Azərbaycan və Ermənistan sülhə heç vaxt olmadığı qədər yaxındır
Özünü pis hiss edən adam futbol oynamaz... - Hikmət Cavadov
Müharibə veteranları üçün yeni güzəşt müəyyənləşir
Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO


08.05.2017  13:17 

“Ermənilər satqınlar hesabına müharibənin miqyasını genişləndirmək istəyib“





A+  A-

Ermənistan Silahlı Qüvvələrinin kəşfiyyat və xüsusi xidmət orqanları tərəfindən Müdafiə Nazirliyinin Tərtər rayonu istiqamətində yerləşən bölmələrinə və yaşayış məntəqələrimizə qarşı genişmiqyaslı təxribat fəaliyyətinin qarşısı alınıb.
Baş Prokurorluq, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin birgə bəyanatında bildirilir ki, xalqına, vətəninə və dövlətinə xəyanət yolunu tutan iradəsi zəif, vətəndaşlıq ruhunu və vətəninə bağlılığını itirmiş bir qrup hərbi qulluqçu və mülki şəxs Azərbaycan Respublikasının suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyəti zərərinə olaraq düşmən kəşfiyyatçıları ilə məxfi əməkdaşlığa cəlb edilib. Onlar müxtəlif vaxtlarda maddi maraqları naminə hərbi sirr təşkil edən məlumatları əldə etməklə düşmən tərəfinə ötürüblər.

Milli Məclisin Təhlükəsizlik, müdafiə və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib ki, Azərbaycan Silahlı Qüvvələrinin mütləq əksəriyyəti ölkəmizin Konstitusiyası və qanunları çərçivəsində təhlükəsizliyin keşiyində dayanır:

“Məhz hərbçilərimizin sayıqlığı nəticəsində düşmən ifşa olundu”

“Onlar hər gün səngərdə keşik çəkirlər. Faktiki olaraq ölkəmizin hər yerindəki dinclik, normal yaşayışın davam etməsi onlarla bağlıdır. Biz millət olaraq Qarabağ müharibəsindən böyük dərs almışıq, təxribat, terror, diversiyaların qurbanı olmuşuq. Belə olduqda bir nəfərin vətənə xəyanət etməsi hər kəsə şamil edilə bilməz”.

Deputatın sözlərinə görə, məhz kəşfiyyatçılarımızın, hərbçilərimizin, güc strukturlarımızın sayıqlığı nəticəsində baş verə biləcək böyük itkilərin qarşısı alınıb:
“Düşmən hər cür şəraitdə insanları ələ alaraq onlardan faydalanmağa çalışır. Aprel döyüşlərində səngərdə məğlub olanlar, məğlubiyyətə getdiklərinin fərqinə varanda ənənəvi üsullarını işə saldılar. Görünən budur ki, ermənilər müxtəlif tədbirlər, beynəlxalq görüşlər zamanı tətiyi çəkəcəkdilər. Bu, insan itkiləri, ictimai şok və terrorun gətirdiyi digər halların mənən, humanitar olaraq yaşanmasına səbəb olacaqdı. Nəzərə alaq ki, Avropa ölkələrindəki terrora beynəlxalq münasibətlə, Qafqaz ölkələrində baş verən təxribatlara yönəlik davranışlar eyni deyil. Terror dərhal investisiya mühitinə zərbə vurur, əlaqələrə mənfi təsir göstərir. Çünki risk ölkəsilə əlaqələr hansısa formada məhdudlaşdırılır. Azərbaycanda bu illər ərzində sabitlik ifadəsini işlədərkən onu təkcə ölkə insanın dinc şəraitdə yaşaması deyil, eyni zamanda bötüvlükdə region və beynəlxalq əhəmiyyətli əlaqələrimiz kimi bəyan etmişik”.

“Ermənilər müharibənin miqyasını genişləndirmək istəyir”

Z.Oruc deyir ki, ermənilər bu əməllərilə müharibənin miqyasını genişlənirmək məqsədi güdüb:
“Çox güman ki, konkret hadisədə təqsirləndirilən şəxslərlə bağlı daha geniş məlumat veriləcək. Bu mundirlər ki, ölkəni müdafiə etməklə düşmənə zərbə vurmalı idilər, ermənilər onları ələ keçirməyə çalışıb. Amma bu niyyətləri baş tutmadı. Bu üzdən də Azərbaycan xalqı öz əsgərinə, zabitinə bundan sonrakı dövrdə də güvənməyə davam edəcək. Amma müharibənin lokal olaraq Qarabağ regionundan çıxarılaraq bölgələrə, paytaxta keçirilməsi məsələsi bizi düşündürməlidir.
Terror, satqınlıq nə millət, nə din, nə iman, nə fəaliyyət, nə ixtisas tanıyır. Hər bir şəxs prosesin qurbanına çevrilə bilər. Biz, məsələni təhlil edərkən, hadisənin ordumuzun nüfuzuna zərrə qədər təsiri olmayacaq bəyanatını verməklə yanaşı, ermənilərin bu cür fəaliyyətilə bağlı daha təsirli tədbirlər həyata keçirməliyik. Onlar açıq şəkildə Azərbaycanı Qarabağa deyil, bütün sərhədboyu müharibəyə vadar edirlər.
Açıq şəkildə həyata keçirilən bu təxribatlar o deməkdir ki, ermənilər bizim milləti, ordunu provokasiyaya çəkərək Xankəndi uğrunda deyil, İrəvan yolunda, İrəvan naminə savaşa vadar edirlər. Ona görə də mən hesab edirəm ki, bu təxribatın nəticəsinin nə ola biləcəyini hər kəs ağlında canlandırmalıdır. Bizim hər birimiz bundan nəticə çıxarmalıyıq”.

“Düşməni ifşa etmək üçün tutarlı dəlillərimiz var”

Parlament üzvü bildirir ki, hər birimiz ermənilərin niyyətinin baş tutma ehtimalı barədə də düşünməliyik:
“Onların planları reallaşardısa, düşmən bunu siyasi, mənəvi, hətta hərbi qələbəsi kimi qeyd edəcəkdi. Deyəcəkdilər ki, “siz bizi Talış zonasında, Cocuq Mərcanlı, yaxud Lələtəpədə gözləyirdiniz, bizim hədəfimizdə Bakı və başqa ünvanlardı”. Terrorun hər zaman bir mesajı var: “Hakimiyyət rəsmi orqanlar deyil, bizik”.
Hesab edirəm ki, xəyanətin ifşa olunması ilə bağlı cəmiyyətə tam məlumat verildikdən sonra Azərbaycan hökumətinin bu məsələni hüquqi və siyasi cəhətdən Ermənistana qarşı yönəltməyə, onları beynəlxalq məhkəmə səviyyəsində bu əməllərinə görə cavab verməyə vadar etməyə bir daha hüququ olacaq. İnanıram ki, əlimizdə onları ifşa etmək üçün tutarlı dəlillərimiz var”.
Qeyd edək ki, toplanmış materiallar əsasında dövlətə xəyanət və digər faktlar üzrə 2017-ci il 3 may tarixdə Azərbaycan Respublikası Hərbi Prokurorluğunda Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə cinayət işi başlanaraq, Azərbaycan Respublikası Prokurorluğu, Müdafiə Nazirliyi, Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməkdaşlarından ibarət birgə istintaq-əməliyyat qrupu yaradılıb və ibtidai istintaq aparılır.

Xəbər 1134 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

29.03.2024  16:18 

Küləyin sürəti güclənəcək

29.03.2024  13:05 

Sabahın hava proqnozu açıqlanıb

29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib


BÜTÜN XƏBƏRLƏR +