İran Ermənistanı Rusiyanın qucağına qaytardı
İlham Əliyevin Zəfər diplomatiyasının sirri-Fərid Şahbazlı yazır
Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili


03.05.2017  14:56 

“Azərbaycan bu mübarizədə fəal iştirak edir” - Prezident





A+  A-

Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev mayın 3-də İslam Əməkdaşlıq Təşkilatının baş katibi Yusif Əl-Osaymini qəbul edib.
XəzərNews.az Azərtac-a istinadən xəbər verir ki, İslam Əməkdaşlıq Təşkilatı ilə əlaqələrin xarici siyasətimizin mühüm bir hissəsini təşkil etdiyini və Azərbaycanın bu təşkilatın çox fəal üzvü olduğunu vurğulayan İlham Əliyev son illərdə ölkəmizdə bu qurumun fəaliyyəti ilə bağlı nazirlər səviyyəsində bir sıra mühüm tədbirlərin keçirildiyini qeyd edib:

“Müsəlman ölkələri arasında həmrəylik və əməkdaşlıq siyasətimizin gündəliyində duran ən mühüm məsələlərdəndir və bizim bu istiqamətdə təşəbbüslərimiz nəcib bir məqsədə - müsəlman ölkələrinin siyasi, iqtisadi və digər sahələrdə bir-birinə daha da yaxınlaşması işinə xidmət edir”.

Dövlət başçısı bildirib ki, Azərbaycan islamofobiyaya qarşı mübarizədə fəal iştirak edir.

Prezident vurğulayıb ki, İslam Əməkdaşlıq Təşkilatının sonuncu sammitində Ermənistanın Azərbaycana təcavüzü ilə bağlı kontakt qrupunun yaradılması qərarının qəbul edilməsi və təşkilatın münaqişə ilə bağlı ədalətli mövqeyi xalqımız tərəfindən yüksək qiymətləndirilir. Bu mövqe Azərbaycan ilə İslam Əməkdaşlıq Təşkilatı arasında əlaqələrin möhkəm əsaslarının qurulmasında mühüm rol oynayır. Dövlət başçısı ölkəmizin bu təşkilatla həm ikitərəfli, həm də beynəlxalq səviyyədə əlaqələrinin bundan sonra da möhkəmlənəcəyinə əmin olduğunu bildirib.

İlham Əliyev qeyd edib ki, bu ilin Azərbaycanda “İslam Həmrəyliyi İli” elan olunması və yaxın günlərdə İslam Həmrəyliyi Oyunlarının keçirilməsi müsəlman ölkələri və xalqları arasında birliyi daha da gücləndirəcək.

Baş katib isə bunları deyib: “Azərbaycan siyasi, iqtisadi, mədəni, sosial, gənclər arasında əməkdaşlıq sahələrində İslam Əməkdaşlıq Təşkilatının və İslam ailəsinin çox mühüm üzvüdür. Bu, çox önəmlidir. Azərbaycandakı inkişaf prosesləri və tolerantlıq İslam dünyasında bir nümunədir. Bakıda gördüyüm abadlıq işləri, yaşıllıq və təmizlik məni heyran etdi. Azərbaycan çox gözəl ölkədir”.

Görüşdə Azərbaycanın turizm potensialı müzakirə edilib, ölkəmizdə turizmin inkişafı üçün çox böyük imkanların və yaxşı şəraitin mövcud olduğu qeyd edilib.

Xəbər 1177 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

24.04.2024  10:02 

ABŞ İrana sanksiya tətbiq edib

22.04.2024  09:19 

Faktiki hava AÇIQLANDI

22.04.2024  08:26 

Bu yollarda tıxac var - Siyahı


BÜTÜN XƏBƏRLƏR +