Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


24.05.2017  09:48 

Sürücülərə satılan benzinin keyfiyyəti necədir?





A+  A-

Bakıdakı yanacaqdoldurma məntəqələrinin fəaliyyətinə münasibət birmənalı deyil.
XəzərNews.az xəbər verir ki, benzinin keyfiyyətinin aşağı olması, tərkibində müəyyən qatqıların olması, avtomobilin çəninə vurulan benzinin miqdarı sürücülərdə inamsızlıq yaratmaqla yanaşı, ciblərinə də təsirsiz ötüşmür.

Qeyd edək ki, Azərbaycanda "92" markalı benzin Heydər Əliyev adına Neftayırma Zavodunda istehsal olunur. "95" və "98" markalı benzinlər isə xaricdə istehsal edilir. Həmin benzinlərin keyfiyyəti Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin laboratoriyasında araşdırılır və o "Avro-4" standartlarına uyğunluğu yoxlanılır.

Məsələ ilə bağlı metbuat.az-a açıqlama verən Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin mətbuat xidmətinin rəhbəri Fazil Talıblı yanacaqdoldurma məntəqələrində aparılan yoxlamalardakı vəziyyətdən danışıb: “Yanacaqdoldurma məntəqələrində planlı yoxlamalar aparılmır. Sahibkarlıq sahəsində aparılan yoxlamaların 2 il ərzində dayandırılması ilə bağlı qanun qüvvədədir. Qanun 2017-ci ilin sonuna qədər qüvvədə olacaq. Bu müddət ərzində yoxlayıcı orqanlar və Standarlaşdırma Komitəsi yanacağın keyfiyyəti ilə bağlı planlı yoxlamalar aparmayacaq. Əgər şikayət daxil olarsa, məsələnin müvafiq qaydada araşdırılması üçün hüquq-mühafizə orqanlarına göndərilir. "Qaynar xətt"ə son 1 ildə məsələ ilə bağlı şikayət daxil olmayıb. Şikayət daxil olarsa, sahibkar yanacağın keyfiyyətinin aşağı olması ilə bağlı məlumatlandırılır. Əgər keyfiyyətin aşağı olması halı aşkar olunarsa, həmin sahibkar barədə müvafiq sənədlər aidiyyatı qurumlara göndərilir. 2018-ci ilin əvvəllərindən etibarən yoxlamalar müasir praktikaya uyğun şəkildə həyata keçiriləcək”.

Xəbər 1605 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +