100 qadının fotoları ilə söyüşlü videolar paylaşdı: Həbs edildi
Azərbaycandakı dini konfessiyalar Trampa məktub ünvanladı
Ona niyə “Yetim İlyas“ deyərmişlər?
Əliyevdən İrəvana tarixi zərbə
Əli Əsədov İrana getdi
Ukrayna dronları Belqorodu vurdu
Rusiya 174 təşkilatı terrorçu siyahısına əlavə etdi
Suriyadakı səfirliyimizin fəaliyyəti bərpa edildi
Keyt Kelloq Ukraynaya gedir
Nazirlik əməkdaşı intihar etdi


17.05.2017  12:26 

XİN-dən qərəzli məqaləyə cavab





A+  A-

Soros Fondu tərəfindən maliyyələşdirilən “eurasianet.org” portalında Joşua Kuçeranın müəllifi olduğu “İslam Oyunlarının açılışı oldu, Azərbaycan müsəlman kimliyi ilə mübarizədə” adlı məqalə dərc edilib. Məqalədə Azərbaycanda mövcud olan dini vəziyyət, ölkənin dünyəvilik ənənələri və İslam Həmrəyliyi Oyunları ilə əlaqədar məsələlər təhrif olunub və müəllif guya ölkədə məscidlərin dağıdıldığını iddia edib.
XəzərNews.az xəbər verir ki, mayın 17-də Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin eurasianet.org saytında cavab məqaləsi dərc olunub.
XİN rəsmisi cavab yazısında Joşua Küçeranın məqaləsində Azərbaycanda dini vəziyyətin düzgün əks olunmadığını bildirib və müəllifin yanlış olaraq müsəlman mənsubiyyəti və dünyəvilik anlayışlarını, ölkədəki dini azadlıq və radikalizmə qarşı mübarizəni bir-birinə zidd kontekstdə təqdim etdiyini qeyd edib.
H.Hacıyev bildirib ki, əsrlər boyu Azərbaycanda müsəlmanlar, xristianlar və yəhudilər sülh şəraitində və şərəflə yanaşı yaşayıblar və bu Azərbaycan cəmiyyətinin xarakterik xüsusiyyəti və xalqımızın həyat tərzidir.
Müəllifin Azərbaycanda məscidlərin dağıdılması ilə əlaqədar iddiasına cavab olaraq H.Hacıyev Sovet İttifaqı zamanı ölkədə 17 məscid olduğu halda, 2017-ci ilin əvvəlində ölkədə olan məscidlərin sayının 2166 çatdığını, Cənubi Qafqazın ən böyük Sinaqoqunun Azərbaycanda tikildiyini deyib. Roma Papası Fransisin Bakıya səfəri zamanı Azərbaycanı dinlər və sivilizasiyalar arasında körpü adlandırdığını qeyd edib.
Müəllifin əsassız iddiasına cavab olaraq, H.Hacıyev Azərbaycanda müsəlman kimliyi və dünyəvilik arasında heç bir ziddiyyətin olmadığını yazaraq, dünyəviliyin Azərbaycanda yalnız konstitusional norma deyil, həyat tərzi olduğunu diqqətə çatdırıb. O əlavə edib ki, Azərbaycanda dünyəvilik dini dəyərlərə dərin hörmətlə müşayiət olunur və Azərbaycanda dünyəviliyi başa düşmək üçün XİX əsrin sonu XX əsrin əvvəli Azərbaycan mütəfəkkirləri və yazıçılarının əsərlərini oxumaq lazımdır.
Radikalizm və ekstremizin bütün dünya, o cümlədən İslam ölkələri üçün ciddi narahatlıq doğuran məsələ olduğunu yazan H.Hacıyev bu kimi ideologiyaların Azərbaycandan da uzaq olmadığını qeyd edib. O, bu qəbildən olan ideologiyaların diqqətdən kənar saxlandığı halda terrorizm üçün münbit şərait yaratdığını yazaraq müəllifin yanlış şəkildə Azərbaycanın radikalizm və terrorizmə qarşı mübarizəsini dini azadlıqların pozulması kimi təqdim etdiyini vurğulayıb. Əlavə edib ki, Azərbaycanda tam şəkildə bütün dini azadlıqlar təmin olunub.
XİN rəsmisi Azərbaycanın uğurlu milli təcrübəsindən çıxış edərək İslam Həmrəyliyi Oyunlarına ev sahibliyi etməklə radikal ideologiyaların kənarlaşdırılması, məzhəb ayrı-seçkiliyinə son qoyulması və İslam ölkələri gəncləri arasında idmanın kütləviləşdirilməsinə töhfə verdiyini yazıb. Bunun həmçinin artmaqda olan İslamafobiya meyllərinə qarşı effektiv vasitə olduğunu bildirərək İslam Oyunlarının təntənəli açılış mərasiminin İslamın sülh, anlaşma, mədəniyyət, elm, bilik dini olduğunu nümayiş etdirdiyini vurğulayıb.
Çox qısa zaman kəsiyində Azərbaycanın Avropa Oyunları və onun ardınca İslam Oyunlarına ev sahibliyi etməsinin rəmzi məna da daşıdığını yazan XİN rəsmisi bunun Azərbaycanın sivilizasiyalar və dinlərin dialoq mərkəzinə çevrilməsinin daha bir nümunəsi olduğunu vurğulayıb.
H.Hacıyev cavab məqaləsini bu sözlərlə bitirib: “Dünyəvi təfəkkürlü müsəlman kimi İslam Həmrəyliyi Oyunlarının açılış mərasimində iştirak edərək ölkəm Azərbaycanla bir daha fəxr duydum”.

Xəbər 1985 dəfə oxunub.



18.02.2025  10:00 

XİN Qambiyanı təbrik etdi

17.02.2025  19:38 

Əliyevdən İrəvana tarixi zərbə

17.02.2025  19:04 

Ölüm, gəl, tanış olaq!

17.02.2025  18:44 

Əli Əsədov İrana getdi

17.02.2025  18:25 

Ukrayna dronları Belqorodu vurdu

17.02.2025  17:27 

Keyt Kelloq Ukraynaya gedir

17.02.2025  17:07 

Nazirlik əməkdaşı intihar etdi

17.02.2025  16:33 

Zelenski Əbu-Dabidə...


BÜTÜN XƏBƏRLƏR +