Qazaxıstan və Azərbaycan investisiya əməkdaşlığını möhkəmləndirirlər
“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı


02.05.2017  12:18 

Bakıda qalmaqal: “Vətən” kinotetrının direktoru sahibkarları ac qoydu





A+  A-

Bakıda “Vətən” kinoteatrı il bağlı qalmqal yaranıb.
XəzərNews.az xəbər verir ki, bu barədə AFN-ə müraciət edən sahibkarlar Cəfərov Şahin Elman Haçıyev və Nadir Məmmədov bildirib. Sahibkarlar müraciətlərində qeyd edirlər ki, 13 ildən artıqdır ”Vətən” kinoteatırında hər il yenilənən müqaviləyə əsasən kiçik sahibkarlıqla məşğul olduqları halda kinoteatr rəhbərliyi tərəfindən haqsızlıqla üzləşiblər. Sahibkarların sözlərinə görə, həmin müddət ərzində binanın arxitektur görkəminin qorunub saxlaması üçün kifayət qədər vəsait xərcləyiblər: “Bu illər ərzində həmin arxitektur binaya qoyduğumuz sərmayə, Azərbaycanın, Bakının keşmişini xatırladan, yaşlı nəsilin cavanlığını xatırladan bir simvolkimi və xatirə kimi saxlanmsına dair biz gücümü əsirgəməmişik. Əsas amalımız o olub ki, “Vətən” kinoteatrının tarixi abidə kimi saxlanması ilə birgə, bugünkü gün Azərbaycana gələn qonaqların, həmçinin orada təqdim etdiyimiz əntiq əşyalar qonaqların gözünü oxşasın. Onu da bildiririk ki, “Vətən” kinoteatrının direktoru Dostuyev Məhəmməd Qənimət oğlu bu illər ərzində bu tarixi abidəni qorumaq əvəzinə talayıb. Hətta son zamanılar məlum olduğuna görə, sayğacdan kanar qaz xətinidə şəhərin mərkəzində, yaşayış evlərinin yanında, hec bir təhlükəsizliyi nəzərə almamaqla Məmməd Dostuyev istifadə edir. Dövlətə keçirilməli olan vergilərdən yayınma faktları da var”.

Sahibkarlar deyirlər ki, M. Dostuyev “Vətən” kinoteatrını Əmlak Məsələləri üzrə Dövlət Komitəsi vasitəsi ilə satışa çıxardaraq külli miqdarda pulu mənimsəməyə keçib. Bunu M. Dostuyev özü də etiraf edib: “Məhəmməd Dostuyev bizə deyib ki, ”Vətən” kinoteatrına 3 milyondan artıq pul verilib. Amma, o pulun cəmi 1 milyonunu dövlətə keçirib. Qalanı isə mənimsənilib. Dostuyev Məhəmməd “Vətən” kinoteatrının satışından gələn gəlirlə bizləri əzəcəyi, susdurmağa yol tapacağı ilə hədələyir. “Vətən” kinoteatrının ərazisində bizim 2018-ci ilin fevral ayına kimi müqaviləmiz ola-ola bu gün 01 may 2017-ci il tarixdə Dostuyev Məhəmməd kinoteatra girişi bağlayaraq, işıqları söndürərək bizi içəri buraxmir”. Sahibkarlar bildirirlər ki, M.Dostuyev onları vəzifədə olan adamları ilə də hədələyir: “O, Əmlak Məsələləri üzrə Dövlət Komitəsində adamlarının olduğunu deyərək özbaşınalıqlarını davam etdirir. Niyə kinoteatrın satılması barədə bu günədək bir rəsmi acıqlama yoxdur? Bu, heçkimi maraqlandırmır. Bizi bu gün kinoteatr ərazisində qalan əmlaklarımıza yaxın qoymurlar. Əlimizdə qanuni bağlanmış müqavilə ola-ola bizi niyə incidirlər? Ərazi üzrə Bakı Şəhəri, Nəsimi RPİ- nin 22 Polis Bölməsinə müraciətimizdən sonra hansı tədbirlərin görüləcəyinə və bizim hüquqlarımızın qorunacağına ümid edərək hal-hazırda işimizə qayıdıb sahibkarlığımıza davam etməyimizi gözləyirik. Əks halda qanunvericilikdə nəzərdə tutulan kimi məhkəməyə və digər orqanlara müraciət eməyə məcbur qalacayık”.
Çarəsiz qalan sahibkarlar media vasitəsilə president İlham Əliyevə, I vitse-prezident Mehriban Əliyevaya, Milli Məclisin sədri Oqtay Əsədova, Prezident Administrasiyasının rəhbəri (Korrupsiyaya ilə Mübarizə komisiyasının sədri) Ramiz Mehdiyevə, Baş prokuror Zakir Qaralova, daxili işlər naziri Ramil Usubova, Əmlak Məsələləri üzrə Dövlət Komitəsinin sədri Kərəm Həsənova, İnsan Hüquqları üzrə Müvəkkil (ombutsman) Elmira Süleymanovaya və digər şəxslərə müraciət edərək pozulmuş hüquqlarının bərpası üçün yardım istəyirlər.

Xəbər 1924 dəfə oxunub.




18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb


BÜTÜN XƏBƏRLƏR +