Kənan Ağababayevə vəzifə verildi – Foto
Təmir zamanı memarlıq abidəsinə ziyan dəyib
Zelenski dekabrın 8-də Londona səfər edəcək
Paşinyan Azərbaycanla sərhədə gəldi, bu divara toxundu
Avropa Birliyi ləğv edilməlidir -Mask
Tanınmış jurnalist həbs edildi
Mehdiyevin Nabrandakı villası -FOTO/VİDEO
Ərdoğanın müavini Azərbaycana səfər edəcək
Əkrəm Həsənov: “Vergi Xidməti sakinlərin pulunu ödəməlidir”
Qaz limitinin ləğvi mümkündürmü? - Açıqlama


25.04.2017  11:56 

Azərbaycandan Trampın təklifinə REAKSİYA





A+  A-

Millət vəkili Vahid Əhmədov Amerikanın Azərbaycana maliyyə yardımını dayandıracağı ilə bağlı sənədə münasibət bildirib.
V. Əhmədov açıqlamasında qeyd edib ki, burada söhbət təkcə Azərbaycandan deyil, bütövlükdə inkişaf etməkdə olan ölkələrdən gedir. Azərbaycan da həmin ölkələrin siyahısındadır.

“Fikir vermisinizsə digər ölkələrdə də, məsələn Ukraynada ödənilən maliyyə yardımının faizi azaldılıb. Bu, Trampın ümumiyyətlə seçkiqabağı platforması idi. O bildirmişdi ki, niyə ABŞ digər dövlətlərə maliyyə yardımı etməlidir. Öz daxili işi ilə məşğul olmalıdır. Tramp ümumiyyətlə ABŞ-ın maliyyə yardımı siyasətini kökündən dəyişmək istəyir. Hətta fikir vermisinizsə, Beynəlxalq Yardım Agentliyini birləşdirmək fikrindədir. Bu,Trampın ideyasıdır və dediyim kimi seçkiqabağı platformasında da öz əksini tapmışdı. İndi də onu yavaş-yavaş həyata keçirir.

Yardımın kəsilməsinin Azərbaycan iqtisadiyyatına heç bir mənfi təsiri ola bilməz. Biz ABŞ-dan elə küllü miqdarda yardım almırdıq ki, mənfi təsiri də olsun”.

(qafqazinfo.az)

Xəbər 3229 dəfə oxunub.





BÜTÜN XƏBƏRLƏR +