Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


10.05.2017  19:36 

Azərbaycanda ən çox narkoman 35-39 yaşlarındadır





A+  A-

“Azərbaycanda əvvəlki illərlə müqayisədə narkotik maddə aludəçilərinin sayı artıb”.
XəzərNews.az bildirir ki, bunu Modern.az-a Respublika Narkoloji Mərkəzinin direktor müavini Aytən Səmədova deyib.
Onun sözlərinə görə, 2016-cı ildə 29 448 narkoman qeydə alınıb:
“Bunlardan 24 056 nəfəri dispanserin qeydiyyatında, 5392 nəfəri profilaktik qeydiyyatda, 893 nəfəri anonimdir. Ümumilikdə 612 nəfər qadın narkotik aludəçisidir”.

Narkotik asılılığı olanların yaş aralığına gəlincə, direktor müavini bildirib ki, 15-17 yaşlarında 5 nəfər, 18-24 yaşlarında 1447, 25-29 yaşlarında 4076, 30-34 yaşlarında 4239, 35-39 yaşlarında 4541, 40-44 yaşlarında 3670, 45-49 yaşlarında 3313, 50-54 yaşlarında 2818, 55-59 yaşlarında 2266, 60-64 yaşlarında 1931, 65 və yuxarı yaşlarda isə 1142 nəfər narkoman var:

“Narkomanlardan 4459 nəfəri kənd əhalisindəndir. Bundan başqa, inyeksion narkotik istifadəçilərinin sayı 20576 nəfər təşkil edir ki, onların 459 nəfəri qadındır”.
A.Səmədova deyib ki, Azərbaycanda opioidlər qrupuna aid olan narkotik vasitələrdən istifadə artmaqdadır.
Məlumat üçün bildirək ki, opidoid – tərkibində narkotik maddə olan dərmanlardan asılılıqdır. Həkimlərin kəskin ağrıların qarşısını almaq üçün təyin etdikləri bəzi dərmanlar insanlarda asılılığa gətirib çıxarır ki, bu da narkomaniyaya geniş yol açır.
Qeyd edək ki, hələ ötən il Birləşmiş Ştatların Qida və Dərman Administrasiyası opioid ağrıkəsici dərmanların istifadəsi ilə bağlı potensial risklər barədə xəbərdarlıq edərək, həkim və xəstələrin bu barədə maarifləndirilməsinə və həmin dərmanların üzərində təhlükəsizlik etiketlərinin vurulmasına çağırıb. Qida və Dərman Administrasiyası bu kimi dərmanlardan sui-istifadə, narkomaniya, artıq doza və ölüm kimi ciddi risklər haqqında məlumat verilməsini tələb edib.
Birləşmiş Ştatlar Xəstəliklərə Nəzarət Mərkəzinin məlumatına görə, nə qədər çox insan reseptlə narkotik ağrıkəsici alırsa, heroin kimi narkotik maddələrə aludəlik də müvafiq olaraq artır.


Xəbər 805 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +