Azərbaycanda ilantutma biznesi təklif olunur
Prezident bu şəxsləri təltif etdi
Bu il Azərbaycanda 17 ana ölüb
Gələn il qəbul imtahanı necə olacaq?
“Ərizəni istəmədən yazmışam” - İşdən çıxarılan aktyor
“Qarabağ”dan azarkeşlərə şad xəbər
Azərbaycana gələn turistlərin kütləvi şikayəti
Alimlərdən yeni kəşf — Ölüm yoxdur ...
Baş nazir qərar verdi
Qanunsuz nişanı küçəyə kim vurub?

      

11.05.2017  13:52 

ABŞ MDB-dən geri çəkilir? - TƏHLİL





A+  A-

Donald Tramp administrasiyası 2018-ci il üçün dünya ölkələrinə göstəriləcək maliyyə yardımının azaldacağını açıqlamışdı.
Belə ki, 6,2 milyon dolların ayrılması nəzərdə tutulan Qazaxıstan və 3,9 milyon dollar verilməli olan Türkmənistan yardımdan tam məhrum olunacaq. Qırğızıstana yardım 60 faiz azaldılaraq 18 milyon dollar, Tacikistana yardım 47,6 faiz azaldılaraq 17,3 milyon dollar və Özbəkistana yardım isə 4 faiz artırılaraq 9,8 milyon dolar həcmində müəyyən olunmuşdu.

Bundan başqa, Ukraynaya 570 milyon dollar əvəzinə 177 milyon dollar, Gürcüstana isə 42 milyon dollar əvəzinə 28 milyon dollar yardım ayrılacaq. Azərbaycan, Ermənistan və Belarusa isə ümumiyyətlə, maliyyə yardımı ayrılmayacaq.

Bu yardımların çatdırılmasını icra edən ABŞ Beynəlxalq İnkişafa Yardım Agentliyinin (USAİD) dövlət katibliyinə birləşdirilməsi və regional ofislərinin sayının 65% azaldılması da təklif olunur.

Xüsusən, postsovet ölkələrinə ayrılan yadımın 80% ixtisarı ABŞ administrasiyasının MDB-də öz təsirini könüllü azaltması kimi təqdim olunurdu və Rusiyanın bu məkanda hegemon olmasına göz yumması kimi qəbul olunurdu.

SSRİ-nin dağılmasından sonra iqtisadiyyatı bərbad hala düşən, sosial problemlərin məngənəsində boğulan Rusiyaya Vladimir Putin yeni siyasi nəfəs gətirməklə valı 180 dərəcə dəyişməyə nail oldu.

Putin dönəmində Sovet dövrünə olan nostalgiya Kremlin MDB ölkələrinin siyasi həyatına təsirini artırdı.

2008-ci ilin avqustunda Moskvanın Gürcüstanın NATO inteqrasiyasına qarşı hərbi müdaxiləsi, Baltikyanı ölkələri daim gərginlik içində saxlaması, Ukraynanın Krım və Donbas regionlarından baş verən hadisələr, Orta Asiya respublikalarına edilən xəbərdarlqılar və s. Moskvanın güc yolu ilə MDB-ni əlində saxlayacağının göstəricisidir. Trampın özünütəcrid siyasəti də Putinin strategiyasına xidmət edir.

Bunun ən son nümunəsi kimi Moldova prezidenti Vladimir Dodonun açıqlamalarını misla çəkmək olar. “Bizə Avropa dəyərləri və inteqrasiya lazım deyil” – deyə moldovalı siyasətçi Rusiya baş nazirinin müavini Dmitri Roqozinlə görüşdə demişdi.

Beləliklə, ABŞ üçün yaranan imkanların önünə Rusiya səd çəkməyi bacarır. Amma bu amil Vaşinqtonu MDB məkanındakı maraqlarından əl çəkməsi kimi şərh oluna bilməz. Bir sözlə, bölgə uğrunda iki super gücün siyasi çəkişmələri hələ də davam edir. Amma MDB regionunda Rusiyanın dominant olduğunu göstərən amillər çoxdur.

Təhlillər onu göstərir ki, SSRİ-nin xələfi Rusiya yeni Sovet modelinin reallaşdırılması istiqamətində ciddi addımlar atmaqdadır. Rusiyanın siyasi təsir rıçaqlarını əlində saxlaması ABŞ-ı bölgədə narahat edən məsələlərdəndir. Ancaq tarixdə fərqli siyasi gedişlərdən doğan situasiyaların ABŞ-ın xeyrinə dəyişəcəyi amilini də nəzərdən qaçırmaq olmaz. Hələlik isə Suriya və MDB məsələsində Rusiya qalib görünür.

Bütün bunlara rəğmən onu söyləmək olar ki, həm ABŞ, həm də Avropa MDB məsələsində Rusiyaya güzəşt edib. Bu qüvvələr Rusiya qarşısında geri çəkilmiş kimi görünürlər.

Krmelin MDB-də söz sahibi olması yaxın illər üçün şübhəsiz görünür. Əgər ABŞ prezidentlərindən hər hansı biri buna müdaxilə etməyə cəhd göstərərsə, onda Gürcüstan və Ukraynada yaşanılan hadisələr təkrarlancaq.

(modern.az)

Xəbər 1450 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

© Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir.

Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçid qoyulmalıdır.

18.10.2017  18:35 

Bu il Azərbaycanda 17 ana ölüb

18.10.2017  15:56 

Suriyanın məşhur generalı öldü

18.10.2017  13:21 

Hadisənin üzünə nə olub?

18.10.2017  13:09 

Sabah hava necə olacaq?

18.10.2017  12:06 

Baş nazir qərar verdi


BÜTÜN XƏBƏRLƏR +