görə bunu tək hazırlaya bilməzdim. Həm də bu kitabın hazırlanması üçün maliyyəyə ehtiyac var idi. Bu kitab direktor Zinət xanımın köməkliyi nəticəsində ərsəyə gəlib”.
Sonda kitab Şəhid Emin Bağırovun qardaşı Yaqub Bağırova təqdim olunub.

“Təhsil millətin gələcəyidir”. Bu gələcəyi qurmağı qarşısına məqsəd qoyan 182 saylı tam orta məktəbin tarixi və fəaliyyəti haqqında bəzi məlumatları təqdim edirik:

Tarixi:

182 nömrəli tam orta məktəb 1962-ci ildən etibarən fəaliyyət göstərir. 2014-2015-ci tədris ilində məktəb əsaslı təmir olunaraq şagirdlərin istifadəsinə verilmişdir. Yeni təmirdən çıxmış məktəbin açılışında dövlət başçısı İlham Əliyev iştirak etmişdir. Məktəbdə tədris kabinetləri, laboratoriyalar daxil edilməklə 116 sinif otağı mövcuddur. Fizika, kimya, biologiya laboratoriyaları fəaliyyət göstərməkdədir. Kompüter siniflərinin sayı 5-dir. Məktəbin 268 işçisi var. Bunlardan 192-si müəllimdir. Məktəbdə ümumilikdə 3057 şagird təhsil alır. Məktəb ikinövbəlidir.

Uğurlar:

Azərbaycan Respublikası Gənclər və İdman Nazirliyi, Binəqədi Rayon Gənclər və İdman İdarəsinin təşəbbüsü ilə 09 noyabr "Azərbaycan Respublikasının Dövlət Bayrağı günü" münasibəti ilə Binəqədi rayon orta ümumtəhsil məktəblərinin şagirdləri arasında "Mənim bayrağım" mövzusunda keçirilmiş inşa yazı müsabiqəsində 182 №li məktəbin şagirdləri uğurlu nəticələr göstərmişlər. Məktəbin 8d sinif şagirdi Qasımova Ülviyyə III yerə layiq görülmüş, 10b sinif şagirdi Güləliyeva Nailə və 4z sinif şagirdi Məmmədov Tunar isə müxtəlif sertifikatlarla mükafatlandırılmışdırlar.
Məktəbin 2k sinif şagirdi 07.10.2006 təvəllüdlü Əliyev Natiq Namiq oğlu USD SANDO idman növü üzrə keçirilən yarışda I yerə layiq görülmüşdür. Qeyd edək ki, vətənpərvər ruhlu Natiq yarış əsnasında erməni rəqibini məharətlə məğlub etmişdir.
Fənn olimpiadasının şəhər mərhələsində bir neçə şagirdimiz tarix və riyaziyyat fənləri üzrə qalib oldular. Tarix fənnindən İsayeva Səbinə (müəllimi: Hümbətov Qoşqar), Məmmədov Ruslan (müəllimi: Hümbətova Rəsmiyyə) I yerə, riyaziyyat fənnindən Ağazadə Sənubər (müəllimi: Teymurov Rövşən) III yerə layiq görülmüşdür.

Fərqlənən məzunlar:

1). Aysel Əhmədova qızı
Bitirdiyi il: 2014

2) Elvin Bayramov İlqar oğlu
Bitirdiyi il: 2014

3) Sənəm Mustafayeva Kənan qızı
Bitirdiyi il: 2014











Xəbər 8109 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +