Pensiya və müavinətlər artırıla bilər?
Qərbin Ermənistan üçün yeni “Vudro vilSON” PLANI
Rusiyadakı azərbaycanlı miqrantları nə gözləyir?
Direktor işdən çıxarıldı
Naxçıvanda qaya uçqunu baş verib- (VİDEO)
Mərkəzi Bank uçot dərəcəsini azaltdı
Canlı yayım açıb dərman tövsiyə edən əczaçıları hansı cəza gözləyir? – VİDEO
Bu aktyor “Komedixana”ya qayıdıb
Mahsun Qırmızıgül Bakıda konsert verəcək
Bellevue azərbaycanlıları... - Amerikaya getmək asandır, yoxsa orda yaşamaq?


03.05.2017  11:06 

“Gənclərin multikultural biliklərinin artırılması” mövzusunda “Dəyirmi masa” keçirilib - Fotolar





A+  A-

Beynəlxalq Mətbuat Mərkəzində “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi tərəfindən Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının “Mədəniyyətlər arasında (mədəni müxtəliflik) anlaşmanın inkişafı təşəbbüslərinə dəstək” layihəsi çərçivəsində “Gənclərin multikultural biliklərinin artırılması” mövzusunda “Dəyirmi masa” keçirilib.
XəzərNews.az xəbər verir ki, “Dəyirmi masa”da Bakı Slavyan, Azərbaycan Texniki, Memarlıq və İnşaat universitetlərinin, Dövlət Rabitə və Nəqliyyat Kollecinin tələbələri iştirak edib.
“Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyinin sədri Niyaz Niftiyev layihə məqsədinin Azərbaycanda yaşayan müxtəlif millətlərə və məzhəblərə məxsus insanların mədəni müxtəlifliklərinin qorunması, inkişafı və harmonizasiyasına, azsaylı xalqların milli mədəniyyətlərinin fərqli auditoriyalarda təbliğinə xidmət etdiyini bildirib: “Azərbaycan xalqı ölkə ictimaiyyətinin əsas hissəsi olan azərbaycanlılardan və ölkənin müxtəlif guşələrində yığcam halda yaşayan bir çox millət və etnik qruplardan ibarətdir. Sayı, dil və dinlərinin müxtəlifliyinə baxmayaraq, onlar Azərbaycanın bərabər hüquqlu vətəndaşlarıdır və çoxsaylı azərbaycanlılarla bərabər, bütün vətəndaşlıq hüquqlarına malikdirlər”. N.Niftiyev bildirib ki, müstəqillik əldə etdikdən sonra bir çox region ölkələrindən fərqli olaraq, Azərbaycanda yaşayan milli azlıq və etnik qrupların mədəniyyəti ölkə mədəniyyətinin tərkib hissəsi kimi qorunur və inkişaf edir: “Azərbaycan dövləti tərəfindən mədəniyyətlərarası dialoqun təşviqi məqsədilə həm beynəlxalq, həm də milli səviyyədə həyata keçirilən tədbirlər xalqımızın milli həmrəyliyini daha da möhkəmləndirir və ölkəmizi dünyaya mədəniyyətləri qovuşduran məkan kimi təqdim edir. Bu tədbirlər göstərir ki, dövlətin azsaylı xalqların mədəniyyətinin inkişafına dəstəyi onlara stimul verir”.
N.Niftiyev 4-6 may tarixlərində ölkəmizdə 4-cü dəfə təşkil ediləcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumunu Prezident İlham Əliyevin qlobal miqyaslı təşəbbüsü adlandırıb: “Xalqımızın çoxəsrlik tolerant və mehriban birgəyaşayış ənənələri dünya sivilizasiyaları arasında münasibətlərin tənzimlənməsində və inkişafında nümunə kimi göstərilir. Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz fəaliyyəti ilə bütün dünyada mədəniyyətlərarası dialoqun əhatə dairəsini artıraraq, fərqli fikir və konsepsiyalar arasında ziddiyyətlərin aradan qaldırılması, xalqlar arasında dialoq və qarşılıqlı anlaşmanın dəstəklənməsı üçün mühüm beynəlxalq platformaya çevrilmişdir”.
“Dəyirmi masa”da ekspert qismində çıxış edən Jurnalist Araşdırmaları Mərkəzinin rəhbəri Seymur Verdizadə qeyd edib ki, azsaylı xalqlarla bağlı mədəni layihələr ilk dəfə həyata keçirilməyə başlayanda yerlərdəki mədəni müxtəlifliyə aid olan hər nə varsa peşəkar səviyyədə deyildi: “Lakin göstərilən diqqət və qayğının, aparılan əməli işin nəticəsində həmin sahələr (Mədəniyyət Mərkəzləri, folklor, dialekt, adət, məişət tərzi, inam sistemi və s.) artıq peşəkar şəkildə formalaşmağa başladı. Lakin buna baxmayaraq Azərbaycanda mədəni müxtəlifliyi maraq və məqsədlər üçün istifadə etmək istəyən qüvvələr - həm daxildə, həm də xaricdə həmişə olmuşdur. Azərbaycandakı bu rəngarəng "sosial-mədəni kapitalı" əleyhimizə yönəldənlərin cəhdlərinin qarşısı zaman-zaman alınıb və bu gün də alınmaqdadır”.
S.Verdizadə bildirib ki, ölkədə 4-cü dəfə düzənlənəcək Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu ərəfəsində gənclərlə keçirilən bu kimi tədbirlər müsbət effekt verəcək: “Azərbaycan hökuməti IV Ümumdünya Forumu çərçivəsində beynəlxalq təşkilatların birinci yüksək səviyyəli görüşünün keçirilməsi təşəbbüsünü irəli sürüb. Bu təşəbbüs qlobal miqyasda narahatlıq doğuran məsələlərin həlli istiqamətində beynəlxalq təşkilatların müştərək fəaliyyət mexanizminin daha effektiv fəaliyyəti üçün yeni imkanlar yaradacaq”.
Tədbirdə qonaq qismində çıxış edən tanınmış jurnalist Fazil Güney bildirib ki, elə bir xalq yoxdur ki, etnik mədəniyyətin qorunması və inkişafı problemi ilə qarşılaşmasın: “Bu da təbii qanunauyğunluqdur - həyatın bütün sahələrində olduğu kimi, bu sahədə də problemlərdən qaça bilmirik. Bu, həm də elə bir problemdir ki, həlli yollarının tapılmasına belə özünəməxsus diqqət və qayğı tələb edir. Bunun həlli yollarını tapmaq, zamanında hadisələrin xaotik müstəviyə keçməsinin qarşısını almaq üçün dövlətin bu sahədə gördüyü işləri hədəf qruplar olan multikultural subyektlər arasında təşviq etmək lazımıdr. Hazırda dünya mədəniyyətini çox müxtəlif amillər təhdid edir - milli özünəməxsusluğun həddən artıq qorunması müxtəlif azlıqların mədəniyyətləri üçün təhlükə yaradır, digər halda isə din mədəniyyətə təzyiq göstərir, üçüncü halda praktik olaraq dünyanın bütün ölkələrində qloballaşmanın təsiri altında dillər yox olur, ənənələr itirilir, zəif mədəniyyətlər kənarda qalır, bəlkə də tamamilə yox olur”.
F.Güney Bakıda keçiriləcək Forumda Qərb və Yaxın Şərq regionlarındakı mövcud vəziyyətin təhlili ilə yanaşı, Asiya-Sakit okean regionunda da müxtəlif sahələr üzrə yaranmış problemlərin həlli üçün innovativ əməkdaşlıq mexanizmlərinin yaradılması, əldə edilmiş mütərəqqi təcrübənin tətbiqi və paylaşılması kimi məsələlər də müzakirəyə çıxarılacağını bildirib: “Beynəlxalq səviyyəli tədbir olan IV Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu öz ətrafında hökumət başçılarını, nazirləri, müxtəlif beynəlxalq təşkilatların rəhbərlərini, yüksək vəzifəli siyasətçiləri, mədəniyyət işçilərini, xoşməramlı səfirləri, jurnalistləri, ziyalıları və s birləşdirir, müxtəlif milli, mədəni, dini, etnik mənsubiyyətlərə məxsus insanları bir araya gətirir, bu insanlar arasında qarşılıqlı fəaliyyət, səmərəli və intensiv dialoqun yeni, zəruri forma və səviyyələrini yaradır”.
“Dəyirmi masa” tələbələrin iştirakı ilə diskussiya formasında davam etdirilib.
Qeyd edək ki, tədbirdə iştirakçılara “Kamillik Vətəndaşların Hüquqi Maarifləndirilməsi” İctimai Birliyi tərəfindən Azərbaycan, rus və ingilis dillərində hazırlanan “Məlumat Bülleteni” adlı vəsait paylanılıb.







Xəbər 817 dəfə oxunub.




29.03.2024  11:23 

Kimlər hakim ola biləcək?

29.03.2024  11:00 

Lavrov Paşinyanı ittiham edib

29.03.2024  10:37 

Ombudsman bəyanat yayıb

29.03.2024  10:28 

Tanınmış jurnalist vəfat edib

28.03.2024  23:50 

Yevlaxda yol qəzası baş verib

28.03.2024  19:08 

Bişkekdə güclü fırtına

28.03.2024  18:58 

Sabah bu rayonda qaz olmayacaq

28.03.2024  17:41 

Rahib Əliyev vəfat edib


BÜTÜN XƏBƏRLƏR +