AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


17.05.2017  16:32 

10 təhsil müəssisəsinə müəllimlər müsabiqədənkənar işə qəbul olunacaq





A+  A-

“Azərbaycanda bəzi ümumtəhsil müəssisələrinə müəllimlərini işə müsabiqədənkənar qəbul etmək hüququ verilib. Həmin müəssisələrin siyahısı artıq təsdiqlənib. Sayı 10-dək olan müəssisələrin hamısı Təhsil Nazirliyinin tabeliyindədirlər”.
XəzərNews.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında Təhsil Nazirliyinin İnsan resursları şöbəsinin müdir əvəzi Eşqi Bağırov deyib.

E.Bağırov bildirib ki, həmin müəssisələr müəllimi müsabiqədənkənar qəbul etmək imkanına malik olsalar da, namizədin təyinatını Təhsil Nazirliyi ilə razılaşdırımalıdırlar.
“Seçilmiş müəssisələr respublikada ən yüksək akademik göstəricilərə malik olanlardır. Bu müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün mərkəzləşdirilmiş imtahanda iştirak etməyə ehtiyac yoxdur. Sadəcə olaraq, həmin namizadlərin siyahısı nazirliyə təqdim olunacaq və onlar müvafiq komissiya tərəfindən araşdırılacaq.
Gələcəkdə Təhsil Nazirliyi yüksək akademik göstəricilərə malik olan, amma nazirliyin tabeliyində olmayan müəssisələrə də belə bir səlahiyyətin verilməsi məsələsinə baxa bilər. Məktəblərin akademik göstəricilərinə müxtəlif olimpiadalarda, yarışlarda yüksək nəticə əldə etmə və s. aiddir. Bu müəssisələrə işə qəbul olmaq istəyən müəllimlər üçün işə qəbul üzrə qoyulan tələblər digər məktəblərdən daha yüksək olacaq. Həmin namizədlər sözsüz ki, imtahanda ən yüksək bal toplayanlar olmalıdırlar. Namizədin yalnız müsabiqədə yüksək bal toplaması tələb olunmur”.

O həmçinin qeyd edib ki, yeniliklərdən biri də peşə müəssisələrinə qəbulla bağlıdır.

“Əvvəlki illərdə peşə təhsili müəssisələrində ümumtəhsil fənlərini tədris edən müəllimlərin işə qəbulu birbaşa müsabiqə yolu ilə həyata keçirildi və müsabiqədə iştirak edərək müvafiq balı toplayanların təyinatı Təhsil Nazirliyi tərəfindən verilirdi: “Bu il isə bir qədər fərqli olacaq. Bu il isə peşə müəssisələrinə işə qəbul 2016-cı ildə yaradılan Peşə Təhsili üzrə Dövlət Agentliyi tərəfindən aparılacaq”.

E.Bağırov bildirib ki, peşə müəssisələrinə qəbul olacaq müəllimlər test imtahanında müvafiq balı toplayan nazmidələr arasından seçiləcək.

“Müəllimlərin işə qəbulu ilə bağlı edilən digər yeniliyə görə, müəllim test imtahanında müvafiq keçid balı toplasa da, amma işlə təmin olunmursa, onun balı bir il qüvvədə də saxlanılacaq və müsabiqə zamanı nəzərə alınacaq. Həmin namizədlər test imtahanından azad olunaraq vakansiya seçmək mərhələsinə buraxılacaqlar:

“Ötən il rekord sayda - 27 min müəllim işə qəbul üzrə imtahanlarda iştirak edib. Onlardan keçid balını- 36 baldan çox toplayanların nəticəsi qüvvədə saxlanılır. Bu qədər bal toplayanlar bu il imtahan vermədən birbaşa vakant seçimdə iştirak edə biləcək. Ötən il 48 baldan yuxarı nəticə göstərənlərin sayı 5 mindən yuxarıdır. Amma keçid balını-36 balı toplayanların sayı ilə bağlı dəqiq məlumat yoxdur”.

Xəbər 1237 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +