“Xırda maraqlar naminə süni diaspor təşkilatları yaratmamalıdırlar”- BAP sədri
Diasporla bağlı parlament komissiyası niyə vacibdir?
Türkiyədə Azərbaycan evlərinə nə hacət... - Türkiyə bütövlükdə Azərbaycanın evi deyilmi?
“Hansısa “müəllimin xətrinə dəyər” deyə, diaspor fəaliyyətimiz bu gündədir”- Ağ Partiya başqanı
“Diplomatik korpusun diaspora ilə sıx əlaqəsi olmalıdır” - Diplomatdan təklif
Xaricdə yaşayan azərbaycanlı gənclərin təhsil almasında güzəştlər olacaqmı? – Ekspert AÇIQLADI
“Azərbaycan əleyhinə aparılan mübarizənin qarşısına ilk olaraq diaspor qüvvələrimiz çıxır” - Millət vəkili
“1969-cu ildən sonra Ermənistana torpaq “bağışlama“ adəti dayandırıldı“ - SENSASİON FAKTLAR
Dövlət tikinti layihələrinin üç ortağı
Türkiyənin çoxəsrlik mənzərəli şəhərləri Cittaslow Şəbəkəsinə qoşulur


21.04.2017  14:19 

Ukraynadakı diaspor rəhbərindən AÇIQLAMA - Azərbaycanlı iş adamları toplaşacaq





A+  A-

"Yaxın gələcəkdə prezidentin son respublika müşavirəsində vermiş olduğu tapşırıqlara əsasən Ukraynada iş adamları ilə görüşlər keçirəcəyik”.
XəzərNews.az xəbər verir ki, bunu Ukrayna Azərbaycanlılarının Birləşmiş Diasporunun rəhbəri Hikmət Cavadov AzTV-nin "Soruşun cavab verək” verilişində prezindent İlham Əliyevin aprelin 17-də Yevlaxda qeyri-neft sektoru ilə bağlı keçirdiyi müşavirə ilə bağlı aparılan müzakirə zamanı deyib.

Hikmət Cavadov bildirib ki, yaxın vaxtlarda Azərbaycan ticarət evinin Ukraynada təsis edilməsi gözlənilir: "Milli məhsullarımızın xarici bazarlara çıxarılması üçün bir neçə addım atılıb. Cənab prezidentin 2017-ci il yanvar 26-də imzaladığı fərmana əsasən xaricdə fəaliyyət göstərən səfirliklər və konsulluqlarımızda ticarət nüməyəndələrinin təyin olunması məsələsi həll olunub. Bundan başqa, bu ilin aprelin ayının 17-də qeyri-neft ixracatçılarının respublika müşavirəsində cənab prezidentin qeyd etdiyi kimi artıq bir neçə ölkədə Azərbaycan ticarət evlərinin yaradılması ilə bağlı məsələ öz həllini tapıb. Belə ki, artıq Belarusda ticarət evi təsis edilərək fəaliyyətə başlayıb. Yaxın zaman ərzində isə Azərbaycan ticarət evinin Ukraynada təsis edilməsini gözləyirik. Bu məsələlər öz həllini tapdıqdan sonra Azərbaycanın qeyri-neft sektorunda istehsal etmiş olduğu "Made in Azerbaijan” brendinin xarici bazarlara çıxarılması daha da asanlaşacaq və bu sahə üzrə aparılan işlər daha da təkmilləşəcək.

Ümumiyyətlə, xaricdə fəaliyyət göstərən azərbaycanlı iş adamları və onların şirkətləri öz mallarını Azərbaycana gətirməklə paralel olaraq Azərbaycan mallarının xarici bazaralara çıxarılmasında çox maraqlıdırlar.

Xaricdə yaşayan azərbaycanlıların xarici ölkələrdə fəaliyyət göstərən əcnəbi təşkilatlarla, yerli iş adamları ilə çox sıx əlaqələri var. Bu əlaqələrdən istifadə edib Azərbaycanın qeyri-neft sektorunun inkişafında prioritet istiqamətlər seçməyimiz vacibdir.

Düşünürəm ki, yaxın gələcəkdə biz prezidentin son respublika müşavirəsində vermiş olduğu tapşırıqlara əsasən Ukraynada iş adamları ilə görüş keçirəcəyik. Bundan başqa, Ukraynadakı azərbaycanlı və ukraynalı iş adamlarını Azərbaycana dəvət etmək fikrimiz var. Yəqin ki, bir qədər sonra bu məsələlərlə bağlı gördüyümüz işlərdən ictimaiyyətin xəbəri olacaq”.

Diaspor rəhbəri qeyd edib ki, Ukraynada çox nüfuzlu azərbaycanlı iş adamları var və onlar bu əlaqələrin qurulmasında maraqlıdırlar: "Ukrayna və Azərbaycan arasında çox böyük mal dövriyyəsi var. Bu, Sovet dövründən sonrakı illərdən başlayaraq artan xətt üzrə davam edir. Ukrayna Azərbaycanın ən yaxın siyasi və iqtisadi müttəfiqlərindəndir. Yaxın zamanda cənab prezidentin Ukraynaya səfəri də planlaşdırılır. Bir müddət öncə Ukrayna prezidenti Azərbaycanda oldu. Bu məsələlər prezidentlər arasında çox geniş formatda müzakirə olundu.

Ümumiyyətlə, Rusiyadan sonra ən böyük Azərbaycan diasporu Ukraynadadır. Çox tanınmış və artıq Ukraynada söz sahibi olan azərbaycanlı iş adamlarımız var. Həmin iş adamları hər zaman bütün görülən işlərdə Azərbaycanla bağlılıq yaratmağa çalışırlar”.

Hikmət Cavadov qeyd edib ki, Ukraynada iş adamlarından ibarət qrup yaradılıb: "Bu qrup həm diaspora dəstək, həm də Azərbaycanla bağlı olan məsələlərdə onların yaxından iştirak etməsi üçün yaradılıb.

Eyni zamanda Ukrayna-Türkiyə və Ukrayna-Azərbaycan iş adamları birliyi təsis etmişik. Bu yaxınlarda bu təşkilatlar arasında memorandum imzalandı. Memorandumun imzalanma mərasimində Azərbaycanda istehsal olunan məhsulların Ukrayna bazarlarına çıxarılması ilə bağlı məsələlər müzakirə olundu.

Ümumiyyətlə, xaricdə yaşayan azərbaycanlılar məsuliyyəti daha çox hiss edirlər. Çünki qürbətdə yaşayan insanlarda vətənpərvərlik daha yüksək olur”.

Diaspor rəhbəri onu da əlavə edib ki, turistlərin Azərbaycana cəlb olunması ilə bağlı olaraq Ukraynada bir neçə layihələrə imza atılıb: "Düşünürəm ki, yaxın zamanda turizmlə bağlı olan məsələlər də bu konteksdə müzakirə olunacaq. Çünki bu, çox vacib məsələdir. Biz Ukraynada artıq bir neçə turizm şirkətiylə turistlərin Azərbaycana cəlb olunması ilə bağlı lahiyələrə imza atmışıq. Ukraynada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatları bu yöndə fəaliyyətini davam etdirir. Bu son respublika müşavirəsində qeyd olunan məsələlər, cənab prezident tərəfindən irəli sürülən tövsiyələr və tapşırıqlar yaxın zamanda tərəfimizdən reallaşdırılacaq”.


Xəbər 1351 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

18.04.2024  09:22 

Troya xarabalıqları -Fotolar

16.04.2024  15:45 

Sabahın havası açıqlanıb

12.04.2024  18:39 

Sabahın havası açıqlanıb

10.04.2024  16:36 

Ehsan fırtınası


BÜTÜN XƏBƏRLƏR +