“Sədərək”də yanğın oldu
Məsud Pezeşkian Zəngəzur dəhlizinə dəstək verdi
Masazırda yol çökdü
41 bağça müdirinin işinə son verilib
Bu dəfə dələduzların hədəfi məşhurlar oldu
Azərbaycanda istilik tarifləri ARTIRILDI
“Melissa Park“dan daha bir NARAZILIQ
“Susuzluqdan çox əziyyət çəkirik, belə yaşaya bilmirik” - VİDEO
Şahin Şıxlinski axtarışa verildi
Kredit mütəxəssisi ailə üzvlərinin adına kredit ayırıbmış


08.05.2017  19:43 

Vətənə xəyanət edənləri hansı cəza gözləyir?





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycanda bir qrup hərbi qulluqçu və mülki şəxslər ölkəyə xəyanət edərək dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilərək müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.
XəzərNews.az xəbər verir ki, Vətənə xəyanət edəni qanunla hans cəza gözləyir? sualı ilə bağlı femida.az saytı vəkildən açıqlama alıb.

Vəkil Sadiq Əfəndiyev qeyd edib ki, cinayət qanunvericiliyi casusluq hərəkətlərini onu törədən şəxsin vətəndaşlıq mənsubiyyətindən asılı olaraq iki formada həm dövlətə xəyanət cinayətinin forması kimi, həm də casusluq adlanan müstəqil cinayət tərkibi kimi nəzərdə tutur.

Belə ki, casusluq Azərbaycan Respublikasının vətəndaşları tərəfindən törədildiyi halda cinayəti törədən şəxslər Cinayət Məcəlləsinin 274-cü maddəsində nəzərdə tutulmuş dövlətə xəyanət cinayətinə görə, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər tərəfindən törədildikdə Məcəllənin 276-cı maddəsində nəzərdə tutulmuş casusluq cinayətinə görə məsuliyyətə cəlb olunurlar.

Vəkil qeyd edib ki, əcnəbi və ya vətəndaşlığı olmayan şəxslər casusluğa görə on ildən on beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırıldığı halda, Azərbaycan Respublikasının vətəndaşları bu cinayətə görə on iki ildən iyirmi ilədək müddətə azadlıqdan məhrum etmə və ya ömürlük azadlıqdan məhrum etmə ilə cəzalandırılır.

Göründüyü kimi, qanunvericilik öz vətəndaşlarımızın casusluq hərəkətlərini sadəcə casusluq cinayəti kimi deyil, öz dövlətinə xəyanət, dönüklük kimi qiymətləndirməklə, bu hərəkətlərə yolvermiş vətəndaşlar üçün əcnəbi və vətəndaşlığı olmayan şəxslərdən fərqli olaraq daha ağır cinayət məsuliyyəti nəzərdə tutulub.

Xəbər 3068 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

30.07.2025  18:20 

“Sədərək”də yanğın oldu

30.07.2025  16:42 

Masazırda yol çökdü

30.07.2025  15:53 

Prezident 10,5 milyon manat ayırdı

30.07.2025  12:42 

Şıxlinskinin oğlu həbsdə qaldı

30.07.2025  12:33 

DSX-dən narkotik əməliyyatı

30.07.2025  11:11 

Sərxoş kişi Kür çayında batdı


BÜTÜN XƏBƏRLƏR +