İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


05.05.2017  13:50 

Diasporumuzun tanınmış siması - Hikmət Cavadov





A+  A-

Bu gün Azərbaycan diasporunun tanınmış simalarından biri - Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri, hüquq elmləri üzrə fəlsəfə doktoru Hikmət Cavadovun 35 yaşı tamam olur.
H.Cavadovun Ukraynada yaşayan soydaşlarımızın hüquqlarının müdafiəsində, Azərbaycan həqiqətlərinin dünyaya çatdırılmasında, ölkəmizin mənafeyinin qorunmasında, ümumiyyətlə, iki dövlətin siyasi, iqtisadi, mədəni və humanitar əlaqələrin möhkəmlənməsində müstəsna xidmətləri var.

Təsadüfi deyil ki, o, Azərbaycanla bağlı bütün tarixi günlərin, bayramların, eləcə də xalqımızın başına açılan faciələrin Ukraynada qeyd olunmasını bir missiya kimi həyata keçirən ən fəal diaspor sədri kimi tanınır.

Hikmət Cavadov Ukraynada təhsil alan gənclərin koordinasiya olunması, bu ölkədə yaşayan ziyalıların bir araya gəlməsi, Azərbaycan naminə müəyyən layihələrin həyata keçirilməsində də öndə olan şəxslərdəndir. O, azərbaycanlılar üçün dərsliklər çap olunmasından tutmuş, Ukraynanın bir neçə ali təhsil müəssisəsində "Azərbaycan guşəsi”nin yaradılması kimi mühüm işlərə imza atıb.

H.Cavadovun fəaliyyətinin başlıca istiqaməti həm də yaşadığı və fəaliyyət göstərdiyi ölkədə Azərbaycana qarşı olan qüvvələrlə mübarizə, xüsusi ilə erməni əks-təbliğatının qarşısını almaq, Vətənimizlə bağlı həqiqətləri təqdim etməkdir. Bunun üçün o, Ukraynada bir neçə beynəlxalq tədbirlərin, elmi konfransların, aksiyaların, xeyriyyə tədbirlərinin keçrilməsinə nail olub. Eyni zamanda ermənilərin Azərbaycan ərazisində həyata keçirdiyi soyqırmlar, vəhşiliklər barədə təhqiqatlar aparıb, bununla bağlı müəyyən vəsaitlər çap etdirib. Təsis etdiyi "Diaspor TV”, "Azərbaycanın səsi” kimi media resurslarının əsas missiyası erməni vandalizmi ilə bağlı materialları tapmaq, ictimaiyyətə təqdim etmək, dünyada yaşayan azərbaycanlıların diqqətini bir daha bu məsələyə cəlb etmək olub.

H.Cavadovun son iki ildə əsas uğurlarından biri də Xocalı soyqrımını öz gözləri ilə görən ukraynalı pilot Kraveç Leonid Markoviçi yenidən "kəşf" etməsidir.

Xocalı qətliamının ilk şahidi, jurnalistləri helikopterlə vəhşiliyin törədildiyi yerə aparan ukraynalı pilotun dedikləri Xocalı soyqrımının dünyada tanıdılması üçün yeni səhifə hesab olunur. Qeyri-millətdən olan, hazırda Azərbaycanla heç bir bağlılığı olmayan bir şəxsin erməni vəhşilikləri barədə dəhşət saçan xatirələri hər kəsin diqqətini çəkib. O, Xocalı soyqırımı haqda beynəlxalq məhkəmə olarsa, şahid qismində çıxış edəcəyini bildirib.

Yeri gəlmişkən, qeyd edək ki, Hikmət Cavadov həmin pilotun dedikləri əsasında Heydər Əliyev Fondunun dəstəyi ilə "Пилот, который видел ад” ("Cəhənnəmi gormuş pilıot”) adlı filim də ərsəyə gətirib.

Diaspor rəhbəri bu xidmətlərinə görə ötən il dövlət tərəfindən mükafatladırılıb. Prezident İlham Əliyev Azərbaycan diasporunun inkişafındakı xidmətlərinə görə H.Cavadovu "Tərəqqi" medalı ilə təltif edib.
H.Cavadov ictimai-siyasi fəaliyyətilə yanaşı həm də elmi fəaliyyətlə məşğuldur. O, 2002-ci ildə Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin bakalavr pilləsini, 2004-cü ildə isə magistr pilləsini fərqlənmə diplomu ilə bitirəndən sonra Ukrayna Milli Elmlər Akademiyasının V.M.Korotskiy adına Dövlət və Hüquq İnstitutunun Aspirantura şöbəsinə daxil olub. 2008-ci ilə də buranı bitirib və elə həmin il "Hüquq elmləri üzrə fəlsəfə doktoru” elmi dərəcəsini alıb. 2013-cü ildə Ukrayna Milli Elmlər Akademiyasının V.M.Korotskiy adına Dövlət və Hüquq İnstitutunun doktorantura şöbəsinə daxil olub, hazırda böyük elmi işçi vəzifəsində çalışır. Bir elmi monoqrafiyanın və 20-dən çox məqalənin müəllifidir.

H.Cavadov 2005-2012-ci illərdə "Demokratiyanın Nəbzi” Beynəlxalq İctimai Təşkilatının sədri vəzifəsində çalışıb. 2012-ci ildən isə Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun (UABD) sədri, "Diasporun İnkişaf Perspektivləri” Daimi Forumunun baş koordinatoru, Diaspora TV-nin təsisçisidir (2013).
H.Cavadov 2014-cü ildən Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının Ukrayna Diaspor Mərkəzinin baş koordinatoru, 2015-ci ildən isə Diasporun Koordinasiya və Araşdırma Mərkəzinin (DKAM) rəhbəridir. 2016-ci ildən dünya azərbaycanlıları Beynəlxalq Koordinasiya Mərkəzinin sədridir.
Ailəlidir, iki övladı var.

















(BakiPost.az)

Xəbər 1739 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı

20.04.2024  14:04 

Cavanşir Məmmədov vəfat edib


BÜTÜN XƏBƏRLƏR +