İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


11.05.2017  18:49 

“Məni İlhamənin oğlu həbs etdirib, özümü yandıracam...”





A+  A-

Xalq artisti İlhamə Quliyevanın oğlu Orxan Nadirov barədə şok faktlar ortaya çıxıb.
XəzərNews.az xəbər verir ki, O.Nadirovun dələduzluqda təqsirləndirilərək həbs olunan dostu Vüqar Bəkirov azadlığa çıxandan sonra Lent.az-a müsahibə verib. V.Bəkirov müsahibəsində keçmiş dostu barədə bir çox məqamları açıqlayıb.

“Bu gün bir çox şeyin üstünü açacam. İlk öncə onu deyim ki, Orxanla tanışlığım 2013-ci ilin əvvəllərində olub. Təşkilatçılıq işi ilə məşğul idim. Günlərin bir günü Orxan mənlə əlaqə saxladı ki, bir konsert var, onu təşkil etmək istəyir. Mənim əlimlə Ukraynadan Ani Lorakı gətirmək istəyirdi. Mən də ona dedim ki, məndə o qədər pul yoxdur. Buna baxmayaraq o, məni guya türk iş adamı kimi tanınan Səbuhi Əmrə ilə tanış elədi. Daha sonra məlum oldu ki, türkiyəli vətəndaş kimi tanıdığımız adam əslən Biləsuvar rayonundandır. Onunla aramızda 56 minlik müqavilə imzaladıq. Amma həmin ərəfədə şirkətin rəhbəri həbs olundu. Daha sonra Orxan bu söhbətə dostu, tutulan şəxsin qardaşı Orxan Xəlilovu qoşdu. Daha sonra bu iş üçün 24 və 35 min manat pul xərclənir. Bir sözlə, Orxan bu işə bir neçə dostunu da qoşdu. Mənim vasitəmlə 80-90 minə yaxın pul aldılar. Uzun müddət keçsə də, bunlar verdikləri vədləri yerinə yetirmədilər. Bu işlə bağlı mənim özümdən də pul aldılar. Əlimdə sübutlarım, səs yazılarım var”.

V.Bəkirov bildirdi ki, daha sonra bu söhbətə İ.Quliyeva da qoşulub: “Orxana dedim ki, əgər pulu verə bilmirsənsə, İlhamə xanım bu ölkədə tanınmış adamdı. Onun vasitəsi ilə pulu alaq. Daha sonra Orxan bildirdi ki, bu məsələ ilə İlhamə xanım məşğul olmalı idi. Həmin vaxt da mən İlhamə xanıma zəng etdim. O, Türkiyədə ayağından əməliyyat olunmuşdu. Telefonda dedim ki, Orxanın vasitəsi ilə başıma belə bir hadisə gəlib. O da Bakıya gələndə mənlə görüşəcəyini söylədi. Amma üstündən 2-3 gün sonra köməkçisi Mehriban Hüseynova məni yığdı. Dedi ki, bundan sonra sizə nə lazım olsa, məni yığın. İlhamə xanımın etibarnaməsi məndədir”.

V.Bəkirov daha sonra qeyd edib ki, həbs olunması O.Nadirov və onun dostunun sifarişi olub: “Bu mənim fikrimdir. Mənim həbs olunmağımda Orxanın və onun dostu Orxan Xəlilovun əməyi var. Çünki bir çox məsələlər üst-üstə düşür. Mən eləmədiyim bir işə görə həbsdə yatdım. İlhamə xanım Orxanın bu işinə görə mənə 10 min manat pul vermişdi. Mən həmin pulu notarius vasitəsi ilə Orxana qaytardım. Müəyyən müddətdən sonra İlhamə xanım o pulu geri istədi. Mən də o pulu öz cibimdən ona qaytardım. Orxanın borcuna görə İlhamə xanım "Vişnovka"dakı torpağının sənədlərini mənə verdi, razı olmadım”.

V.Bəkirov bildirib ki, O.Nadirov ona 75 min manat borcludur: “Notariusla ona 35 min pul verdim. Verdiyim məbləği tələb edirəm. Mənim pulumu versin ki, camaatın pulunu qaytarım. Ümumilikdə 75 min pul verməlidir. Pulumu verməsə, özümü Daxili İşlər Nazirliyinin qarşısında yandıracam. Bu barədə vəkilimə də demişəm. Artıq intihar etmək həddinə çatmışam”.


Xəbər 1271 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +