Ona niyə “Yetim İlyas“ deyərmişlər?
Əliyevdən İrəvana tarixi zərbə
Əli Əsədov İrana getdi
Ukrayna dronları Belqorodu vurdu
Rusiya 174 təşkilatı terrorçu siyahısına əlavə etdi
Suriyadakı səfirliyimizin fəaliyyəti bərpa edildi
Keyt Kelloq Ukraynaya gedir
Nazirlik əməkdaşı intihar etdi
Prezident Azər Qasımovu vəzifəsindən azad etdi
Zelenski Əbu-Dabidə...


26.04.2017  16:32 

Ramil Usubov türkiyəli generalı qəbul edib





A+  A-

Daxili işlər naziri, general-polkovnik Ramil Usubovun dəvəti ilə Türkiyə Respublikası Jandarm Qüvvələrinin Baş Komandanı, ordu generalı Yaşar Gülerin başçılıq etdiyi nümayəndə heyəti ölkəmizə rəsmi səfərə gəlib.
XəzərNews.az xəbər verir ki, aprelin 26-da səhər Yaşar Güler və onu müşayiət edən şəxslər Fəxri xiyabana gedərək Heydər Əliyevin məzarı önünə əklil qoyub, əziz xatirəsini ehtiramla yad ediblər. Görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın da məzarı üstünə tər çiçəklər düzülüb.

Daha sonra qardaş ölkənin təmsilçiləri Şəhidlər Xiyabanındakı "Əbədi məşəl" kompleksini, Daxili Qoşunların şəhid olmuş hərbi qulluqçularının Qardaşlıq məzarını və Türk Şəhidliyini ziyarət ediblər.

Həmin gün daxili işlər naziri, general-polkovnik Ramil Usubov ordu generalı Yaşar Gülerin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib.

Qonaqları salamlayan nazir müstəqilliyini əldə etdikdən sonra Azərbaycanın Türkiyə ilə əlaqələrinin hər zaman yüksələn xətlə inkişaf etdiyini, dost və qardaş ölkələrimiz arasındakı münasibətlərin keyfiyyətcə yeni mərhələyə qədəm qoyduğunu məmnunluqla xatırladıb.

Ramil Usubov 1997-ci il oktyabrın 31-də hökumətlərarası «Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Daxili Qoşunlar Baş İdarəsinin şəxsi heyətinə Türkiyə Jandarm İdarəsi tərəfindən ediləcək təlim-təhsil və təchizat yardımına aid Protokol»un imzalandığını, bununla da Daxili Qoşunlarla Jandarm Qüvvələri arasında hərbi əməkdaşlıq münasibətlərinin hüquqi əsasının qoyulduğunu diqqətə çatdırıb. Qeyd olunub ki, dost və qardaş dövlətin müvafiq qurumları ilə əlaqələr ilk növbədə qarşılıqlı hüquqi yardım göstərilməsi haqqında, təcrübə mübadiləsi, dostluq və hərtərəfli əməkdaşlığın inkişafı barədə dövlətlərarası müqavilələr əsasında qurulub.

Nazir rəhbərlik etdiyi qurumun Türkiyənin Daxili İşlər Nazirliyi, o cümlədən Jandarm Komandanlığı ilə münasibətlərin daha da inkişaf etdirməsinə böyük önəm verildiyini, ordu quruculuğunda, o cümlədən Daxili Qoşunların formalaşmasında, ən müasir tələblərə cavab verən quruma çevrilməsində, şəxsi heyətin peşəkarlığının daha da yüksəldilməsində Türkiyə Silahlı Qüvvələrinin, həmçinin Jandarm Komandanlığının böyük zəhməti olduğunu xüsusi vurğulayaraq buna görə təşəkkürünü bildirib.

Daha sonra qonağa müstəqilliyin ilk illərində qarşılaşdığımız problemlər, torpaqlarımızın işğalı, 1 milyondan artıq soydaşımızın doğma yurdlarından qaçqın düşməsi, ölkəmizdə cərəyan edən gərgin ictimai-siyasi proseslər barədə ətraflı məlumat verilib.

Nazir Türkiyə Jandarm Quvvələri Baş Komandanının ölkəmizə səfərinin əlaqələrimizin inkişafına və daha da dərinləşməsinə müsbət təsir göstərəcəyinə əminliyini ifadə edib.

Yaşar Güler Azərbaycana səfərindən, Bakının ən gözəl paytaxt şəhərlərindən biri olmasından, ölkəmizin dinamik inkişafından, eyni zamanda, Daxili Qoşunların yüksək peşəkarlığa və döyüş qabiliyyətinə malik mobil bir quruma çevrilməsindən məmnun olduğunu bildirib.

O, iki ölkənin müvafiq orqanları arasındakı faydalı işbirliyini yüksək qiymətləndirib, "bir millət, iki dövlət" olaraq Türkiyənin hər zaman Azərbaycanın yanında yer aldığını, ordusunun, Daxili Qoşunlarının inkişafı üçün bundan sonra da səylərini əsirgəməyəcəklərini, belə əməkdaşlığın, təcrübə mübadiləsinin qardaş xalqlarımızın və ölkələrimizin mənafelərinə xidmət etdiyini vurğulayıb.

Dostluq və mehribanlıq şəraitində keçən görüşdə tərəfləri maraqlandıran bir sıra digər məsələlər də müzakirə edilib.

Qəbulda Türkiyə Respublikasının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Erkan Özoral iştirak edib.

Xəbər 1860 dəfə oxunub.



17.02.2025  19:38 

Əliyevdən İrəvana tarixi zərbə

17.02.2025  19:04 

Ölüm, gəl, tanış olaq!

17.02.2025  18:44 

Əli Əsədov İrana getdi

17.02.2025  18:25 

Ukrayna dronları Belqorodu vurdu

17.02.2025  17:27 

Keyt Kelloq Ukraynaya gedir

17.02.2025  17:07 

Nazirlik əməkdaşı intihar etdi

17.02.2025  16:33 

Zelenski Əbu-Dabidə...

17.02.2025  15:28 

İranlı spiker Bakıya GƏLİR

17.02.2025  15:18 

“Fedya” vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +