Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


25.04.2017  16:36 

“Gözlə ürək arasında fərq qoymamalıyıq” - Fuad Muradov





A+  A-

“Bir çox qanunları biz daha da genişləndirərək cəmiyyətə təqdim edirik. Gözün buynuz qişasının Azərbaycana gətirilməsi də bu məsələlərdən biridir”.
XəzərNews.az xəbər verir ki, bunu Milli Məclisin bu gün keçirilən iclasında çıxışı zamanı parlamentin Gənclər və İdman Komitəsinin sədri Fuad Muradov deyib. Komitə sədri bildirib ki, niyə görə gözün buynuz qişasını gətirmək olar, ürək, qulaq və digər istiqamətlər üçün lazım olan orqanları gətirmək olmaz.

“Əgər gətirmək olarsa, biz elə etməliyik ki, hər istiqamət işləsin. Bunu insanlar gözləyir. Biz gözlə ürək arasında fərq qoymamalıyıq. Azərbaycanda gözün buynuz qişasını 3000 insan gözləyir. Amma bəlkə digər orqanları gözləyənlər ondan da çoxdur”.

Komitə sədri bildirib ki, ölkədə dövlətçilik naminə islahatlar aparılır. Prezident tərəfindən Milli Məclisə mütərəqqi qanun layihələri daxil olur və parlamant də onlara baxaraq, dəyərləndirir.

“Valyuta tənzimi haqqında” qanunla da bağlı fikirlərini qeyd edən F.Muradov təəssüflə bildirib ki, Maliyyə Bazarlarına Nəzarət Palatasının təklif etdiyi qanun layihələrindən görünür ki, həmin sənədlər bu qurumun öz səlahiyyətlərini qaldırmaq istiqamətindədir.

“Burda heç kəsin şübhəsi yoxdur ki, biz cənab prezidentə və dövlətə bağlı və sədaqətli insanlarıq. Biz bütün həyata keçirilən islahatları dəstəkləyirik”.

Xəbər 2906 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +