Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?
Məcburi köçkünlər yaşadıqları evləri nə zaman təhvil verəcək?
İlham Əliyev Banqladeşin Müstəqillik Günü ilə bağlı təbrik məktubu ünvanlayıb


22.05.2017  17:11 

Qalib idmançı və məşqçilərə 25 milyon 650 min manat veriləcək





A+  A-

Azərbaycan IV İslam Həmrəyliyi Oyunlarının qalibi olub. 14 gün ərzində yığmamız 75 qızıl, 50 gümüş və 37 bürünc medal (cəmi 162) ilə birinciliyə yüksəlib. Bu nəticə İslam Oyunları tarixində yeni rekord, Azərbaycan idmanı üçün isə tarixi uğurdur. Ölkəmizin liderliyə yüksəlməsində əməyi keçən hər bir idmançı, məşqçilər mükafatlandırılacaq.
XəzərNews.az xatırladır ki, Azərbaycan prezidenti İlham Əliyev 11 may tarixində bununla bağlı iki sərəncam imzalayıb. Sərəncama əsasən birinci yeri tutan hər bir idmançıya 100 min manat, onun şəxsi məşqçisinə 50 min manat, ikinci yeri tutan hər bir idmançıya 50 min manat, onun şəxsi məşqçisinə 25 min manat, üçüncü yeri tutan hər bir idmançıya 30 min manat, onun şəxsi məşqçisinə 15 min manat veriləcək.
Ölkə başçısı ikinci sərəncamı Milli Olimpiya Komitəsi Prezidenti olaraq imzalayıb. Sərəncama əsasən IV İslam Həmrəyliyi Oyunlarında ən yüksək nəticələrə görə Azərbaycan Respublikasının idmançıları və onların məşqçiləri üçün mükafatların məbləği aşağıdakı qaydada müəyyən edilib:
- birinci yeri tutan hər bir idmançıya 50 min manat, onun məşqçisinə 25 min manat;

- ikinci yeri tutan hər bir idmançıya 30 min manat, onun məşqçisinə 15 min manat;

- üçüncü yeri tutan hər bir idmançıya 20 min manat, onun məşqçisinə 10 min manat.
Ümumilikdə iki sərəncama əsasən İslam Oyunlarında birinci olan idmançıya 150 min manat, gümüş medal qazanana 80 min, bürünc medalın sahibinə isə 50 min pul mükafatı veriləcək.
Azvision.az-ın araşdırması zamanı məlum olub ki, qızıl medal qazanan idmançılara ümumilikdə (75 qızıl medal) 11 milyon 250 manat, gümüş medal qazanan idmançılara ( 50 gümüş medal) 4 milyon manat, yarışlarda bürünc medal qazananlara isə (37 bürünc medal) 1 milyon 850 min manat pul veriləcək.

Ümumilikdə idmançıların pul mükafatı 17 milyon 100 min manat təşkil edir.
Bundan əlavə birinci yerin qalibi olan idmançının şəxsi məşqçisinə 75 min manat mükafat nəzərdə tutulub. İdmançılar 75 qızıl medal qazandığından onların şəxsi məşqçiləri üçün nəzərdə tutulan vəsait 5 milyon 625 min manatdır.

İkinci yerin qalibi olan idmançının şəxsi məşqçisi üçün 40 min manat nəzərdə tutulub. Yarışlarda gümüş medal qazanan 50 idmançının şəxsi müəllimlərinə 2 milyon manat mükafat nəzərdə tutulub.
Üçüncü yerin qalibi olan idmançının şəxsi məşqçisi üçün 25 min manat nəzərdə tutulub. 37 idmançı bürünc medal qazandığından onların şəxsi məşqçiləri üçün nəzərdə tutulan vəsait 925 min manatdır. Məşqçilər üçün nəzərdə tutulan pul mükafatı 8 milyon 550 min manat təşkil edir.
Qalib idmançılar və məşqçilərə veriləcək ümumi məbləğ 25 milyon 650 min manatdır.

Xəbər 733 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

28.03.2024  15:04 

Ərdoğan Qarabağdan danışıb

28.03.2024  14:38 

“3 manatlıq supa görə...”

28.03.2024  14:34 

Bakıda hansı evlər bahalaşıb?

28.03.2024  12:19 

Sabahın havası açıqlanıb

28.03.2024  11:19 

Direktor işdən çıxarıldı

28.03.2024  10:53 

Eldar Əfəndiyev vəfat edib

28.03.2024  09:44 

Bu rayonlarda qaz olmayacaq

28.03.2024  09:03 

Peruda zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +