AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


17.05.2017  15:18 

Nuşirəvan Məhərrəmli: “İnternet televiziyaların fəaliyyəti tənzimlənməlidir”





A+  A-

Milli Televiziya və Radio Şurasının sədri Nuşirəvan Məhərrəmli APA-ya müsahibə verib.
XəzərNews.az həmin müsahibəni təqdim edir:

- Bu gün televiziyalarda ailə, gender və digər sosial məsələləri əhatə edən verilişlər nümayiş olunur. Onların səviyyəsi və yaxud teleradio kanallarının bugünkü vəziyyəti sizi qane edirmi?

- Ümumiyyətlə, tək Azərbaycanda yox, dünyada televiziya və radio yayımı sahəsində mövcud vəziyyət ürəkaçan deyil. Azərbaycanda bu sahədə problem çoxdur. Amma bunu tək televiziya kanallarının üzərinə yıxmaq düzgün deyil. Məsələyə kompleks yanaşılmalıdır. Kanala dəvət olunan adi müsahibdən tutmuş, oradakı işçilər, reklam bazarındakı mövcud vəziyyət, sponsorlar və digər məsələlər nəzərə alınmalıdır. Fikirləşməyin ki, televiziya kanalının rəhbəri səviyyəsiz verilişlər hazırlamaq arzusundadır. O da çox istər ki, daha baxımlı verilişlər ortaya qoysun. Amma təəssüf ki, bu gün bundan irəli gedə bilmirlər. Təsəvvür edin ki, hər hansı bir istehsal müəssisəsi məhsulunu I, II, III növ yox, IV növ istehsal edir, gücü ona çatır. Təəssüf ki, televiziya sahəsində vəziyyət belədir. Çalışmalıyıq ki, bu sahədə ciddi dəyişiklik olsun.

- Azərbaycanda hansısa sahələr üzrə televiziya kanalının və ya radionun açılmasına ehtiyac görürsünüzmü?

- Bəzən ifratçılığa yol verilir. Xarici ölkələrin təcrübəsinə, hətta Türkiyə, Rusiya və digər xarici ölkələrin kanallarındakı bütün layihələri Azərbaycana gətirmək istəyirlər, amma yerli şəraiti, mühiti nəzərə almırlar. Ona görə də bəzən çox böyük problemlər ortaya çıxır.

Hesab edirəm ki, bu gün mövcud reklam bazarı, Azərbaycanın ərazisi və əhalisinin sayı, auditoriya üçün ölkədəki televiziya və radio kanallarının sayı yetərlidir. Hətta h çoxdur. Bu ölkə üçün bütün ölkəyə yayımlanan 10 televiziya kanalı böyük rəqəmdir. Türkiyə kimi ölkədə cəmi 24 kanal bütün ölkəyə yayımlanırdı, biri bağlandı, 23-ü qaldı.

Hesab edirəm ki, mövcud televiziya və radio kanallarının potensialından istifadə etmək lazımdır.

Tematik kanallar - idman, mədəniyyət, uşaq və digər kanalların məsələsinə gəlincə, bu, böyük ölkələrə xasdır. Məsələn, biz Azərbaycanda uşaq televiziyasının açılmasını çox istərdik. Amma bunun üçün yetərli baza varmı? Onu özəl kanallara verə bilmirik, çünki yekunda istənilən nəticəni əldə edə bilmərik. Onun üçün dövlət vəsait ayırarsa, məmnuniyyətlə bunu edərik.

Məsələn, bu gün Günəş TV üçün lazımi şərait yaradılıb, hətta kabel şəbəkələrinə də salınıb ki, uşaqlar bütün cizgi filmlərinə Azərbaycan dilində baxa bilsinlər.

- Azərbaycanda Türkiyə türkcəsində yayımlanan teleseriallar tərcümə olunur. Ancaq digər tərəfdən TÜRKPA və digər qurumlarda ortaq türk dili ilə bağlı təşəbbüslər var. Bu ziddiyyətlərin tənzimlənməsi yolunu necə görürsünüz?

- Bu məsələni sizdən və hamıdan daha çox biz istəyirik. Bu, öz-özünə zamanla həll olunmalıdır, inzibati qaydada yox. Ortaq türk televiziyasının yaradılması haqqında türk dünyasında iş gedir. Biz də çox çalışırıq. Amma bunu həyata keçirmək o qədər də asan iş deyil. Müəyyən yollar axtarılır ki, ən optimal variantı ortaya qoyaq. Hesab edirəm ki, ortaq türk dilinin yaranması üçün potensialımız var.

- Televiziya və radio yayımı sahəsində qanunvericilikdə hansı dəyişiklərə ehtiyac var?

- Televiziya və radio yayımı sahəsi xüsusi bir fəaliyyət sahəsidir və bura yalnız kommersiya qurumu kimi baxmaq olmaz. Bu ölkənin gələcəyi, strateji məqsədləri üçün xüsusi fəaliyyət növüdür. Son zamanlar ölkənin gələcək siyasəti, mövcud durumu, xarici siyasəti sahəsində televiziya, radio, internetin rolunun artdığını görürük.

Jurnalistika sahəsində kütləvilik artdıqca istər televiziya, istər radio, istərsə də digər sahələrdə böyük problemlər olacaq

Bu sahənin daim inkişaf etməsini və kadrların yerində olmasını istəyirik. Bizi çox narahat edən məsələ jurnalistikanın kütləvi bir ixtisas sahəsinə çevrilməsidir. İstənilən insan özünü jurnalist kimi görür. Amma jurnalistika ciddi sahədir. Vaxtilə jurnalistikaya 25 nəfərdən artıq tələbə qəbul olmurdu. Bu gün isə kimin bloqu varsa bloqger, kimin saytı varsa xəbər hazırlayır, özünü jurnalist hesab edir. Ona görə də bu sahədə problemlər həddindən artıq çoxdur. Jurnalistika sahəsində kütləvilik artdıqca istər televiziya, istər radio, istərsə də digər sahələrdə böyük problemlər olacaq.

- İnternet TV-lərin sayı gündən-günə artır. Onların fəaliyyəti necə tənzimləməlidir?

- İnternetdə, kabel şəbəkəsində, efirdə, mobil versiyada yayımlanmasından asılı olmayaraq, televiziyaların hamısı eyni fəaliyyət sahəsidir. Bütün dünya internet TV-lərin fəaliyyətinin tənzimlənməsi yolu axtarılır. Fikrimizcə, bu fəaliyyət sahəsi tənzimlənməlidir. Çünki bu adi yox, cəmiyyətin inkişafına təsir göstərə bilən və rolu olan fəaliyyət sahədir. Bu fəaliyyət növü ya ictimai qaydada, ya da dövlət tərəfindən tənzimlənməlidir.

İnternet televiziyaları internet üzərindən yayımlandığı üçün də onların fəaliyyətinin tənzimlənməsi lazımdır. Ən azından bu tənzimlənmə ölkə daxilində qeydiyyatdan keçən kanallara şamil edilməlidir. Söhbət youtube və ya digər ölkələrdən yayımlanan kanalların tənzimlənməsindən getmir. Azərbaycanda qeydiyyatdan keçən internet televiziyalarınım fəaliyyəti tənzimlənməlidir.

Xəbər 2650 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +